AzTehsil.com


Xəbərlər / Şagird
24 iyul 2021
1 257


Məktəblilər üçün ekoloji yay düşərgələri keçirilir



Məktəblilər üçün ekoloji yay düşərgələri keçirilir

 

14-30 iyul 2021-ci il tarixlərində məktəblilər üçün nadir heyvan növlərinin, xüsusilə bəbir, zubr və ceyranların əhəmiyyətinə və təbiətdə roluna həsr olunmuş ekoloji yay düşərgələri keçirilir. Yay düşərgələri Təhsil Nazirliyinin dəstəyi, İDEA İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilir. 

İlk olaraq cari ilin 14-16 iyul tarixlərində Masallı rayonunda "Bəbirləri mühafizə edək!” ekoloji yay düşərgəsi keçirilib. Digər iki yay düşərgəsinin isə 21-23 iyul tarixlərində Qəbələ rayonunda "Zubrları təbiətimizə qaytaraq!” və 28-30 iyul tarixlərində Salyan rayonunda "Ceyranları qoruyaq!” adı altında keçirilməsi nəzərdə tutulur. Sözügedən düşərgələr bilavasitə ceyran, zubr və bəbirlərin məskunlaşdığı regionlarda və həmin ərazilərdə yaşayan məktəblilər üçün təşkil olunur. 

60-a yaxın məktəblinin qoşulduğu ənənəvi "Bəbirləri mühafizə edək!” ekoloji yay düşərgəsində iştirakçılar bəbirlərin həyat tərzi, ölkəmizdə məskunlaşma tarixi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar alıblar. Onlar bu nadir canlı növünün qorunması mövzusunda seminarlarda, bəbirlərin populyasiyasının azalma səbəbləri ilə bağlı təqdimatda, o cümlədən müxtəlif ekoloji müsabiqələrdə, biomüxtəlifliklə bağlı bilik yarışmalarında iştirak ediblər. Həmçinin, məktəblilərə təbiət fotoqrafı və rejissoru Adrian Stern tərəfindən çəkilən "Dünyanın ən çox axtarılan bəbiri" sənədli filmi, o cümlədən Dayanıqlı İnkişaf Məqsədləri, ekosistem xidmətləri haqqında RUGİM tərəfindən çəkilən animasiya filmləri nümayiş olunub, Hirkan Milli Parkına ekskursiya təşkil edilib və yekunda düşərgə iştirakçılarına sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. 

Qeyd edək ki, İDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi olaraq 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl, Lerik, Qəbələ və İsmayıllı rayonlarından ümumilikdə 500-ə yaxın məktəbli iştirak edib.



Загрузка...
Həmçinin oxuyun:
Məktəblilər üçün muzey həftəsi keçirilib

Məktəblilər üçün muzey həftəsi keçirilib

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə VI Ekoloji Forum keçirilib.

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə VI Ekoloji Forum keçirilib.

Məktəblilər üçün yeni dərs vəsaiti  - " Yaşıl paket"in təqdimatı keçirilib

Məktəblilər üçün yeni dərs vəsaiti - " Yaşıl paket"in təqdimatı keçirilib

Beynəlxalq olimpiadalara hazırlıq düşərgələri təşkil edilib

Beynəlxalq olimpiadalara hazırlıq düşərgələri təşkil edilib

Azərbaycanda “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi həyata keçirilir

Azərbaycanda “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi həyata keçirilir

Gənc-ekoloq liderlərin V Ekoloji Forumu

Gənc-ekoloq liderlərin V Ekoloji Forumu

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

Bu gün Azərbaycanda buraxılış imtahanı keçirilir

Bu gün Azərbaycanda buraxılış imtahanı keçirilir

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər yekunlaşıb

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər yekunlaşıb

“Tullantıdan incəsənətə” adlı müsabiqə keçirilir

“Tullantıdan incəsənətə” adlı müsabiqə keçirilir

Naxçıvanda bəbir balalarının yeni görüntüsü əldə edilib

Naxçıvanda bəbir balalarının yeni görüntüsü əldə edilib

Göygöl məktəbliləri  tətil müddətində Şəmkir rayonunda təşkil olunan Skautların Yaz düşərgəsində iştirak edib

Göygöl məktəbliləri tətil müddətində Şəmkir rayonunda təşkil olunan Skautların Yaz düşərgəsində iştirak edib

Beynəlxalq olimpiadalara hazırlıq üçün mütəxəssislər ölkəmizdə

Beynəlxalq olimpiadalara hazırlıq üçün mütəxəssislər ölkəmizdə

Dendrologiya İnstitutunda şagirdlərin iştirakı ilə seminar-məşğələ keçirilib

Dendrologiya İnstitutunda şagirdlərin iştirakı ilə seminar-məşğələ keçirilib

Astara və Masallı şəhərlərində vətəndaşlar qəbul ediləcək

Astara və Masallı şəhərlərində vətəndaşlar qəbul ediləcək

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər başladılıb

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər başladılıb

“Məktəblilər üçün onlayn Mədəni İrs platforması”

“Məktəblilər üçün onlayn Mədəni İrs platforması”

14 və ya 15 iyul tarixlərində keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə!

14 və ya 15 iyul tarixlərində keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə!

“Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqrama start verilib

“Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqrama start verilib

Daha 40 minə yaxın şagird buraxılış imtahanı verəcək

Daha 40 minə yaxın şagird buraxılış imtahanı verəcək

Bu aydan bütün işçilərin maaşından tutulacaq – RƏSMİ

Bu aydan bütün işçilərin maaşından tutulacaq – RƏSMİ

38 şəhər və rayonda monitorinq imtahanları keçirildi

38 şəhər və rayonda monitorinq imtahanları keçirildi

Onlayn müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib-FOTO

Onlayn müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib-FOTO

Bu gün 37 min şagird buraxılış imtahanı verir

Bu gün 37 min şagird buraxılış imtahanı verir