Xəbərlər / Ziyalılar
11 sentyabr 2021
1 170


"Təhsil innovasiyaları inkişafın əsasıdır"-Dosent İlham Əhmədov

 

Dos.  İLHAM ƏHMƏDOV

Müasir təhsildə gedən qlobal proseslərin səciyyəvixüsusiyyəti onun fasiləsiz modernləşməsidir. Təhsildəmodernləşmənin  əsas  məqsədi  kütləvi təhsil şəraitində yüksək keyfiyyətə nail olmaqdır.  İnkişafetmiş ölkələrin təhsil sistemləri qlobal tendensiyalarauyğun inkişaf edir. Təhsildə qlobal tendensiyalardünyanın yeni inkişaf səviyyəsi ilə  müəyyən edilir.  Bu məqsədlə bir çox ölkələrdə müvafiq təhsil strategiyaları   və  inkişaf proqramları hazırlanmış, hal-hazırda icra edilməkdədirlər.  Bu gün təhsiləstrateji yanaşma daha  vacibdir, nəinki hər hansı digərfəaliyyət sahələrinə.   Bu strategiyalar və onlaraəsaslanan təhsil islahatları  məhz sürətlə dəyişəndünyanın innovativ çağırışlarına cavab verməlidir.  

Innovasiya nədir? İnnovasiya – yeniliyin məzmunu və onun reallaşmasıdır. Bu termindəniqtisadiyyatda,  sonralar isə  müxtəlif  elmlərdə  genişistifadə etməyə başlamışlar.  Innovasiyaların,  yeniliklərin  yaradılması  müxtəlif  elm  sahələrindəspesifik cəhətlərlə  müəyyən  edilir.  Amma müxtəlif sahələrdə  intellektual yeniliklərin yaradılması, ixtiraçılıq,  səmərələşdirmə  kimi  mürəkkəb proseslərin  müəyyən  ümumi  tərəfləri də mövcuddur.  Hətta bu proseslərin alqotitmi  də  mövcuddur.  TRİZ (teoriya reşeniye tvorşeskix zadaç),  ARİZ (alqoritm reşeniye izobretatelnıx  zadaç) kimi nəzəriyyə vəmetodikalar bu gün dünyada çox geniş yayılmışdır. Yaponiya, Cənubi Koreya  v.s. innovasion inkişaf   yolu  tutan  ölkələr  xeyli müddətdir ki, bu fənnləri orta  məktəblərdə tədris edirlər.  Universitetlərə  qəbul zamanı   abituriyenlər  bu  fənndən imtahan verirlər.  Fərəhli  haldır ki, bu nəzəriyyələr  vaxtı ilə Bakıdayaradılmışdır.   Belə  ki,  onların müəllifi  tanınmış ixtiracı  G. S. Altşuller  Bakıda dogulmuş və  SSRİ dağılana qədər   burada yaşamışdır.  Bu səbəbdənmühəndis-texniki  sahədə çalışanlar üçün  TRİZ  üzrəilk təlim kursları da Bakıda təşkil edilmişdir.  

Müasir zamanda təhsildə innovasiyaların(yeniliklərin) yaranmasına səbəb ola  bilən  bir sıratendensiyaları qeyd etmək olar:

• Təhsil sisteminin kompleks informasiyalaşması;
• İnternetin sürətli inkişafı hesabına təhsildə unikalinkanların yaradılması
• tədris prosesinin humanistləşməsi;
• Distant təhsilin geniş yayılması;
• Süni intellektin təhsilə təsiri;
• Təhsilin keyfiyyətinə verilən yüksək tələblər;
• Mədəni-mənəvi dəyərlərə yönəlmə;
• Ölkələr və onların  təhsil müəssisələri  arasındarəqabətlilik münasibətləri.
Bu gün insan fəaliyyətinin bütün sahələrindəinnovasiyalardan geniş istifadə edilir. Əslində bəşərtarixində  innovasiyalar həmişə olmuş,  bəşəriyyətin inkişafı  məhz  innovasiyalar hesabına  mümkünolmuşdur.  Son 20  ildə  isə  innovasiyalar  haqqındadaha çox  söhbətlər  gedir.   Bu   İKT-nin sürətli inkişafı  və onun müxtəlif  sahələrdə  tətbiqləri hesabına  çoxsaylı  innovasiyaların  yaradılması, onların    qlobal bazara çıxış imkanlarının art-ması, tətbiqlərinin  operativliyi,  rəqabətədavamlığın vəiqtisadi səmərənin  yüksəlməsi  ilə əlaqədardır.  

