AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
20 iyul 2021
1 353


Mobil telefon uşaqlarda yaddaş pozğunluğu yaradır



Mobil telefon uşaqlarda yaddaş pozğunluğu yaradır

 

Texnika inkişaf etdikcə, müxtəlif markalı telefonlar bazara yol tapır. Hamımız gündəlik həyatımızda mobil telefonlardan istifadə edirik. Mütəxəssislər isə cib telefonunun verə biləcəyi zərərlərin çoxluğu haqqında həyəcan təbili çalır.

Dünya Səhiyyə Təşkilatının açıqladığı məlumatlarda mobil telefonların xərçəng riskini artırdığı bir daha məlum olub. Gün ərzində yarım saatdan çox cib telefonu ilə danışanların beyin xərçəngi xəstəliyinə tutulma riski 50% daha çoxdur. Pediatr İlhamə Qurbanova hesab edir ki, mobil telefonların zərərləri mövzusunda "qlobal həyəcan vəziyyəti” elan edilməsinin vaxtı çatıb. "25 yaşına qədər insanların beyin inkişafı davam edir. İndi fikir versəniz görərsiniz ki, balaca uşaqlar da cib telefonlarından istifadə edir. Cib telefonlarının yaratdığı radiasiya uşaqların beyni üçün çox zərərlidir”.
Rus elm adamlarının 5-12 yaşlı uşaqlar üzərində keçirdikləri 5 illik təcrübələr zamanı məlum olub ki, telefon istifadə edən uşaqlar, cib telefonu istifadə etməyən yaşıdları ilə nisbətdə daha çox diqqət və yaddaş pozğunluğu, huşunu itirmə kimi hallarla qarşılaşırlar. Araşdırmalar zamanı o da məlum olub ki, cib telefonlarını üzərində gəzdirən, gündə 2-4 saat arasında danışan kişilərin sağlam sperma ədədləri digər kişilərə nisbətdə çox aşağı olur.

Beynəlxalq Xərçəng Araşdırma Agentliyi cib telefonları və onların əsas stansiyalarının yaydığı radiodalğaların meydana gətirdiyi elektromaqnetik sahələrinin xərçəng yaratma ehtimalının çox yüksək olduğunu müəyyən edib. "Amerikada 1990-cı illərin sonunda doğulmuş 13 min uşaq üzərində araşdırma aparılıb. Müəyyən olunub ki, hamilə ikən gündə 2-3 dəfə cib telefonu istifadə edən anaların uşaqlarında davranış pozğunluğu 54% yüksək olur. Uşağa 7 yaşından əvvəl cib telefonu verilirsə, onda davranış pozğunluğu 80% daha çox yaranır”.

Müsahibimiz bildirir ki, telefon bədənə nə qədər yaxın tutularsa, bir o qədər çox zərər vermiş olar. Mütəxəssislərin fikrincə, 10 il müddətlə eyni əl və qulağını istifadə edərək cib telefonuyla danışan adamda beyin şişi və eşitmə siniri mənşəli şiş meydana gəlmə ehtimalı 30% artır. "Gündə yarım saat telefonla danışan adamda bu 10 il, 1 saat danışanlarda isə 5 ildir. Yəni gündə 1 saat mobil telefonla danışan adamda 5 il müddətində hər hansı xərçəng növünə yaxanlanmaq riski 70%-dir”.

Gün ərzində 2 saatdan çox telefon istifadə etmək, stress və yorğunluq hissi, ürək döyüntülərinin sürətlənməsi, qulaq cingildəməsi, diqqət pozğunluğu, eşitmədə keçici problemlər yarada bilər. Həkimin fikrincə, bunlar cib telefonlarının vurduğu müvəqqəti zərərlərdir. Uzun müddətli zərərlər isə genetik quruluşun pozulması, ağ qan hüceyrəsi (lenfoma) xərçəngi, ürək narahatlıqları, qan beyin baryerinin zədələnilməsi, qalıcı eşitmə pozğunluqları, yaddaş zəifləməsi və beyin şişi riski, embrion inkişafının zərər görməsi, qadınlarda uşaq salma riskinin artması, qan hüceyrələrinin pozulması, yüksək təzyiq, immunitet sisteminin zərər görməsidir. Bir sözlə, uzun müddət mobil telefondan istifadə insanlıq üçün zərərdir. "Gün içində 3-4 saat mobil telefona yaxın olmusunuzsa, baş ağrısı, unutqanlıq, diqqətsizliyin artımı, refleks itkisi, qulaqlarda cingildəmə, gözlərdə qaralma müşahidə edilə bilər. Əgər telefona baxarkən ürəyiniz bulanır və gözləriniz sulanırsa, bu təzyiqin artmasının işarəsidir. Bununla yanaşı həddən artıq əsəbilik də özünü büruzə edə bilər ki, bu da gələcəkdə nevrozla nəticələnər”.

