Xəbərlər / Ekspert
23 dekabr 2021

Məktəbin, müəllimin müdafiəsinə qalxanı, dərhal məsxərəyə qoyuruq…


Məktəbin, müəllimin müdafiəsinə qalxanı, dərhal məsxərəyə qoyuruq…


“Fransız mənşəli amerikalı mədəniyyət tarixçisi, pedaqoq, publisist, Kolumbiya Universitetinin professoru olmuş Jak Barzenin belə bir sözü var: “Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir.”


 Son günlər məktəb-valideyn münasibətləri yenidən gündəmə gəldi. Özü də əvvəlkilərdən daha kəskin, daha ciddi. Sanki, cəmiyyət iki cəbhəyə bölündü: tərəfdarlar və əleyhdarlar. Məktəb-valedeyn münasibətlərinin çoxsaylı parametrləri bir kənara qoyularaq, məktəblərdə “pul yığımı” “Günah keçisi” qismində önə çəkildi. (Baxmasm belə, bir anlığa xatirəmdə türk serialı “Yarpaq tökümü” canlandı) Elə qələmə verənlər də oldu ki, sanki, rüşvətin korrupsiyanın mənbəyi elə məktəb imiş, necə ki, “KOVİD 19” infeksiyasının mənbəyinin  də bilavasitə məktəblər olduğunu sananlar kimi. Beələ nəticəyə gəlmək olur ki, bizim gücümüz elə bizə güc verib, ortalığa çıxarana çatırmış...


Nə baş verir... Dəyərlər dəyişib, yoxsa biz dəyişmişik...? Bu, nə səmiyyətdir, bu, nə mədəniyyətdir – məktəbin, müəllimin müdafiəsinə qalxanı məsxərəyə qoyuruq!? Nə oldu ki, birdən-birə məktəb “məbədgah”lığını, müəllim “müqəddəs”liyini itirdi?  Bəs, "savadsız müəııimlər”, "saxta müəllimlər”, "filan qədər müəllim imtahandan kəsildi”, "filan direktor işdən qovuldu” və s. bu kimi fikirlər səsləndirəndə, "pul yığan müəllimlərə ciddi xəbərdarlıq” kimi rəsmi bəyanatlar verəndə bunu düşünmürdük? Yəni, dünyanın hansı sivil ölkəsində belə xəbərdarlıqlar edilir? "Müəllim günü"nə bir həftə qalmış, başlayırıq ki, ay aman qoymayın...


Bir də ki, “pul yığan” elə sanki təkcə müəllimlər imiş. Sonra da ağız dolusu müəllim nüfuzunun qaldırılmasından danışırıq. Əgər hansısa bir məktəbdə, hansısa valideyn komitəsi və ya icması tərəfindən "Müəllim günü” münasibətilə hansısa müəllimə hörmət və ehtiramlarını bildirmək üçün hansısa bir hədiyyə ilə müəllimi təbrik etmək istəyirlərsə, bunu qabardaraq ictimailəşdirmək, rüşvət və korrupsiya səviyyəsinə qaldırıb cəmiyyətə təqdim etmək təkcə müəllim adına deyil, bütövlükdə cəmiyyətə baş ucalığı gətirən hal deyil. Hansısa bir və ya bir neçə kollektivdə baş vermiş və ya baş verə biləcək bu kimi halların bütövlükdə müəllim şəxsiyyəti fonunda ümumiləşdirilməsi yol verilməzdir. Müəllimi tənbeh etmək də olar, cəzalandırmaq da, onun barəsində inzibatı və ya hüquqi müstəvidə cinayət işi də qaldırmaq olar, lakin onunla bağlı hər hansı bir təzahür və faktların ictimailəşdirilməsində ifrata yol vermək olmaz.


Yaşlı və orta nəslin nümayəndələri bilməmiş deyillər ki, məktəb illərimizin, təhsillə bağlı fəaliyyətimizin səmimi, qayğısız, problemsiz keçid illərini yaşamışıq. Nə yazıq ki, bir müddət kəsiyində bu illərdən bəri oturuşmuş sistemin ən yaxşı ənənələrini unutduq, yenilik həvəsilə keçmişimizə biganəlik göstərdik. Nəzərə almadıq ki, zamanı qabaqlamaq mümkün olan şey deyil, çünki zaman bizdən sürətlidir.....