"İnnovasiya” və "yenilik” anlayışlarısinonimlərdir, çox hallarda eyni mənada istifadəolunurlar. İnnovasiya (yenilik) – yeninin yaradılmasıvə tətbiqi prosesidir, yəni elm, texnika, iqtisadiyyat vəidarəetməni birləşdirən mürəkkəb intellektual prosesdir. O, istehsal və istehlak münasibətlərikompleksini əhatə edir. Geniş mənada innovasiyadedikdə,  yeniliklərin (yeni texnologiya, məhsul, xidmət, istehsal, maliyyə, kommersiya)  inzibati,  təşkilati-texniki və sosial-iqtisadi qərarlar şəklindəmənfəətli istifadəsi başa düşülür. Bu səbəbdən də həm«innovasiya», həm də «yenilik» terminləri  eynimənada işlənilir.  İnnovasiyanı yaradan və tətbiq edəninsanlara innovator  deyirlər.  Yəni innovator olmadaninnovasiya və innovativ  inkişaf mümkün deyil.  İnnovatorun   yaradıcı, qeyri standart təfəkkürə, yüksıkerudisiya və savada, sahibkarlıq  qabiliyyətinə  malik  olmalıdır. Bu  xüsusiyyətlər isə  keyfiyyətli təhsil   hesabına mümkündür.  Deməli  innovatorların, dolayısıilə innovasion inkişafda   təhsilin  rolunu  mühümdür.

​Hər bir təhsil müəssisəsi  yeniləşmə prosesində 3  mərhələdən keçir:

• təşəkkül (yeni təhsil müəssisəsinin,  yeni kollektivinyaranması və ya kollektivin  böyük hissəsinintəzələnməsi  mərhələsi).

• fəaliyyət (təlim-tərbiyə  prosesinin   ənənəvi,  stabilproqram və pedaqoji texnologiyalar əsasında işinin təşkili mərhələsi)

• inkişaf (təlim-tərbiyənin köhnə məzmunu  və mövcudpedaqoji texnologiyalar yeni sosial-iqtisadi tələblərəcavab vermədiyindən yeni  məzmun, forma vətexnologiyaların yaradılması  və  tətbiqi mərhələsi).

​İnkişafda olan təhsil müəssisələri ənənəvi, stabil formatda işləyən təhsil müəssisələrindən fərqlənir. Bu fərqlər  özünü idarəetmədə də göstərir. Ənənəvi işrejimində müsbət nəticə verən pedaqoji texnologiyalar yeni-innovasion  iş rejimində bəzi hallarda   arzuolunan nəticələr verməyə  bilər. Təhsil müəssisələrindəinnovasion  fəaliyyətin əsas subyekti müəllim,  idarəetmə  obyekti isə təlim-tərbiyə prosesidir. İnkişafetmiş  təhsil müəssisələrində idarəetmənin predmetitəhsilin məqsədi, məzmunu, metod və formalarıdır. Praktik olaraq, hər bir innovasion təhsil prosesininobyekti  təhsilalanlardır. Tədqiqatçıların və təhsilmüəssisəsi rəhbərlərinin  əsas vəzifəsi təhsilinproqnozlaşdırılan nətıcələrinə maksimumyaxınlaşmaqdır.   Ona görə təhsil müəssisəsində tətbiqedilən  hər bir innovasiya  prosesi  idarəedilməlidir.

