“Sən elə bir zirvəsən” mahnı müsabiqəsinə start verilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Sən elə bir zirvəsən” adlı onlayn respublika mahnı müsabiqəsinə start verilib. Cari ilin 14 aprel – 10 may tarixlərini əhatə edən müsabiqə Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilir.
Müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilir. Məqsəd böyüməkdə olan gənc nəsli Ulu Öndər Heydər Əliyev ideyaları ruhunda, onun zəngin irsi işığında tərbiyə etmək, ölkəmizin dövlət quruculuğu prosesində ümummilli liderin rolunu və xidmətlərini təbliğ etmək, uşaqları vətənpərvər ruhda yetişdirmək, istedadlı uşaq və gənclərin yaradıcılıq potensialını üzə çıxartmaqdan ibarətdir.
Müsabiqə 2 yaş qrupunda (7-14, 15-20) xalq mahnıları (muğam,təsnif) və bəstəkar mahnıları nominasiyaları üzrə 2 mərhələdə keçirilir.
I mərhələ - 14 aprel - 06 may 2021-ci il. Bu mərhələdə iştirakçılar tərəfindən hazırlanan mahnıların qəbulu aparılır. Hazırlanan mahnılar video formatda [email protected] elektron ünvanına və ya +994 55 539 55 22 əlaqə nömrəsinə whatsap vasitəsi ilə göndərilməlidir.
II mərhələ - 07– 10 may 2021-ci il. Bu mərhələdə münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilir.
Müsabiqə üzrə tələblər aşağıdakılardır:
- İştirakçı yalnız bir nominasiya üzrə iştirak edə bilər;
- İştirakçı seçdiyi nominasiya üzrə bir nömrədən ibarət videogörüntü təqdim etməlidir;
- Təqdim olunan mahnı 3-4 dəqiqədən çox olmamalıdır;
- Müsabiqəyə təqdim olunan mahnı minusla və ya akopella oxuna bilər;
- Müsabiqəyə fonoqram qəbul olunmur;
- İştirakçının videogörüntüsü telefon, planşet və ya kamera ilə çəkilə bilər;
- Təqdim olunan videogörüntülər aydın və keyfiyyətli olmalıdır.
-Təqdim olunan ifadan öncə iştirakçı özü barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, təhsil aldığı müəssisə, nominasiya, ifa etdiyi mahnının adı) hazırladığı videogörüntü ilə birgə təqdim etməlidir;
Müsabiqənin qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplom və sertifikatları ilə təltif olunacaqlar.
Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 568 42 19 və (+994) 55 539 55 22 telefon nömrələri ilə əlaqə yarada bilərlər. edu.gov.az
“Vətən yaxşıdır” onlayn respublika mahnı müsabiqəsi davam edir
“Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsi
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib
"Qarabağın musiqi tarixi – aşıq sənəti" onlayn respublika müsabiqəsinə start verilib
“Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsi keçirilir
Beynəlxalq uşaq rəsm müsabiqəsi: Qarabağ Azərbaycandır!
"Üç alov” Beynəlxalq yaradıcılıq festivalı
"Qızıl hərflərlə yazılan tarix!" respublika onlayn rəsm müsabiqəsinə start verilib
“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi
Onlayn videotəqdimat müsabiqəsinə start verilib
“Zəfər tariximiz” onlayn respublika intellektual yarışmasına start verilib - FOTO
Onlayn müsabiqəyə 1500-ə qədər iş təqdim olunub
Bakı məktəbliləri arasında videotəqdimat müsabiqəsi davam edir
“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi
Yeni beynəlxalq onlayn müsabiqəyə start verilib
ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib
Mərkəzi Bank məktəblilər üçün müsabiqə elan edir – FOTO
Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib
"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi
“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb
“ULU Öndər xatirələrdə”adlı onlayn müsabiqə başa çatıb
ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi
Müsabiqələr onlayn şəkildə davam etdiriləcək
“Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb