AzTehsil.com


Xəbərlər / Şagird
11 iyun 2020
1 198


“Məktəblilər üçün onlayn Mədəni İrs platforması”



“Məktəblilər üçün onlayn Mədəni İrs platforması”

 

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən "Məktəblilər üçün onlayn Mədəni İrs platforması” layihəsinə start verilib. Proqramın interaktiv onlayn ekskursiyası ilk olaraq Qobustan Milli Tarixi-Bədii Qoruğunun birgə təşkilatçılığı ilə həyata keçirilib.

Layihənin məqsədi COVID-19 pandemiyası ilə əlaqədar karantin tədbirləri dövründə, həmçinin karantin rejimindən sonra da davamlı olaraq məktəbliləri onlayn platformada ölkəmizin tarixinin, mədəniyyətinin və incəsənətinin daha dərindən öyrənilməsinə cəlb etməkdən ibarətdir.

Platformanın  rəsmi açılışında Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev, Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, beynəlxalq mədəni irs üzrə mütəxəssislər, xarici arxeoloqlar və Azərbaycan məktəbliləri iştirak ediblər.

Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə bu layihənin ölkəmizin tarixi və mədəniyyəti ilə virtual əlaqə yaratmağa, milli və mənəvi dəyərlərlə yaxından tanış olmağa imkan verdiyini qeyd edib. Layihənin mütəmadi olaraq keçiriləcəyini, beynəlxalq və Azərbaycan muzeylərinin, tarixi abidələrin, qoruqların təbliğ edilməsinin əhəmiyyətini  bildirib. 

Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev Azərbaycan ərazisində ən qədim mədəniyyət ocaqlarından olan Qobustanın UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilməsindən və xalqımızın tarixindən bəhs edib. Bildirib ki, qədim tarixi özündə əks etdirən qoruq hər zaman həm ölkə vətəndaşlarının, həm də xarici qonaqların diqqət mərkəzindədir.

Daha sonra Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktor müavini Fikrət Abdullayev, Ukrayna Tarixi-Arxeoloji Qoruğunun direktor müavini Olqa Penyova, Stenford Universitetinin professoru Sergiu Musteata (Moldova), Tusi Bohm planetariumun direktoru Famil Mustafa, "EkoSfera” Sosial-Ekoloji Mərkəzinin ekoloqu Abdin Abbasov çıxış ediblər.

Layihə iştirakçılarına virtual olaraq qoruq əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə Qobustanın arxeoloji, mədəni, təbii abidələri haqqında, həmçinin qədim rəqs,  musiqi mədəniyyətinin formalaşdığı ərazilər və  "Qavaldaş" haqqında videoçarxlar təqdim olunub.

 



Загрузка...
Həmçinin oxuyun:
"Türk Dünyası Muzeylərinin həftəsi" başa çatıb

"Türk Dünyası Muzeylərinin həftəsi" başa çatıb

Məktəblilər üçün virtual muzey həftəsinə start verilib

Məktəblilər üçün virtual muzey həftəsinə start verilib

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Gənc-ekoloq liderlərin V Ekoloji Forumu

Gənc-ekoloq liderlərin V Ekoloji Forumu

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

Məktəblilər üçün muzey həftəsi keçirilib

Məktəblilər üçün muzey həftəsi keçirilib

Koreyalı tələbələr Azərbaycan Dillər Universitetində

Koreyalı tələbələr Azərbaycan Dillər Universitetində

“Azərbaycan Vətənimdir” adlı rəqs festivalı

“Azərbaycan Vətənimdir” adlı rəqs festivalı

Yeni beynəlxalq onlayn müsabiqəyə start verilib

Yeni beynəlxalq onlayn müsabiqəyə start verilib

“Üç alov” adlı beynəlxalq festivala yekun vurulub

“Üç alov” adlı beynəlxalq festivala yekun vurulub

Ağstafa məktəbliləri üçün ekskursiyalar təşkil edilib

Ağstafa məktəbliləri üçün ekskursiyalar təşkil edilib

15 min şagirdin məktəbdənkənar fəaliyyəti onlayn şəkildə təmin olunub

15 min şagirdin məktəbdənkənar fəaliyyəti onlayn şəkildə təmin olunub

12 min şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib

12 min şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Məktəbdənkənar təhsil müəssisələri tərəfindən 1 iyunla bağlı tədbirlər

Məktəbdənkənar təhsil müəssisələri tərəfindən 1 iyunla bağlı tədbirlər

"Euronews"da Azərbaycan xalçaları haqqında süjet - VİDEO

"Euronews"da Azərbaycan xalçaları haqqında süjet - VİDEO

Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib

Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

“Tullantıdan incəsənətə” adlı müsabiqə keçirilir

“Tullantıdan incəsənətə” adlı müsabiqə keçirilir

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub

BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub