AzTehsil.com


Xəbərlər / Müəllim / Şagird
09 oktyabr 2021
1 001


Məktəblilərin sahibkarlıq bacarıqlarının formalaşdırılması məqsədilə müsabiqə keçirilir



 

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə hibrid (onlayn və canlı) formatda "Sahibkar məktəbli” müsabiqəsi keçirilir.

Təhsil Nazirliyindən   bildirilib ki, müsabiqənin əsas məqsədi məktəblilərin sahibkarlıq bacarıqlarının formalaşdırılması, onlar arasında kiçik biznesin inkişaf etdirilməsi, liderlik potensialı və kreativ düşüncəyə malik yaradıcı və istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.

İştirakçılar müsabiqəyə iki yaş (10-13, 14-16) qrupu üzrə fərdi və qrup (3 və ya 5 nəfərdən ibarət komandalar) şəklində qatıla bilərlər.

Müsabiqə üçün biznes layihələri 5 nominasiya üzrə qəbul olunur:

-İnternet sahibkarlığı (satış);

-Sosial, ictimai sahədə sahibkarlıq;

-Yeni masaüstü və onlayn oyunlar;

-Ekoloji təmiz məhsul və uşaqlar üçün qidalar;

-Resursların təkrar emalı – yeni məhsulların dizaynı və istehsalı.

Müsabiqədə hər iştirakçı yalnız 1 nominasiya üzrə iştirak edə bilər və yalnız 1 biznes layihə təqdim edə bilər. Seçilmiş nominasiya üzrə təqdim olunacaq işlər kənar şəxslərin müdaxiləsi olmadan iştirakçının özü tərəfindən hazırlanmalıdır.

Müsabiqə 6 mərhələ üzrə keçirilir.

I mərhələ – 1-20 oktyabr. Müsabiqəyə qeydiyyat üçün iştirakçılar ərizələrini [email protected] ünvanına göndərilməlidir.

II mərhələ – 25-29 oktyabr. Startapların və sahibkarlığın fəaliyyəti, mentorluq anlayışı ilə bağlı onlayn mühazirələr kursu. Oktyabrın 30-31-də "Necə müraciət etmək olar” və "Çıxış nitqi üçün necə hazırlaşmalı vebinarları.

III mərhələ – 10-30 noyabr. Mentorluq. İdeyalar üzərində komanda işi, mütəxəssislərlə birlikdə bir layihə təqdimatının hazırlanması.

IV mərhələ – 1-15 dekabr. Layihələr və təqdimatlar olan əsas ərizələrin toplanması, ərizələrin təhlili, layihələrin qısa siyahısının formalaşdırılması.

V mərhələ – 20-29 dekabr. Uşaqların startap layihələrinin təqdimatlarının keçirilməsi və izdiham platformasına (crowdfunding) daxil olmaq üçün finalçıların müəyyənləşdirilməsi.

VI mərhələ – 30 dekabr. Qalib layihələrin müəyyənləşdirilməsi.

Müsabiqədə hər yaş qrupu üzrə I, II və III yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq, bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.

İştirakçılar müsabiqə ilə bağlı ətraflı məlumatı Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin feysbuk səhifəsindən və ya + 994 12 492 57 67, +994 55 518 00 94 telefon nömrələri vasitəsilə əldə edə bilərlər.



Загрузка...
Həmçinin oxuyun:
“Sahibkar məktəbli” adlı müsabiqəyə start verilib

“Sahibkar məktəbli” adlı müsabiqəyə start verilib

Beynəlxalq uşaq rəsm müsabiqəsi: Qarabağ Azərbaycandır!

Beynəlxalq uşaq rəsm müsabiqəsi: Qarabağ Azərbaycandır!

“Zəfər tariximiz” onlayn respublika intellektual yarışmasına start verilib - FOTO

“Zəfər tariximiz” onlayn respublika intellektual yarışmasına start verilib - FOTO

“Vətən yaxşıdır” onlayn respublika mahnı müsabiqəsi davam edir

“Vətən yaxşıdır” onlayn respublika mahnı müsabiqəsi davam edir

“Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsi keçirilir

“Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsi keçirilir

“Sən elə bir zirvəsən” mahnı müsabiqəsinə start verilib

“Sən elə bir zirvəsən” mahnı müsabiqəsinə start verilib

“Tarixi qələbə” onlayn respublika rəsm müsabiqəsinə start verilib

“Tarixi qələbə” onlayn respublika rəsm müsabiqəsinə start verilib

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

"Qarabağın musiqi tarixi – aşıq sənəti" onlayn respublika müsabiqəsinə start verilib

"Qarabağın musiqi tarixi – aşıq sənəti" onlayn respublika müsabiqəsinə start verilib

"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi

"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

"Biz planetin uşaqlarıyıq" beynəlxalq rəsm müsabiqəsi yekunlaşdırılıb

"Biz planetin uşaqlarıyıq" beynəlxalq rəsm müsabiqəsi yekunlaşdırılıb

“Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsi

“Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsi

Yeni beynəlxalq onlayn müsabiqəyə start verilib

Yeni beynəlxalq onlayn müsabiqəyə start verilib

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib

"Qızıl hərflərlə yazılan tarix!" respublika onlayn rəsm müsabiqəsinə start verilib

"Qızıl hərflərlə yazılan tarix!" respublika onlayn rəsm müsabiqəsinə start verilib

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə VI Ekoloji Forum keçirilib.

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə VI Ekoloji Forum keçirilib.

V qrant müsabiqəsi üzrə layihələrin qəbulu davam edir

V qrant müsabiqəsi üzrə layihələrin qəbulu davam edir

Şahmat üzrə onlayn Qran-pri turniri başa çatıb

Şahmat üzrə onlayn Qran-pri turniri başa çatıb

“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

Bu gündən rus bölməsi üzrə I sinfə qəbulla bağlı yeni mərhələ başlayır

Bu gündən rus bölməsi üzrə I sinfə qəbulla bağlı yeni mərhələ başlayır

"Üç alov” Beynəlxalq yaradıcılıq festivalı

"Üç alov” Beynəlxalq yaradıcılıq festivalı

Onlayn müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib-FOTO

Onlayn müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib-FOTO