AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
16 aprel 2020
2 008


Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?



 

Bəzi ekspertlər məktəbləri mayın əvvəlində açmağa təklif edirlər. Bəli, təhsil çox vacibdir.

Lakin belə fors-major vəziyyətdə son qərar yalnız və yalnız epidemioloq, virusoloq, immunoloqlarla müzakirələrdən sonra verilməlidir. Bu olduqca məsuliyyətli qərardır. Nəzərə almaq lazımdır ki, tədris prosesinin indiki vəziyyətdə bərpa olunması koronavirusun yayılmasını qat-qat artıra bilər.  

Bunun bir neçə səbəbi var.

Bildiyimiz kimi, uşaqlar əsasən koronavirusu yüngül keçirir, tez sağalır və onlarda ağırlaşmalar demək olar inkişaf etmir. Lakin araşdırmalar göstərir ki, uşaqlar koronavirusun ideal daşıyıcılarıdır və koronavirusa yoluxmuş uşaq ətrafdakılar üçün koronavirusa yoluxmuş böyükdən qat-qat daha təhlükəlidir. Bunun səbəblərini izah edək.  

Quançjou Tibb Mərkəzinin (Çin) alimləri koronavirusa yoluxmuş böyüklərlə sıx kontaktda olan 745 müxtəlif yaşlarda olan uşaqları müayinə etdikdən sonra aşkar ediblər ki, onlardan yalnız 10 uşaqda koronavirus analizi müsbət nəticə verib.

 MedicalXpress  bildirir ki, uşaqların heç birində təhlükəli simptomlar yox idi, rentgen zamanı pnevmoniyanın simptomları aşkar olunmayıb.  Yəni hətta uşaq koronavirusa yoluxarsa valideynlərin əksəriyyəti bunu koronavirus deyil, yüngül "soyuqdəymə” hesab edəcək və əksər hallarda həkimə müraciət etməyəcəklər. Uşaq yaşadığı ailədə yaşlılar və ya xroniki xəstələr varsa, bu onlar üçün çox ciddi təhlükədir. Bu birinci səbəbdir – uşaqlarda koronavirusun gizli, cüzi simptomlarla inkişafı.

Növbəti səbəb. Uşaqlar tam sağalandan sonra hələ uzun müddət ərzində ətrafdakıları koronavirusa yoluxdura bilirlər. Çin alimlərinin müşahidələrinə görə, tam sağalandan sonra uşaqlarda koronavirus analizi hələ 13 gün ərzində müsbət nəticə verirdi. Bu o deməkdir ki, tam sağalmış bu uşaq hələ uzun müddət ərzində ətrafdakılar üçün ciddi təhlükə yaradırdı.

Bütün bunları nəzərə alaraq alimlər belə nəticəyə gəliblər ki, uşaqlar koronavirusun ideal daşıyıcılarıdır və məhz uşaqların koronavirusa yoluxması bütün cəmiyyət üçün çox təhlükəlidir.

Bu səbəbdən bir çox ölkələrdə məktəblər bağlanıb və uşaqlar dərsləri onlayn keçir.

Azərbaycanda koronavirusla vəziyyət digər ölkələrlə müqayisədə ağır deyil. Lakin yoluxma halları hər gün qeydə alınır və yoluxanların sayı getdikcə artır. Həmçinin daxili yoluxma halları da var.  

Əgər məktəblər yaxın həftələr ərzində açılarsa, vəziyyət kəskin ağırlaşa bilər. Xüsusilə bu şəhərlərə aiddir.  

"Sosial məsafə”, "maska taxmaq” və s. gözəl qaydalar uşaq kollektivində yalnız ilk tənəffüsə qədər keçərlidir. Həmçinin uşaq kollektivində gigiyena qaydaları da tez-tez pozulur. Bunları nəzərə alaraq məktəbdə hətta bir neçə uşaq koronavirusun gizli daşıyıcısı olarsa, bu bütün uşaqların və həmçinin müəllimlərin yoluxmasına səbəb olacaq.

Nəzərə alsaq ki, məktəbdən evə qayıdan uşaq burada koronavirusa görə ən həssas əhali qrupuna aid olan nənə-baba ilə sıx ünsiyyətdə olur, bu çox ciddi problemlərə gətirib çıxarda bilər. saglamolun.az 



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda 6 yaşlı uşaq koronavirusa yoluxdu - Baş həkim danışdı

Azərbaycanda 6 yaşlı uşaq koronavirusa yoluxdu - Baş həkim danışdı

Uşaqların koronavirusdan qorumağın yolları AÇIQLANDI

Uşaqların koronavirusdan qorumağın yolları AÇIQLANDI

Azərbaycanda koronavirusa yoluxma sayı 822-yə çatdı - 33 nəfərin vəziyyəti ağırdır

Azərbaycanda koronavirusa yoluxma sayı 822-yə çatdı - 33 nəfərin vəziyyəti ağırdır

Koronavirusa virusa yoluxanların sayı

Koronavirusa virusa yoluxanların sayı

Koronavirusun ən gənc qurbanı məktəbli oldu

Koronavirusun ən gənc qurbanı məktəbli oldu

Alimlər koronavirusun “zəif nöqtəsini” tapdılar

Alimlər koronavirusun “zəif nöqtəsini” tapdılar

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Karantindən sonra məktəbləri açan ilk Avropa ölkəsi

Karantindən sonra məktəbləri açan ilk Avropa ölkəsi

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Professor koronavirusun ölümlə nəticələnməsinin səbəbini açıqladı

Professor koronavirusun ölümlə nəticələnməsinin səbəbini açıqladı

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

Koronavirusa təsir edən dərmanın adı  açıqlandı.

Koronavirusa təsir edən dərmanın adı açıqlandı.

Özünüzü və uşaqlarınızı necə qorumalı.

Özünüzü və uşaqlarınızı necə qorumalı.

Koronavirusun hüceyrələrdə necə yayıldığı görüntüləndi

Koronavirusun hüceyrələrdə necə yayıldığı görüntüləndi

Koronavirusa qarşı  test sistemi hazırlandı

Koronavirusa qarşı test sistemi hazırlandı

Azərbaycanda koronavirusa yoluxanların 66-sı 9 yaşa qədər uşaqlardır

Azərbaycanda koronavirusa yoluxanların 66-sı 9 yaşa qədər uşaqlardır

Malayziya hökuməti də məktəbləri bağladı

Malayziya hökuməti də məktəbləri bağladı

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Uşaqlar evdən niyə qaçır? – AÇIQLAMA

Uşaqlar evdən niyə qaçır? – AÇIQLAMA

Alimlərdən bədbin proqnoz: İyunadək koronavirusa qalib gəlmək mümkün olmayacaq

Alimlərdən bədbin proqnoz: İyunadək koronavirusa qalib gəlmək mümkün olmayacaq

Eşitmə qüsurunu neçə yaşa qədər aradan qaldırmaq mümkündür?

Eşitmə qüsurunu neçə yaşa qədər aradan qaldırmaq mümkündür?

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...