Xəbərlər
25 may 2020
1 076


"Türk Dünyası Muzeylərinin həftəsi" başa çatıb

"Türk Dünyası Muzeylərinin həftəsi" başa çatıb

 

Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf  Mərkəzi və Beynəlxalq  Türk Mədəniyyəti və İrsi  Fondunun birgə əməkdaşlığı ilə təşkil olunan  məktəblilər üçün muzey həftəsi başa çatıb.

"Türk Dünyası Muzeylərinin həftəsi” proqramının məqsədi COVID-19 pandemiyası ilə əlaqədar  ölkələrdə tətbiq olunan  karantin rejimində məktəbliləri Türk dünyası ilə tanış etmək, gəncləri türkdilli  ölkələrin  tarixini, mədəniyyətini və incəsənətini daha dərindən öyrənməyə cəlb etmək idi.

Muzeylər həftəsinin onlayn platformada keçirilən bağlanış mərasimində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, layihəyə qatılan türkdilli ölkələrin muzey rəhbərləri, eləcə də çox sayda məktəblilər iştirak ediblər.

G.Əfəndiyeva bu ekskursiyaların türk dünyasının tarixi və mədəniyyəti ilə virtual əlaqə yaratmağa, türk xalqlarının milli və mənəvi dəyərləri ilə yaxından tanış olmağa imkan verdiyini qeyd edib.

F. Sultan-zadə layihə müddətində Türk dünyası muzeyləri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayaraq, bu layihənin ənənəvi xarakter alacağına və bütün türk dünyasının məktəblilərini əhatə edəcəyinə ümidvar olduğunu bildirib.

Sonra muzeylər haqqında videoçarx göstərilib, türk dövlətlərinin tarixi və mədəniyyəti ilə bağlı  müsabiqə də keçirilib. Ən fəal iştirakçılara Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, həmçinin Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin diplom və hədiyyələri təqdim edilib.

 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Məktəblilər üçün virtual muzey həftəsinə start verilib

Məktəblilər üçün virtual muzey həftəsinə start verilib

Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib

Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Məktəblilər üçün muzey həftəsi keçirilib

Məktəblilər üçün muzey həftəsi keçirilib

“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

Təhsil naziri Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

Təhsil naziri Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

Bakı Dövlət Universitetində “Abay İli”nin açılışına həsr olunmuş tədbir

Bakı Dövlət Universitetində “Abay İli”nin açılışına həsr olunmuş tədbir

“Türk dünyasında elektron ticarət problemləri və perspektivləri”

“Türk dünyasında elektron ticarət problemləri və perspektivləri”

Esse müsabiqəsi elan edilib

Esse müsabiqəsi elan edilib

“Ortaq türk tarixi” “əlavə yük”dür yoxsa…

“Ortaq türk tarixi” “əlavə yük”dür yoxsa…

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

Məktəblərdə yeni fənn tədris olunacaq? - Nazirlikdən açıqlama

Məktəblərdə yeni fənn tədris olunacaq? - Nazirlikdən açıqlama

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10-cu ildönümü ilə bağlı mühazirələr yekunlaşıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10-cu ildönümü ilə bağlı mühazirələr yekunlaşıb

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

Tarixçi alimdən partiya sədrinin sözlərinə DƏSTƏK

Tarixçi alimdən partiya sədrinin sözlərinə DƏSTƏK

Alim: "Türk respublikaları içərisində Azərbaycan milli sənətşünaslıq məktəbi daha çox inkişaf edib"

Alim: "Türk respublikaları içərisində Azərbaycan milli sənətşünaslıq məktəbi daha çox inkişaf edib"

“Türk dünyasının coğrafiyası və etnosu”

“Türk dünyasının coğrafiyası və etnosu”

Bakı Türk Məktəblərində yazıçı Elçin Hüseynbəyli ilə görüş keçirilib

Bakı Türk Məktəblərində yazıçı Elçin Hüseynbəyli ilə görüş keçirilib

Türk millətini Demakratiya uğrundakı mübarizədə QƏLƏBƏ münasibəti ilə TƏBRİK EDİRİK !

Türk millətini Demakratiya uğrundakı mübarizədə QƏLƏBƏ münasibəti ilə TƏBRİK EDİRİK !

UNEC müəlliminin məqaləsi “Thomson Reuters”də

UNEC müəlliminin məqaləsi “Thomson Reuters”də

ABŞ-da ilk rəsmi türk məktəbi açılıb

ABŞ-da ilk rəsmi türk məktəbi açılıb

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb