AzTehsil.com


Xəbərlər / Saglam həyat
22 avqust 2020
2 315


Allergiya niyə inkişaf edir? Allergiyanın simptomları və profilaktikası



 

Allergik xəstəliklər orqanizmin hər hansı xəstəlik törətmək xüsusiyyəti olmayan faktorlara (yaşayış və iş yerlərindəki mikrofloraya, bitki tozcuqlarına, heyvan yunu və tükünə, qida maddələrinə) qarşı yaranan həssaslıqdır.

Keçən yüzillikdə allergik xəstəliklər, əsasən də respirator allerqozlar epidemiya şəklini alıb, böyüklər və uşaqlar arasında artmaqda davam edir. "Respirator allerqozlar” dedikdə tənəffüs sisteminin müxtəlif şöbələrinin allergik zədələnməsi nəzərdə tutulur. Respirator allerqozlara "sivilizasiya” xəstəlikləri də deyilir. İstehsalın geniş sənayeləsdirilməsi, məişətdə və kənd təsərrüfatında kimyəvi maddələrdən geniş istifadə bu xəstəliklərin vüsət almasında mühüm rol oynayır. Bunlar tənəffüs yollarına çox miqdarda zərərli maddələrin düşməsinə, xroniki iltihabi prosesə və orqanizmin sensibilizasiyasına, sonra isə allergik prosesin yaranmasına səbəb olur.

Allergik xəstəliklər bu gün dünyada patologiyalar arasında yayılmasına görə 3-4-cü yeri tutur.

Allergik xəstəliklər arasında daha çox bu xəstəliklərə rast gəlinir:

- allergik rinit

- allergik konyuktivit

- bronxial astma

- övrə

- atopik dermatit

Allergik rinit burunda qaşınma, tez-tez asqırma, burun axması ilə müşayiət olunur. Burundan, gözdən axan selik tam şəffaf olur. Hətta burun dəsmalında izi belə qalmır.

Allergik konyuktivit çox vaxt allergik rinitlə bir yerdə olur. Bu zaman rinit əlamətlərindən başqa ğözdə qaşınma, sulanma, qızartı müşahidə edilir.

Körpələrdə allergik xəstəlik kimi atopik dermatitə daha çox rast gəlinir. Atopik dermatit qızartı, ödem, qaşınma, ekssudasiya və qabıqlanma ilə müşayiət olunan dərinin iltihabi xəstəliyidir.

Uşaq böyüyəndə atopik dermatit bir çox hallarda keçir, amma xəstələrin 50%-də bronxial astma, 75%-də allergik rinit formalaşa bilər.

Adətən atopik dermatitli xəstələrin yaxın qohumlarında (ana, ata, bacı, qardaş) 50-70% hallarda dəri və tənəffüs yollarının allergiyası müşahidə olunur.

Xəstəlik adətən uşaq 2-3 aylıq olanda başlayır. Əvvəl yanaqlarda, sonra üzün digər yerlərində, ənsə, biləklər, qollar, qarın və ətrafların açıcı səthlərində qızartı, qaşınma, sulanma, qabıqvermə müşahidə olunur. Belə uşaqlarda dəri quruluğu nəzərə çarpır. 3-5 yaşlarda yaxşılaşma başlayır, 5 yaşdan yuxarı əlamətlər demək olar ki, tamamilə itir.

Bəzən yaş artdıqca dəridə quruma və qalınlaşma olur, "atopik dermatit maskası” adlanan bir görünüş əmələ gəlir.

Uşaqlarda allergik xəstəliklərin yaranmasına təsir edən amillərdən biri allergiyaya irsi meyilliyin olmasıdır. Bu baxımdan, ailədə allergiyaya meyillik olduqda allergiyanın profilaktikası hamiləlik dövründən aparılmalıdır. Belə analar hamiləlik və südəmizdirmə dövründə qidalanmalarına xüsusi nəzarət etməlidirlər. Hamilə qadınlar passiv və aktiv tütünçəkmədən özlərini qorumalıdırlar və s.

 Allergik xəstəliklər hiperimmun reaksiya ilə xarakterizə olunur.

Allergik xəstəliklərin müalicəsi üçün əsas şərt allergenin uzaqlaşdırılmasıdır (hər zaman mümkün olmur).

Bundan başqa müalicə məqsədilə əsasən antihistamin və hormonal preparatlardan istifadə edilir.  Antihistamin preparatlar allergik reaksiyada mühüm rolu olan mediatorun (histaminin) ifrazını blokada edir. Hormonlar isə immun reaksiyaları zəiflədir. Beləliklə, allergiyanın simptomları aradan qaldırılır.

Bu zaman immun hiperhəssaslığa və allergik reaksiyada iştirak edən mediatorların artıq ifrazına şərait yaradan amillər:

- psixi yüklənmə

- yanlış qidalanma

- disbioz

- kandidoz

- ağır metallarla yüklənmə və s. də nəzərə alınmalı və aradan qaldırılmalıdır. Beləliklə, allergik xəstəliklərin daha uğurlu müalicəsi üçün şərait yaranmış olar.

Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub  saglamolun.az 



Загрузка...
Həmçinin oxuyun:
Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?

Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?

Uşaqları virusdan necə qorumalı? Pediatr izah edir

Uşaqları virusdan necə qorumalı? Pediatr izah edir

Allergiya və koronavirus infeksiyası – bir medalın iki üzü

Allergiya və koronavirus infeksiyası – bir medalın iki üzü

TV-yə baxmaqdan yaranan Qorxulu Xəstəlik

TV-yə baxmaqdan yaranan Qorxulu Xəstəlik

Uşaqlarda qurdları təmizləyən TƏBİİ RESEPTLƏR

Uşaqlarda qurdları təmizləyən TƏBİİ RESEPTLƏR

Uşaqlarda ağ ləkələr hansı xəstəliklərdən xəbər verir ?

Uşaqlarda ağ ləkələr hansı xəstəliklərdən xəbər verir ?

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Allergiyadan necə qurtulmaq

Allergiyadan necə qurtulmaq

Yazın məktəblərə gətirdiyi xəstəliklər: Pediatr valideynlərə çağırış etdi

Yazın məktəblərə gətirdiyi xəstəliklər: Pediatr valideynlərə çağırış etdi

Burun əti uşağı kar edə bilər – VALİDEYNLƏR, DİQQƏTLİ OLUN

Burun əti uşağı kar edə bilər – VALİDEYNLƏR, DİQQƏTLİ OLUN

"Əgər Bakı Tikiş Evinin tikdiyi geyimlər gigiyenik normalara cavab verirsə alın, yoxsa məsləhət deyil”

"Əgər Bakı Tikiş Evinin tikdiyi geyimlər gigiyenik normalara cavab verirsə alın, yoxsa məsləhət deyil”

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Yol kənarında kəsilən heyvan başları - Uşaqlara necə təsir edir?

Yol kənarında kəsilən heyvan başları - Uşaqlara necə təsir edir?

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Ən çox hansı xəstəlik yayılıb? - Açıqlama

Ən çox hansı xəstəlik yayılıb? - Açıqlama

Tanınmış pediatrdan CİDDİ XƏBƏRDARLIQ - Yeni dərs ilində uşaqları virus və infeksiyalardan necə qorumalı?

Tanınmış pediatrdan CİDDİ XƏBƏRDARLIQ - Yeni dərs ilində uşaqları virus və infeksiyalardan necə qorumalı?

"Bəzi revmatizm xəstəlikləri şikəstliklə nəticələnə bilər” - EHTİYATLI OLUN

"Bəzi revmatizm xəstəlikləri şikəstliklə nəticələnə bilər” - EHTİYATLI OLUN

Uşaqlarda bu xəstəliklər daha da artıb - Həkim SƏBƏBLƏRİ sadaladı

Uşaqlarda bu xəstəliklər daha da artıb - Həkim SƏBƏBLƏRİ sadaladı

Naringi qabığının möcüzələri -Bu xəstəliklərin...

Naringi qabığının möcüzələri -Bu xəstəliklərin...

Bronxial problemi olanların nəzərinə- Faringit, bronxial astma, laringit...

Bronxial problemi olanların nəzərinə- Faringit, bronxial astma, laringit...

Mövsüm allergiyası ilə koronavirusun simptomları arasındakı fərq açıqlandı

Mövsüm allergiyası ilə koronavirusun simptomları arasındakı fərq açıqlandı

Qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Bəzəyinə aldandığınız qutular uşaqlarınızı zəhərləyir – ALDANMAYIN!

Bəzəyinə aldandığınız qutular uşaqlarınızı zəhərləyir – ALDANMAYIN!

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...