Xəbərlər
15 may 2020
1 360


Yeni beynəlxalq onlayn müsabiqəyə start verilib

Yeni beynəlxalq onlayn müsabiqəyə start verilib

 

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən cari ilin 15 may-5 iyun tarixlərini əhatə edən "Pəncərəmdən açılan mənzərə” adlı beynəlxalq uşaq fotomüsabiqəsinə start verilir.

Fotomüsabiqənin keçirilməsində əsas məqsəd dünya uşaqları arasında dostluq münasibətini möhkəmləndirmək, onlarda foto sənətinə maraq oyatmaq, mövzu ilə bağlı maraqlı fikir və düşüncələrini müəyyən etmək, istedadlı uşaqları üzə çıxarmaqdan ibarətdir.

3 nominasiya ("Pəncərəmdən açılan mənzərə”, "Adidə qeyri-adilik”, "Sevdiklərim”) üzrə keçirilən fotomüsabiqədə 3 yaş qrupundan (7-9, 10-13, 14-17) olan məktəblilərin iştirakı nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək istəyənlər fotoşəkilləri iyunun 5-dək 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin elektron poçt ünvanına ([email protected]) göndərməlidir. Müsabiqəyə qatılan iştirakçı hər nominasiya üzrə 1 fotoşəkil təqdim etməklə bütün nominasiyalarda iştirak edə bilər.

Bütün nominasiyalarda hər yaş qrupu üzrə qaliblər müsabiqənin Təşkilat Komitəsinin seçdiyi münsiflər heyəti tərəfindən müəyyənləşdirilərək 5 iyun tarixində elan ediləcək və Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Həmçinin qalib fotolar sosial şəbəkələrdə və digər media qurumlarında geniş işıqlandırılacaq.

Qeyd edək ki, bütün dünyanı bürüyən yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar onlayn platformada keçirilən beynəlxalq fotomüsabiqədə ölkəmizdən paytaxt məktəbliləri ilə yanaşı Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Belarus, İtaliya, Niderland, Almaniya və digər xarici ölkələrin məktəbliləri də iştirak edəcək.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi

"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

"Üç alov” Beynəlxalq yaradıcılıq festivalı

"Üç alov” Beynəlxalq yaradıcılıq festivalı

IV beynəlxalq uşaq rəsm müsabiqəsi

IV beynəlxalq uşaq rəsm müsabiqəsi

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri beynəlxalq tədbirdə

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri beynəlxalq tədbirdə

“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi dünya ikincisi olub

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi dünya ikincisi olub

Cüdo üzrə beynəlxalq “Təhsil Kuboku” na start verilib

Cüdo üzrə beynəlxalq “Təhsil Kuboku” na start verilib

“Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsi

“Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsi

9 May qələbəsinə həsr olunmuş onlayn rəsm müsabiqəsi

9 May qələbəsinə həsr olunmuş onlayn rəsm müsabiqəsi

“Azərbaycan Vətənimdir” adlı rəqs festivalı

“Azərbaycan Vətənimdir” adlı rəqs festivalı

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən tibb işçilərinə dəstək

Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən tibb işçilərinə dəstək

Cüdo üzrə beynəlxalq “Təhsil Kuboku” başa çatıb

Cüdo üzrə beynəlxalq “Təhsil Kuboku” başa çatıb

Sambo üzrə açıq birincilik başa çatıb

Sambo üzrə açıq birincilik başa çatıb

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

“Bu günün alimi“ inşa-yazı müsabiqəsi başa çatıb

“Bu günün alimi“ inşa-yazı müsabiqəsi başa çatıb

Beynəlxalq festivalda növbəti uğur

Beynəlxalq festivalda növbəti uğur

12 min şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib

12 min şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib

Şahmat üzrə respublika birinciliyinin final mərhələsi

Şahmat üzrə respublika birinciliyinin final mərhələsi

Bakı məktəbliləri beynəlxalq festivalda

Bakı məktəbliləri beynəlxalq festivalda

Sumqayıtda bu təhsil müəssisələrinin direktorları dəyişdi

Sumqayıtda bu təhsil müəssisələrinin direktorları dəyişdi