AzTehsil.com


Xəbərlər
25 yanvar 2020
1 543


“Tullantıdan incəsənətə” adlı müsabiqə keçirilir



“Tullantıdan incəsənətə” adlı müsabiqə keçirilir

 

Yanvarın 24-də Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və "Nargis” jurnalının birgə təşkilatçılığı ilə reallaşdırılan "Tullantıdan incəsənətə” müsabiqəsinin məktəbdaxili seçimi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə "Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, məktəb rəhbərliyi və təşkilatçı qurumların nümayəndələri iştirak ediblər.

Məktəbin direktoru Ceyran Quliyeva tullantıların idarə edilməsi sahəsində maarifləndirmə işinin əhəmiyyətindən, onların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərdən danışaraq tullantıların idarə olunmasında məktəblilərin mühüm rol oynadığını bildirib.

Sonra çıxış edən "Nargis for Eco” layihəsinin kuratoru Sevinc Həsənova layihənin vacibliyini vurğulayaraq, bu kimi ekoloji və sosialyönümlü tədbirlərin önəmli olduğunu deyib. O, tullantı kimi atılan əşyalardan səmərəli istifadə olunduğu halda yaradıcı insanların sənət əsərinə çevrilə biləcəyini qeyd edib.

Daha sonra layihənin kuratoru Rəşad Ələkbərov "Qoy dünya yenidən gülsün” ("Make the Earth smile again”) mövzusunda təqdimatla çıxış edib.

Tədbirdə 189-190 nömrəli məktəbin şagirdləri tərəfindən kağız, plastik kütlə, rezin məmulat və müxtəlif məişət tullantılarından istifadə etməklə hazırlanmış incəsənət nümunələrinə baxış keçirilib, mütəxəssislər tərəfindən respublika müsabiqəsinə göndəriləcək ən yaxşı iş seçilib.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ekoloji maarifləndirilmə sahəsində məktəblilərin bilik və bacarıqlarını artırmaq, yaradıcı qabiliyyətlərini aşkara çıxarmaq, ətraf mühiti qorumaq və ekoloji problemlərin həlli yollarının araşdırılmasına kömək etməkdən ibarətdir.

2019-cu ilin noyabr ayından start verilən "Tullantılardan incəsənətə” müsabiqəsində Bakı şəhəri üzrə 14 ümumtəhsil məktəbi iştirak edir. Əsasnaməyə uyğun olaraq hər məktəb tədris ili boyunca tullantılardan müxtəlif incəsənət nümunələri hazırlayaraq ən yaxşı işi respublika mərhələsinə təqdim etməlidir.

Yekunda müsabiqənin qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılacaq, qaliblər və layihə barədə ətraflı məlumat "Nargis” jurnalında işıqlandırılacaq.

 

AZƏRTAC




Загрузка...
Həmçinin oxuyun:
“Tullantıdan sənətə”

“Tullantıdan sənətə”

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

Respublika Yaradıcılıq Festivalının keçirilməsinə dair təlim

Respublika Yaradıcılıq Festivalının keçirilməsinə dair təlim

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.

“Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Məktəblilərin Respublika Yaradıcılıq Festivalına start verildi

Məktəblilərin Respublika Yaradıcılıq Festivalına start verildi

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri beynəlxalq tədbirdə

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri beynəlxalq tədbirdə

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

Şabran - "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin rayon mərhələsi keçirilib.

Şabran - "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin rayon mərhələsi keçirilib.

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi dünya ikincisi olub

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi dünya ikincisi olub

Yol hərəkətinin təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri

Yol hərəkətinin təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri

Azərbaycanda “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi həyata keçirilir

Azərbaycanda “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi həyata keçirilir

“Yay məktəbi” başa çatıb

“Yay məktəbi” başa çatıb

Məktəblilər üçün muzey həftəsi keçirilib

Məktəblilər üçün muzey həftəsi keçirilib

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Qax Rayon Uşaq Yaradıcılıq Mərkəzində  “Multikulturalizm ili” çərçivəsində respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

Qax Rayon Uşaq Yaradıcılıq Mərkəzində “Multikulturalizm ili” çərçivəsində respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

V Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi

V Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

Abşeron rayonunda “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

Abşeron rayonunda “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

Respublika çempionatının zona yarışlarına yekun vurulub

Respublika çempionatının zona yarışlarına yekun vurulub

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

Məktəblilərin Bakı şəhər birinciliyi keçirilib

Məktəblilərin Bakı şəhər birinciliyi keçirilib