AzTehsil.com


Xəbərlər
04 fevral 2022
1 156


Məktəbdə şagirdə döşəmə sildirirlər, psixoloji təzyiq göstərirlər - İDDİA




“Ceyranbatan 1 nömrəli tam orta məktəbdə təhsil alan oğlum və qızım ciddi psixoloji təzyiqlərə məruz qalır”.


Bu barədə Bakupost.az -a şikayət edən Ceyranbatan qəsəbə sakini Günay Yusubova bildirib.


Valideyn iddia edib ki, psixoloji təzyiqlərlə yanaşı, oğluna məcburən təmizlik işləri gördürülür:


“Bir ay bundan əvvəl oğlum Elgün Abbasov məktəbdən evə qayıdanda baxdım ki, uşağın bədənində səpgilər əmələ gəlib. Qorxduğum üçün uşağı Sumqayıt xəstəxanasına apardım və orada bütün analizlərini verdik. Analizlərin cavabında allergiya, qan azlığının və bir az da soyuqlaması olduğu məlum oldu. O vaxt sinifdə koronavirusa yoluxma olmuşdu və şagirdlərdən kimsə müəlliməni də yoluxdurmuşdu. Hətta sinif rəhbəri olan Ulduzə müəllimin oğlu da ondan dünyasını dəyişmişdi. Ona görə də ehtiyat baxımından bir müddət uşağı qorudum, evdə allergiyaya görə müalicə aldı, vitaminlər də verdim. Sən demə, allergiyanın səbəbi başqa imiş...


Elgünə dərsdən sonra xlorlu əski ilə divar, döşəmə sildiriblər. Uşaq mənə deyir ki, “ana, bu nə deməkdir, məktəbin təmizlik işinə baxanlar olduğu halda mən niyə divarları silirəm?”.


Həmin gün uşağım dərsdə qalmışdı və evə də gec gəlmişdi. Həmçinin məktəbdən haçan evə qayıdırsa, müxtəlif əsəb, gərginlik, stress içində gəlir. Bunu kimin elətdirdiyini uşaq demir, yəqin, qorxur. Kimlərinsə məktəbdə həm oğluma, həm də qızıma ciddi psixoloji təzyiqləri var. Kimsə jurnalın arxasında Elgünün qiymətini ağardıcı ilə pozaraq yerinə sıfır yazıb. Ona görə bir valideyn kimi bilirəm ki, məktəbdə uşağıma təzyiqlər olur. Uşağım məktəbdə summativdə (qiymətləndirmə testində) iştirak edərək qiymət alıb, amma kimsə onu ağardıcı ilə silərək yerinə sıfır yazıb. Axı kim edir bunu? Niyə uşağım hər gün psixoloji sarsıntı yaşamalıdır?”.


Günay Yusubova aidiyyəti şəxslərdən bu məsələni araşdırmasını xahiş edib:


“Aidiyyəti qurumlardan xahiş edirəm ki, bu, məsələni araşdırsınlar. Ötən gün uşağımın telefonunda yaddaş yerinə baxıram, ancaq ölümlə bağlı videolar yükləyib. Səbəbini soruşanda, deyir, “ana ən gözəl həyat, o həyatdır”. Oğlum indidən ölmək haqqında düşünür. Bəs mənim illərdir onlar üçün çəkdiyim əziyyət necə olacaq? Mən zülmlə onları böyütmüşəm”.


Məsələ ilə bağlı Ceyranbatan 1 nömrəli tam orta məktəbdən bildiriblər ki, Abşeron rayon Təhsil Şöbəsinin razılığı olmadan mediaya açıqlama verməyə icazələri yoxdur:


“Siz ilk növbədə Təhsil Şöbəsinə müraciət etməlisiz. Bizim onların icazəsi olmadan açıqlama verməyə ixtiyarımız yoxdur”.


Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən Aysel Tahirova qeyd etdi ki, bununla bağlı valideynin rəsmi müraciəti yoxdur:


“Biz istənilən müraciəti valideynin və məktəb rəhbərliyinin iştirakı ilə araşdırırıq. Bu, məsələ ilə bağlı heç bir müraciət daxil olmayıb. Amma yaxın müddətdə mediada valideynin adından uşağa məktəbdə şiddət göstərilməsi ilə bağlı yazı yayılmışdı. Mən valideynlə danışdım, o dedi ki, heç bir şikayətim yoxdur, məktəbdən də, rəhbərlikdən də razıyam. Səhv etmirəmsə, bu valideyn idi. Lakin biz yenə də məsələni araşdırarıq, baxaq, həqiqət nədir”.