Bu mənada TN-də  yeni istiqamətli  fəaliyyətəehtiyac var.   Bu gün dünyada reallaşan təhsilislahatları  əsasən təhsil innovasiyalarına əsaslanır.  Ölkədə təhsil siyasətini formalaşdıran və həyatakeçirən qurum kimi   Təhsil Nazirliyi  təhsil islahatlarının proqnozlaşdırılmasında,  layihələndirilməsində, icrasında səmərəliinnovasiyalardan istifadə etsin. Yaxşı olar ki,  TəhsilNazirliyinin   tərkibində (nəznində) təhsilə dairinnovasiyaların yaradılması,  bu sahədə beynəlxalqtəcrübənin öyrənilməsi,  təhlili, onların ölkə təhsilindətransferi (praktik  tətbiqi), pedaqoji elmin son nailiyyətlərinin təhlili, təlimin yeni  texnologiyalarınınöyrənilməsi, öyrəncilərə biliklərin  yeni üsullarla çatdırılması,  biliklərin   diaqnostikası, təhsilinməzmununun  yenilənməsi v.s. məqsədlərlə  təhsilinistiqamətləri və pillələri üzrə xüsusi qurumunyaradılmasına  və ya mütəxəssis-ekspertlərinfəaliyyətinin təşkilinə ehtiyac var. 

​Mütəxəssis-ekspertlərlə işin əsas məqsədi islahatların səmərəliliyin yüksəldilməsi və bu sahədəbeynəlxalq standartların tətbiqidir.  Mütəxəssis-ekspertlərin vəzifələrinə təhsilin müvafiq sahələrinintəkmilləşdirilməsinə yönəlmiş inkişaf strategiyalarınıhazırlamaq, təhsil innovasiyaların öyrənilməsində vəonların praktikada tətbiqində iştirak etmək, ayrı ayrısahələrin inkişafı üzrə konsepsiya, strategiya,  metodologiya, metodikalar və metodik təlimatlarıhazırlamaq, təhsil seqmentləri və müəssisələrinə təşkilati-metodik və konsaltinq yardım göstərmək və s. məsələləraiddir. 

 ​Son 5 ildə   təhsil sistemində reallaşan "Təhsildəinnovasiyalar” adlı qrant müsabiqəsi də bu sahəyə  realinnovativ  tövsiyyələr  verə bilmədi.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Ölkədə 50-dən çox ali məktəb var, amma...dosent İlham Əhmədov

Ölkədə 50-dən çox ali məktəb var, amma...dosent İlham Əhmədov

Pedaqoji idarəetmənin təşkili

Pedaqoji idarəetmənin təşkili

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi başa çatır

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi başa çatır

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi

Qrant müsabiqəsinin vaxtı uzadıldı – Təhsil Nazirliyindən AÇIQLAMA

Qrant müsabiqəsinin vaxtı uzadıldı – Təhsil Nazirliyindən AÇIQLAMA

Yeni dərs ilinin əsas hədəfləri.  Ən vacib məsələlərdən biri .

Yeni dərs ilinin əsas hədəfləri. Ən vacib məsələlərdən biri .

Təhsil Nazirliyi müsabiqə elan edir

Təhsil Nazirliyi müsabiqə elan edir

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

“TRİZ METODİKA – İNNOVATİV UŞAQ KLUBU” – Fotolar

“TRİZ METODİKA – İNNOVATİV UŞAQ KLUBU” – Fotolar

Təhsilin, innovasiyaların, iqtisadi tərəqqinin açarı

Təhsilin, innovasiyaların, iqtisadi tərəqqinin açarı

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Təhsilin məzmunu

Təhsilin məzmunu

“Məsafədən təhsilin metodoloji və pedaqoji yanaşması hazırlanır”

“Məsafədən təhsilin metodoloji və pedaqoji yanaşması hazırlanır”

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Ənənəvi təlimin imkanları.

Ənənəvi təlimin imkanları.

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Təhsil standartları, milli kurikulum və  təlimdə keyfiyyət

Təhsil standartları, milli kurikulum və təlimdə keyfiyyət

Təlim-tərbiyə işləri üzrə direktor müavininin işi

Təlim-tərbiyə işləri üzrə direktor müavininin işi

Qadir QAFAROV: Peşə təhsilində məqsədə xidmət edən təlim strategiyalarının tətbiqi zəruridir

Qadir QAFAROV: Peşə təhsilində məqsədə xidmət edən təlim strategiyalarının tətbiqi zəruridir