Uzun illər keçməsinə baxmayaraq bugünkü kimi yadımdadır, məktəbə yeddi yaşından gedərdik. Bu yaşa qədər isə şən və qayğısız uşaqlıq həyatını yaşayardıq. Məktəb seçmək, övladını yaxşı müəllimin sinfinə qoymaq valideynlərimizin ağlına belə gəlməzdi. Çünkı bütün məktəblər eyni səviyyədə, bütün müəllimlər eyni hazırlıqda idilər. “Müəllimlər günü”, “8 mart Beynəlxalq qadınlar bayramı” ərəfələrində kitab mağazalarına, qəzet köşklərinə üz tutub müəllimləri təbrik etmək üçün daha münasib və nəfis “otkrıtka” seçiminə çıxardıq. Xətti pis olanlar öz ürək sözlərini böyük qardaş və bacılarına yazdırardı. İmkan daxilində müəllimə ən böyük hədiyyəmiz o zamanlar dəbdə olan “Krasnaya Moskva” duxisi olardı. Bu üç rubla olan ətir məmulatını müəllimin qəbul edib etməyəcəyini düşünməkdən səhərəcən yata bilməzdik. Müəllim sözün bütün mənalarında bizim üçün böyük nüfuz simvolu, şəxsiyyət etalonu idi.


Gəlin, bir çox milli və bəşəri dəyər və ənənələrimizə diqqət və sayğı göstərdiyimiz kimi, ciddi səylər və böyük zəhmət hesabına əldə etdiyimiz təhsil dəyərlərimizi və ənənələrimizi də qoruyub saxlayaq, bu şərəfli və məsuliyyətli missiyada əlimizdən gələni əsirgəməyək. Bir həqiqəti də unutmayaq ki, məktəb cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə gedən proseslər məktəbə də, müəllimə də təsirsiz ötüşməyə bilməz. Məktəbi, müəllimi “Günah keçisi”  qismində önə çəkmək nəinki, təhsilimizə, cəmiyyətimizə hec şəxsiyyətimizə də baş ucalığı gətirmir. Müəllimini təbrik etmək istəyən şagirdə hədiyyəyə baxdıqdan sonra “Apar bunu anana ver” deyən müəllimə qarşı ən qətiyyətli mübarizə aparmaq isə, hər birimizin vətəndaşlıq borcudur.


Nadir Israfilov



Загрузка...
loading...

Həmçinin oxuyun:
Müəllim olmaq istəyənlər niyə artıb… - SƏBƏBLƏR

Müəllim olmaq istəyənlər niyə artıb… - SƏBƏBLƏR

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

Şahin Rəcəbdən Azər Həsrətə cavab .Rəqs edən müəllim  ilə bağlı.

Şahin Rəcəbdən Azər Həsrətə cavab .Rəqs edən müəllim ilə bağlı.

Müəllim oxuya da bilər, rəqs də edər, digər əyləncələrə də baş vura bilər-Nadir İsrafilov

Müəllim oxuya da bilər, rəqs də edər, digər əyləncələrə də baş vura bilər-Nadir İsrafilov

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

“Onlardan əl çəkin!” – Psixoloq 134 saylı məktəbin şagirdlərinin müdafiəsinə qalxdı

“Onlardan əl çəkin!” – Psixoloq 134 saylı məktəbin şagirdlərinin müdafiəsinə qalxdı

" Sinifdə 44 şagird var, idarə edə bilmirəm " Etiraf yoxsa rəzalət ?

" Sinifdə 44 şagird var, idarə edə bilmirəm " Etiraf yoxsa rəzalət ?

Qubada müəllimin intiharının SƏBƏBLƏRİ məlum oldu

Qubada müəllimin intiharının SƏBƏBLƏRİ məlum oldu

Tanınmış psixoloqdan məktəb olayı ilə bağlı unikal yanaşma

Tanınmış psixoloqdan məktəb olayı ilə bağlı unikal yanaşma

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”

Məktəblərdə ön partada oturmaq üçün şagirdlərdən 200 manat tələb edilir -RƏSMİ AÇIQLAMA

Məktəblərdə ön partada oturmaq üçün şagirdlərdən 200 manat tələb edilir -RƏSMİ AÇIQLAMA

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Valideynin ağır ittihamla suçladığı  məktəbin direktoru– “Ana bütün  günahı boynumuza  yıxmaq istəyir, amma...”

Valideynin ağır ittihamla suçladığı məktəbin direktoru– “Ana bütün günahı boynumuza yıxmaq istəyir, amma...”

Nazir son günlər məktəblərdə baş verən neqativ hallardan DANIŞDI

Nazir son günlər məktəblərdə baş verən neqativ hallardan DANIŞDI

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

"Məktəb təlim tərbiyə oçağıdır. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir..."

"Məktəb təlim tərbiyə oçağıdır. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir..."

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

Emin Əmrullayev: “Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir”

Emin Əmrullayev: “Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir”

Nadir İsrafilov: Burada hər şey düzgün idarəçilikdən asılıdır.

Nadir İsrafilov: Burada hər şey düzgün idarəçilikdən asılıdır.

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi

Təyinatların keyfiyyətsizliyini kim ölçüb, kim bu qərarı verib?

Təyinatların keyfiyyətsizliyini kim ölçüb, kim bu qərarı verib?

Məktəbdə baş verən son intihar hadisəsi üzücü olduğu qədər də təəssüfləndiricidir.

Məktəbdə baş verən son intihar hadisəsi üzücü olduğu qədər də təəssüfləndiricidir.

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müasir dövrdə müəllim-valideyn münasibəti