Xəbərlər / Müəllim
21 noyabr 2021
987


Müəllimləri bölgələrdə işləməyə necə həvəsləndirməli – Ekspertlər


Nadir İsrafilov: “1973-cü ildə Sovet hökuməti kənd məktəblərində işləyənləri hərbi xidmətdən azad etdi, nəticədə kəndlərə axın oldu, kadrlarda xeyli cavanlaşma baş verdi”

Asif Cahangirov: “Müəllimin maaşının səviyyəsi elə olmalıdır ki, o, təkcə dövlətin subsidiyalarına deyil, həm də qazandığı pula arxalansın, kənd yerlərində yaşayanda maddi sıxıntı çəkməsin”


Ölkəmizdə ali məktəblər hər il tələb ediləndən daha çox müəllim yetişdirir, lakin eyni zamanda, Azərbaycanın bəzi yerlərində müəllim kadrlarının kəskin çatışmazlığı müşahidə olunur. Kənd və qəsəbələrdə vəziyyət xüsusilə acınacaqlıdır. Gənc mütəxəssislərin regionlarda işləməyə həvəsləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.


Kənd yerlərində çalışan müəllimlərin kommunal xərclərinə və kirayə evlərə görə kompensasiyaların məbləğinin artırılması təklif olunub. Bu, “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində nəzərdə tutulub. Qanun layihəsinə uyğun olaraq, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 20 minədək gənc mütəxəssisin kənd yerlərinin təhsil müəssisələrində işləməyə cəlb edilməsi məqsədilə kommunal xidmətlər və mənzil kirayə haqqı üçün kompensasiyaların məbləği 60 manatdan 90 manata qaldırılır. Qanun layihəsi artıq Milli Məclisə daxil olub və parlament komitələrinin iclaslarında müzakirəyə çıxarılacaq.


Bəs bu, müəllimləri kəndə cəlb etmək üçün kifayət edəcəkmi? Çünki məbləğ azdır, müəllimlərin pul qazanması üçün paytaxtda daha çox imkanlar var.



Təhsil Nazirliyi yanında İctimai Şura sədrinin müavini Nadir İsrafilov AYNA-ya açıqlamasında deyib ki, son illər ölkədə gənc müəllimlərin regionlarda işləməyə həvəsləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir, lakin bu istiqamətdə işlərin davam etdirilməsi zəruridir: “Onların əksəriyyəti Bakıda işləmək istəyir. Bəzi bölgələrdə müəllim çatışmazlığı var və elə olur ki, məsələn, tarix müəllimi coğrafiyadan da dərs deyir. Niyə kadrlar kifayət etmir? Çünki gənc müəllimlər kəndə getməkdən çəkinirlər. Bu da onların şəraitə qane olmamaları ilə bağlıdır. Regionları inkişaf etdirərkən təkcə yeni məktəblər tikmək yox, həm də müvafiq infrastrukturu – klublar, mədəniyyət evləri və s. yaratmaq vacibdir. Məsələn, kəndə gənc müəllim gəlir və şəhərdən sonra orada yaşamaq onun üçün uyğunsuzdur. Onun tamhüquqlu asudə vaxtını təmin etmək lazımdır. Bölgələrdə də kifayət qədər ixtisaslı kadrların olması lazımdır. Qarabağ məsələsi həll olunandan sonra işğaldan azad edilmiş rayonlarda müəllimlərə ehtiyac yaranacaq”.


“SSRİ-də elə bir dövr olub ki, kənd məktəblərində kadr çatışmazlığı var idi, ali pedaqoji təhsilli müəllimlər az idi, haradasa 10-15% civarında idi. Sonra 1973-cü ildə radikal qərar verildi: kənd məktəblərində işləyənlər hərbi xidmətdən azad edildi. O zaman təhsil strateji sahə hesab olunurdu. Çoxlu sayda gənc müəllim kəndə dərs deməyə getdi, kadrlarda xeyli cavanlaşma oldu. Önəmli olan odur ki, kəndlərdə müəllimlər mənzillə təmin olundular. Bəziləri rayonlarda ailə qurub, həmişəlik orada qaldılar”, – deyə ekspert bildirib.


