Mehriban Vəliyeva: Hazırda Bakıda15-ə yaxın məktəbdə istilik yoxdur
Bakıda istilik sistemi problemi olan məktəblərin sayı açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında qurumun tabeliyindəki bəzi məktəblərdə problemlərin olduğunu xatırladıb.
Onun sözlərinə görə, hazırda 15-ə yaxın məktəbdə istilik yoxdur: “Bu problemlərin həlli istiqamətdə mütəmadi addımlar atılır. Bir müddət əvvəl istiliklə bağlı ajiotaj var idisə, artıq onlar yavaş-yavaş səngiyir”.
M.Vəliyeva eyni zamanda bir müddət əvvəl güclü külək nəticəsində problem yaranan məktəblərlə bağlı məsələyə də aydınlıq gətirib: “Problemlər mütəmadi şəkildə olur, amma həll olunması üçün addımlar atılır”.