Загрузка...
Həmçinin oxuyun:
Bakıda müəllim oğlan şagirdi “qız” kimi təqdim etdi - ŞİKAYƏT

Bakıda müəllim oğlan şagirdi “qız” kimi təqdim etdi - ŞİKAYƏT

Bakıda müəllim oğlan şagirdi “qız” kimi təqdim etdi - ŞİKAYƏT

Bakıda müəllim oğlan şagirdi “qız” kimi təqdim etdi - ŞİKAYƏT

Məktəbdə biabırçılıq- Müəllim 4-cü sinif şagirdini qulağından qan açılana qədər döyüb-  ŞİKAYƏT

Məktəbdə biabırçılıq- Müəllim 4-cü sinif şagirdini qulağından qan açılana qədər döyüb- ŞİKAYƏT

Valideyn iddia edir ki, övladı dəfələrlə məktəbdə müəllim tərəfindən şiddətə məruz qalıb

Valideyn iddia edir ki, övladı dəfələrlə məktəbdə müəllim tərəfindən şiddətə məruz qalıb

Azərbaycanda şagird məktəbdə öldürülüb? - Şok iddia + Foto

Azərbaycanda şagird məktəbdə öldürülüb? - Şok iddia + Foto

Valideynin ağır ittihamla suçladığı  məktəbin direktoru– “Ana bütün  günahı boynumuza  yıxmaq istəyir, amma...”

Valideynin ağır ittihamla suçladığı məktəbin direktoru– “Ana bütün günahı boynumuza yıxmaq istəyir, amma...”

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

Məktəbdə dava edən şagirdləri ayırmaq istədi- öldü

Məktəbdə dava edən şagirdləri ayırmaq istədi- öldü

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Vəfat edən birinci sinif şagirdinin anası danışdı: Analizlərin cavabını yandırmışam - VİDEO

Vəfat edən birinci sinif şagirdinin anası danışdı: Analizlərin cavabını yandırmışam - VİDEO

Şagirdin ölümü ilə bağlı direktordan açıqlama: “Gözümün qarşısında”

Şagirdin ölümü ilə bağlı direktordan açıqlama: “Gözümün qarşısında”

Bakıda məktəbdə şagirdin cibindən telefon oğurlandı

Bakıda məktəbdə şagirdin cibindən telefon oğurlandı

Bakıda oğlan şagirdi “qız” kimi təqdim edən müəllim CƏZALANDIRILDI - RƏSMİ

Bakıda oğlan şagirdi “qız” kimi təqdim edən müəllim CƏZALANDIRILDI - RƏSMİ

Şagirdin hamiləliyinə görə tutulan müəllim azad edilib

Şagirdin hamiləliyinə görə tutulan müəllim azad edilib

Bakıda orta məktəbdə müəllimlər xəstə halda işə çıxmağa məcbur edilirlər? - İDDİA

Bakıda orta məktəbdə müəllimlər xəstə halda işə çıxmağa məcbur edilirlər? - İDDİA

Ağıl zəifliyinin əsas səbəbi məlum oldu - Sən demə...

Ağıl zəifliyinin əsas səbəbi məlum oldu - Sən demə...

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

" Sinifdə 44 şagird var, idarə edə bilmirəm " Etiraf yoxsa rəzalət ?

" Sinifdə 44 şagird var, idarə edə bilmirəm " Etiraf yoxsa rəzalət ?

Daha beş məktəb koronavirusa görə bağlandı

Daha beş məktəb koronavirusa görə bağlandı

Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbdə "Sən sahibkarsan" adlı açıq dərs keçirilib.

Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbdə "Sən sahibkarsan" adlı açıq dərs keçirilib.

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Şagirdə qarşı qeyri-uyğun hərəkət edən müəllimlə bağlı AÇIQLAMA

Şagirdə qarşı qeyri-uyğun hərəkət edən müəllimlə bağlı AÇIQLAMA

Bakıda direktor və müəllim şagirdi döydü? - Valideynlər belə iddia edir - VİDEO

Bakıda direktor və müəllim şagirdi döydü? - Valideynlər belə iddia edir - VİDEO

Abşeronda məktəbdə kütləvi yoluxma var? - AÇIQLAMA

Abşeronda məktəbdə kütləvi yoluxma var? - AÇIQLAMA