Xəbərlər / Müəllim
17 oktyabr 2021
979

“Xarıbülbül” respublika uşaq rəqs festivalına qeydiyyat davam edir

Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhər ümumtəhsil məktəblərinin və respublikada fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin rəqs kollektivləri arasında "Xarıbülbül” respublika uşaq rəqs festivalına qeydiyyat davam edir.

Bu barədə   Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqə milli (xalq və folklor) rəqslər, Azərbaycanda yaşayan milli azlıq, azsaylı xalqlar və etnik qrupların rəqsləri, vətənpərvərlik mövzusunda fləşmob, rəqs kompozisiyaları üzrə 3 yaş (7-12, 13-17 və qarışıq) qrupunda və 3 mərhələdə keçirilir.

Müsabiqənin şərtləri:

– Festivalda Bakı şəhərinin ümumtəhsil məktəblərinin, respublikada fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin 7-17 yaşadək olan uşaq və yeniyetmələrdən ibarət rəqs kollektivləri iştirak edə bilər;

– Rəqs qrupunun tərkibi 6-12 nəfərdən ibarət ola bilər;

– Təhsil müəssisələri hər nominasiyada müxtəlif yaş qrupları üzrə 1 rəqs nömrəsi təqdim edə bilər;

– Təqdim olunan rəqs nömrələrinin videogörüntüləri aydın və keyfiyyətli çəkilməli və təşkilat komitəsinin [email protected] ünvanına göndərilməlidir;

– Çıxışın müddəti 1-3 dəqiqədən artıq olmamalıdır;

– Rəqs kollektivinin geyimi rəqsin məzmununa uyğun olmalıdır;

– Rəqsin musiqisi aydın və keyfiyyətli olmalıdır.

Festivalın oktyabrın 22-dək davam edəcək l mərhələsində iştirakçıların qeydiyyatı ilə bağlı sifarişlərin və videogörüntülərin qəbulu aparılır. İştirakçılar sifarişləri və videogörüntüləri təşkilat komitəsinin elektron ünvanına göndərməlidir.

ll mərhələdə münsiflər heyəti tərəfindən videogörüntülərə baxılacaq və qiymətləndirilmə aparılacaq. Bu mərhələ oktyabrın 23-dən 31-dək davam edəcək.

Festivalın lll mərhələsində – noyabrın 6-da final konserti, qaliblərin elan olunması və mükafatlandırılması olacaq.

Müsabiqədə hər yaş qrupu üzrə l, ll, lll yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq, hər nominasiya üzrə yüksək ifa tərzi ilə seçilən rəqs kollektivləri münsiflər heyətinin xüsusi mükafatına layiq görüləcək, festivalda iştirak edən rəqs kollektivləri diplomlarla təltif ediləcək.
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
“Azərbaycan Vətənimdir” adlı rəqs festivalı

“Azərbaycan Vətənimdir” adlı rəqs festivalı

"Üç alov” Beynəlxalq yaradıcılıq festivalı

"Üç alov” Beynəlxalq yaradıcılıq festivalı

“44 Gün” respublika virtual yaradıcılıq müsabiqəsi keçirilir

“44 Gün” respublika virtual yaradıcılıq müsabiqəsi keçirilir

Beynəlxalq festivalda növbəti uğur

Beynəlxalq festivalda növbəti uğur

Beynəlxalq uşaq rəsm müsabiqəsi: Qarabağ Azərbaycandır!

Beynəlxalq uşaq rəsm müsabiqəsi: Qarabağ Azərbaycandır!

“Üç alov” adlı beynəlxalq festivala yekun vurulub

“Üç alov” adlı beynəlxalq festivala yekun vurulub

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

“Vətən yaxşıdır” onlayn respublika mahnı müsabiqəsi davam edir

“Vətən yaxşıdır” onlayn respublika mahnı müsabiqəsi davam edir

“Zəfər tariximiz” onlayn respublika intellektual yarışmasına start verilib - FOTO

“Zəfər tariximiz” onlayn respublika intellektual yarışmasına start verilib - FOTO

Məktəblilərin sahibkarlıq bacarıqlarının formalaşdırılması məqsədilə müsabiqə keçirilir

“Tarixi qələbə” onlayn respublika rəsm müsabiqəsinə start verilib

“Tarixi qələbə” onlayn respublika rəsm müsabiqəsinə start verilib

Təhsil Nazirliyi sinifdə rəqs edən müəllimlə bağlı münasibət bildirib

Təhsil Nazirliyi sinifdə rəqs edən müəllimlə bağlı münasibət bildirib

“Sahibkar məktəbli” adlı müsabiqəyə start verilib

“Sahibkar məktəbli” adlı müsabiqəyə start verilib

Dünya məktəbi kollektivinə ağır itki üz verib

Dünya məktəbi kollektivinə ağır itki üz verib

Rusiyada Bilik Günü: Birincilərin qarşısında “göbək rəqsi” oynadılar

Rusiyada Bilik Günü: Birincilərin qarşısında “göbək rəqsi” oynadılar

“Sən elə bir zirvəsən” mahnı müsabiqəsinə start verilib

“Sən elə bir zirvəsən” mahnı müsabiqəsinə start verilib

İstedadlar yetişdirən məkan

İstedadlar yetişdirən məkan

Bəxtiyar Vahabzadə adına liseyin direktoru rəqs etdiyinə görə vəzifəsindən kənarlaşdırılır - FOTO

Bəxtiyar Vahabzadə adına liseyin direktoru rəqs etdiyinə görə vəzifəsindən kənarlaşdırılır - FOTO

BDU-nun tələbəsi tələbə-yaradıcılıq festivalının qalibi olub

BDU-nun tələbəsi tələbə-yaradıcılıq festivalının qalibi olub

15 min şagirdin məktəbdənkənar fəaliyyəti onlayn şəkildə təmin olunub

15 min şagirdin məktəbdənkənar fəaliyyəti onlayn şəkildə təmin olunub

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

Müəllim oxuya da bilər, rəqs də edər, digər əyləncələrə də baş vura bilər-Nadir İsrafilov

Müəllim oxuya da bilər, rəqs də edər, digər əyləncələrə də baş vura bilər-Nadir İsrafilov