AzTehsil.com


Xəbərlər / Direktor / Müəllim
29 iyun 2021
1 303


Valideyn iddia edir ki, övladı dəfələrlə məktəbdə müəllim tərəfindən şiddətə məruz qalıb



 

Bakıda məktəb direktoru aztəminatlı ailənin övladını sinifdə saxlayır.

Bunu "Report”un redaksiyasına şikayət məktubu ünvanlayan valideyn Ülviyyə Mustafayeva iddia edir.

Onun sözlərinə görə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 182 nömrəli tam orta məktəbdə təhsil alan övladı 6-cı sinfə keçməli olduğu halda, məktəb rəhbərliyi onun təkrar 5-ci sinifdə oxumağına göstəriş verib.

Valideyn qeyd edir ki, övladı dəfələrlə məktəbdə müəllim tərəfindən şiddətə məruz qalıb:

"Övladım üçüncü sinfə kimi təhsil aldı. Sonra müəllim uşağıma dəfələrlə şiddət göstərdi və uşağımın səhhətində ciddi problemlər yarandı. Direktor Zinyət Tağıyeva icazə verdi ki, övladım sağalana kimi məktəbə gəlməyə bilər. Sonra pandemiya səbəbindən evdən təhsili davam etdirdik. 4-cü sinfə keçid zamanı da sinifdə qalması ilə bağlı problemlə üzləşdim. Bu zaman məktəbə gedib uşağımın sənədlərini tələb etdim ki, məktəbdən çıxarıram və Təhsil Nazirliyinə gedirəm. Uzun müzakirələrdən sonra məsələ həll olundu və övladım 4-cü sinfi yekunlaşdırdı”.

"Bu tədris ilində 5-ci sinfi də oxuyub, pandemiya ilə əlaqədar məktəbə qoymadım və övladımın təhsili ilə özüm evdə məşğul oldum. Yəni bu işin məsuliyyətini öz üzərimə götürmüşdüm. Aztəminatlı ailəyik, kirayədə qalırıq. Kitabları da özümüz aldıq. Övladımı məktəbə göndərməməyimlə bağlı iltizam yazmağım barədə mənə vaxtında nəsə demədilər. Mən də bundan məlumatsız olmuşam. 6-cı sinfə keçməsi üçün qiymətləndirmə aparılmasını bilərəkdən bizə demədilər. Deyirlər ki, qiymətləndirmənin sənin övladına aidiyyəti yoxdur. Səbəb kimi də övladımın dərslərdə iştirak etməməsini bildirirlər. Direktor da bunu əsas tutaraq övladımın yenidən 5-ci sinifdə oxumasını tələb edir. İzah edirəm ki, övladımın sağlamlığına görə icazə vermişdiniz. Məktəb rəhbərliyinin yanına getdim mənə dedi ki, hara istəyirsən, şikayət et. Dəfələrlə təzyiq və təhdidlərə məruz qaldım. Aidiyyəti üzrə hər yerə müraciət etmişəm, Daxili İşlər Nazirliyinin "102 Zəng Xidməti”nə də müraciət etdim. Qorxu hisslərilə yaşayıram”, – Ü.Mustafayeva bildirib.

Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə də müraciət etdiyini deyən şikayətçi vurğulayır ki, orada övladının sinifdə saxlanıldığı bir daha qeyd edildi: "Bildirdim ki, pandemiya dövründə müəyyən güzəşt edilməli və ibtidai sinif şagirdi sinifdə saxlanmamalıdır”.

Direktor Zinyət Tağıyeva isə "Report”a açıqlamasında bildirib ki, həmin şagird bu tədris ilində bir dəfə də olsun məktəbə gəlməyib: "Valideyn nə iltizam kağızı yazıb, nə də övladını qiymətləndirməyə göndərib. Belə olan təqdirdə həmin şagirdi necə sinifdən-sinfə keçirim?! Valideyn övladını müəllimlər tərəfindən döyüldüyünü iddia edərək 4-cü sinfə qədər dörd dəfə müəllim dəyişib. Şagird 5-ci sinfi oxumadığına görə təkrar həmin sinifdə təhsilini davam etdirməlidir. Məktəbə də gəlməyib ki, qiymətləndirmə barədə məlumatlı olsun. Qaldığı ünvanı da dəyişdiyindən bilmirik harada yaşayırlar”.