Həmsöhbətimiz başqa bir məqama da toxunub: “Əvvəllər yerləşdirmə ilə bağlı iş sistemi var idi, yəni bu profilli mütəxəssislər məhz ehtiyac olan yerə göndərilirdilər. İndi belə sistem yoxdur, hər şey müəllimlərin qəbulu üçün keçirilən müsabiqədəki ballardan asılıdır. Bu gün 60 bal toplayanlar harada yaşamalarından asılı olmayaraq, paytaxt məktəblərində işləmək üçün müraciət edə bilərlər. Bakı sakini isə kiçik bal toplayıbsa, o, ancaq rayonda iş üçün müraciət edə bilər. Belə çıxır ki, ən güclü müəllimlər mərkəzdə işləyir, qalanları isə regionlarda – bu, yanlış yanaşmadır”.


“Amma elə vaxtlar olub ki, yüksək keyfiyyətli təhsil olduğuna görə bölgələr ölkəyə çoxlu alim verib. İşə müraciət edən zaman gənc mütəxəssisin haradan olduğunu, təhsilə başlamazdan əvvəl harada yaşadığını nəzərə almaq daha məntiqli olardı, çünki orada evi, qohumları, tanış mühiti var. Yaşayış yerinizi dəyişdirmək çətinliklərlə doludur, çünki bir insan hər şeyi yenidən qurmalıdır. Bölgələrə işləməyə gedənlərə torpaq sahəsi vəd edilirdi, lakin bəzən bununla bağlı çətinliklər yaranır”, – deyə İsrafilov vurğulayıb.



Azərbaycanın Əməkdar müəllimi Asif Cahangirov AYNA-ya şərhində söyləyib ki, kommunal və mənzil haqlarının ödənilməsinə görə kompensasiyalar hesablanarkən, kəndə gedəcək müəllimin xərclərini və əməkhaqqının səviyyəsini nəzərə almaq vacibdir: “Kənd yerlərində işləmək istəyənlərin maddi həvəsləndirilməsi müsbət tendensiyadır. Mən tez-tez kənd və şəhər yerlərində təhsilin keyfiyyətinin eyni göstəricilərə çatdırılmasının vacibliyindən danışıram. Kənd yerlərində tələbələrin şəhər yerlərindəkindən heç də aşağı keyfiyyətli təhsil almamaları vacibdir. Ona görə də kəndə yeni müəllimlərin axını lazımdır və onları mənzil və torpaq sahələri, güzəştli kirayə evlərlə həvəsləndirmək lazımdır və bütün bunlar həyata keçirilir”.


“Sonuncu bəndlə bağlı müəyyən ərazidə bazarın diqtə etdiyi real kirayə qiymətləri də mütləq nəzərə alınmalıdır. Müəllimin maaşının səviyyəsi elə olmalıdır ki, o, təkcə dövlətin subsidiyalarına deyil, həm də qazandığı pula arxalansın, kənd yerlərində yaşayanda maddi sıxıntı çəkməsin”, – deyə müsahibimiz qeyd edib.


Paylanma sisteminə gəlincə, Cahangirovun sözlərinə görə, dövlət tələbələrin yetişdirilməsinə pul xərcləyib və üç il ərzində onları təcili ehtiyac olan yerə işə göndərməklə, qoyduğu pulun geri qaytarılacağına ümid edə bilər: “Sonra harada işləmək gənc müəllimlərin öz ixtiyarındadır. Bununla belə, güzəştlər qüvvədə qalmalıdır. Bu cür kadrların kimlər üçün hazırlanması, hansı sahə üçün, bunun üçün nə qədər adama ehtiyac olduğu aydın bilinməlidir. Bakının ehtiyac hiss etmədiyi pedaqoji ixtisaslar üzrə daha çox büdcə yerlərinin müəllim hazırlayan regional universitetlərə verilməsi lazımdır”.


Müəllif: Elya Belskaya


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Kəndlərdə işləyən müəllimlər üçün ödənilən kommunal xidmətlər və kirayə haqqı artırılacaq

Kəndlərdə işləyən müəllimlər üçün ödənilən kommunal xidmətlər və kirayə haqqı artırılacaq

Kənd yerlərində dərs deyən müəllimlərin... -YENİ QƏRAR VİDEO

Kənd yerlərində dərs deyən müəllimlərin... -YENİ QƏRAR VİDEO

Nadir İsrafilov-Müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində Təhsil Nazirliyi  iki istiqamətdə iş aparır.

Nadir İsrafilov-Müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində Təhsil Nazirliyi iki istiqamətdə iş aparır.

Kənd müəllimi ölkə birincisi oldu

Kənd müəllimi ölkə birincisi oldu

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

Qarabağda hansı ali məktəblər açılmalıdır?

Qarabağda hansı ali məktəblər açılmalıdır?

Ucqar bölgələrdə dərs deyən müəllimlərin imtiyazları artırılıb

Ucqar bölgələrdə dərs deyən müəllimlərin imtiyazları artırılıb

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

"Prestijli və prestijsiz kateqoriyalarına bölərək stimullaşdırma anlayışını çoxdan unutmuşuq”

"Prestijli və prestijsiz kateqoriyalarına bölərək stimullaşdırma anlayışını çoxdan unutmuşuq”

Azərbaycanda əlavə 50 məktəbdə mühafizə xidməti yaradılacaq

Azərbaycanda əlavə 50 məktəbdə mühafizə xidməti yaradılacaq

"Həvəsləndirmə pulu 35 yaşa qədər verilməlidir əks təqdidrdə müəllimlər digər işlərə keçməli olurlar"

"Həvəsləndirmə pulu 35 yaşa qədər verilməlidir əks təqdidrdə müəllimlər digər işlərə keçməli olurlar"

Kənd müəllimlərinin maaşlarında artım olacaq -Rəsmi

Kənd müəllimlərinin maaşlarında artım olacaq -Rəsmi

"Magistr oğlanlara hərbi xidmətdən möhlət hüququ olmamalıdır"-deputatın fikri

"Magistr oğlanlara hərbi xidmətdən möhlət hüququ olmamalıdır"-deputatın fikri

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Tələbələrə ŞAD XƏBƏR - QANUN

Tələbələrə ŞAD XƏBƏR - QANUN

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Təhsil Şöbəsi: Masazırdakı müəllim çatışmazlığı problemi tezliklə həll olunacaq

Təhsil Şöbəsi: Masazırdakı müəllim çatışmazlığı problemi tezliklə həll olunacaq

Azərbaycanda bu müəllimlərin vəzifə maaşı iki dəfə artırılıb – RƏSMİ

Azərbaycanda bu müəllimlərin vəzifə maaşı iki dəfə artırılıb – RƏSMİ

Bəzi məktəblərdə müəllim çatışmazlığı problemi qalır -SƏBƏBSƏ...

Bəzi məktəblərdə müəllim çatışmazlığı problemi qalır -SƏBƏBSƏ...

Göygülün geridə qalan təhsili

Göygülün geridə qalan təhsili

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

Məktəblərdə yoluxma kəskin artdı: dərslər TAM DAYANACAQ? - VİDEO

Məktəblərdə yoluxma kəskin artdı: dərslər TAM DAYANACAQ? - VİDEO

Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib

Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib

Ağstafanın  kənd məktəblərində məktəbəhazırlıq və ibtidai siniflərdə dərs deyən müəllimlərin seminarı keçirilib.

Ağstafanın kənd məktəblərində məktəbəhazırlıq və ibtidai siniflərdə dərs deyən müəllimlərin seminarı keçirilib.