Həmsöhbətimiz mobil telefonun təhlükəsindən qorunmaq üçün telefonu heç bir zaman birbaşa bədənə tutmamağı məsləhət görür. Telefonla danışarkən qulaqlıq, hands-free cihazları və ya qulaqlıq istifadə edin. Mümkün olduqca sabit telefonlardan istifadə etməyə çalışın. "Telefonunuzu cibinizdə və ya sinənizdə gəzdirməyin. Telefonunuz açıq olmadığı zaman belə radiasiya yayır. Telefonunuzun siqnal səviyyəsi aşağı olduğu zaman və ya şəbəkə olmadığı halda daha çox radiasiya yayır”.

Bəzi insanların yatarkən cib telefonunu yastığın altına və ya yatağın yanına qoyduğunu deyən İ.Qurbanova bunun sağlamlıq üçün daha çox təhlükəli olduğunu vurğulayır. "Bütün gecəni telefonla yatsanız, səhər başağrısı ilə ayılacaqsınız. Unutmayın ki, siz yatırsınız, cib telefonunuz isə yatmır və o, açıq olduğu müddətdə radiasiya yayır”



Загрузка...
Həmçinin oxuyun:
Mobil telefonlar xərçəng yaradır?- XƏBƏRDARLIQ

Mobil telefonlar xərçəng yaradır?- XƏBƏRDARLIQ

Mobil telefonların yaratdığı və yaradacağı fəsadlar özünüzü qoruyun

Mobil telefonların yaratdığı və yaradacağı fəsadlar özünüzü qoruyun

Mobil telefonlar bu xəstəlikləri yaradır -ARAŞDIRMA

Mobil telefonlar bu xəstəlikləri yaradır -ARAŞDIRMA

Mobil telefon təhsilə zərbə vurur -ARAŞDIRMA

Mobil telefon təhsilə zərbə vurur -ARAŞDIRMA

Mobil telefonla yuxuya gedərkən nə baş verir? – İNANILMAZ FƏSADLAR

Mobil telefonla yuxuya gedərkən nə baş verir? – İNANILMAZ FƏSADLAR

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağan ediləcək? - Nazirlikdən cavab

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağan ediləcək? - Nazirlikdən cavab

Nə üçün uşağa 12 yaşa qədər telefon vermək olmaz? - 5 səbəb

Nə üçün uşağa 12 yaşa qədər telefon vermək olmaz? - 5 səbəb

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər

Uşaqları planşet, kompüter, mobil telefondan uzaq tutun - Həkim məsləhəti

Uşaqları planşet, kompüter, mobil telefondan uzaq tutun - Həkim məsləhəti

Yaddaş pozğunluğu zamanı nə etməli?

Yaddaş pozğunluğu zamanı nə etməli?

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Dünyanın ən kiçik mobil telefonu – VİDEO

Dünyanın ən kiçik mobil telefonu – VİDEO

Bu telefonlar Azərbaycan üçün nəzərdə tutulmayıb

Bu telefonlar Azərbaycan üçün nəzərdə tutulmayıb

Xeyir və zərəri ilə mobil telefonlar

Xeyir və zərəri ilə mobil telefonlar

Smartfonlar tələbələrin təhsilinə mənfi təsir göstərir -ARAŞDIRMA

Smartfonlar tələbələrin təhsilinə mənfi təsir göstərir -ARAŞDIRMA

İmtahana mobil telefonla gələn şəxs xaric edildi

İmtahana mobil telefonla gələn şəxs xaric edildi

Görünməyən elektronik epidemiya uşaqlarda korluq yaradır - SOS

Görünməyən elektronik epidemiya uşaqlarda korluq yaradır - SOS

Telefon və kompüterdən istifadə edənlər — VACİB XƏBƏRDARLIQ

Telefon və kompüterdən istifadə edənlər — VACİB XƏBƏRDARLIQ

Həşərat öldürücü dərmanlar diqqət pozğunluğu və hiperaktivliyə yol açır

Həşərat öldürücü dərmanlar diqqət pozğunluğu və hiperaktivliyə yol açır

Badam qəbul edən insanların beyin hüceyrələri daha gec yaşlanır.

Badam qəbul edən insanların beyin hüceyrələri daha gec yaşlanır.

İnsan neçə saat yatmalıdır? Müxtəlif yaş qrupları üçün NORMALAR

İnsan neçə saat yatmalıdır? Müxtəlif yaş qrupları üçün NORMALAR

Onlayn dərslər məktəblilərin görməsinə necə təsir edir? Oftalmoloq həyəcan təbili çalır

Onlayn dərslər məktəblilərin görməsinə necə təsir edir? Oftalmoloq həyəcan təbili çalır

BDU-da oxuyan qızların mobil telefonları oğurlandı

BDU-da oxuyan qızların mobil telefonları oğurlandı