Загрузка...
Həmçinin oxuyun:
İki qardaş iki həftədir dərsə gedə bilmirlər

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

Bakıda müəllim şagirdi döydü? - Valideynləri övladının döyüldüyünü iddia edir-VİDEO

Bakıda müəllim şagirdi döydü? - Valideynləri övladının döyüldüyünü iddia edir-VİDEO

Məktəbəhazırlıq sinfində oxuyanlar başqa məktəbi seçmək üçün nə etməlidirlər?

Məktəbəhazırlıq sinfində oxuyanlar başqa məktəbi seçmək üçün nə etməlidirlər?

Koronavirus təhlükəsi səbəbindən uşaqlarını məktəbə göndərmək istəməyən valideynlər nə etməlidirlər?

Koronavirus təhlükəsi səbəbindən uşaqlarını məktəbə göndərmək istəməyən valideynlər nə etməlidirlər?

Övladını məktəbə göndərmək istəməyən valideynlər üçün şərtlər açıqlanıb

Övladını məktəbə göndərmək istəməyən valideynlər üçün şərtlər açıqlanıb

Təhsil nazirinin müavini: “4000-dən çox şagird sinifdə saxlanılıb”

Təhsil nazirinin müavini: “4000-dən çox şagird sinifdə saxlanılıb”

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur

Bakıda DƏHŞƏT- Müəllim 12 yaşlı şagirdin başına elə oyun gətirdi ki...

Bakıda DƏHŞƏT- Müəllim 12 yaşlı şagirdin başına elə oyun gətirdi ki...

Valideyni əvəzinə yaxın qohumu qeydiyyatdan keçən uşaqların aqibəti necə olacaq? - I sinfə qəbul

Valideyni əvəzinə yaxın qohumu qeydiyyatdan keçən uşaqların aqibəti necə olacaq? - I sinfə qəbul

“Uşağım polisin köməyi ilə dərsə gedir...” - Məktəbdə nə baş verir?

“Uşağım polisin köməyi ilə dərsə gedir...” - Məktəbdə nə baş verir?

Övladını məktəbə göndərən və göndərməyən valideynlər iltizam imzalayacaq

Övladını məktəbə göndərən və göndərməyən valideynlər iltizam imzalayacaq

Valideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar: “Şagirdləri ilə qumar oynayır”

Valideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar: “Şagirdləri ilə qumar oynayır”

" Sinifdə 44 şagird var, idarə edə bilmirəm " Etiraf yoxsa rəzalət ?

" Sinifdə 44 şagird var, idarə edə bilmirəm " Etiraf yoxsa rəzalət ?

Birinci sinfə şagird qəbulu zamanı "qısa qapanma"... – Hövsan məktəbindən ŞİKAYƏT

Birinci sinfə şagird qəbulu zamanı "qısa qapanma"... – Hövsan məktəbindən ŞİKAYƏT

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

I sinfə qəbulla bağlı valideynlərə müraciət edildi - Sistemdə ləngimələr ola bilər

I sinfə qəbulla bağlı valideynlərə müraciət edildi - Sistemdə ləngimələr ola bilər

I sinfə qəbul zamanı işıq pulu qəbzi tələb edilir

I sinfə qəbul zamanı işıq pulu qəbzi tələb edilir

Bakıda məktəb direktoru müəllimdən hicabını açmağı tələb edib? - RƏSMİ AÇIQLAMA

Bakıda məktəb direktoru müəllimdən hicabını açmağı tələb edib? - RƏSMİ AÇIQLAMA

Məktəbdə biabırçılıq- Müəllim 4-cü sinif şagirdini qulağından qan açılana qədər döyüb-  ŞİKAYƏT

Məktəbdə biabırçılıq- Müəllim 4-cü sinif şagirdini qulağından qan açılana qədər döyüb- ŞİKAYƏT

Bakıda direktor və müəllim şagirdi döydü? - Valideynlər belə iddia edir - VİDEO

Bakıda direktor və müəllim şagirdi döydü? - Valideynlər belə iddia edir - VİDEO

Valideynin ağır ittihamla suçladığı  məktəbin direktoru– “Ana bütün  günahı boynumuza  yıxmaq istəyir, amma...”

Valideynin ağır ittihamla suçladığı məktəbin direktoru– “Ana bütün günahı boynumuza yıxmaq istəyir, amma...”

Bakıda müəllim1-ci sinif şagirdini döydü - VİDEO

Bakıda müəllim1-ci sinif şagirdini döydü - VİDEO

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb