AzTehsil.com


Xəbərlər / Müəllim
27 iyun 2021
1 378


“Müəllimin ən önəmli vəzifəsi şagirdin dəyərli olmasını ona hiss etdirməkdir”



“Müəllimin ən önəmli vəzifəsi şagirdin dəyərli olmasını ona hiss etdirməkdir”

 

"Müəllim dərsini sevdirə bilirsə, gələcəyin dahilərini yetişdirir”

"Yeni çağırışlar”da növbəti qonaq İzgören Akademiyasının qurucusu Ahmet Şerif İzgören olub

"Yeni çağırışlar” onlayn müzakirə proqramının budəfəki qonağı Türkiyənin tanınmış yazıçılarından biri, İzgören Akademiyasının qurucusu Ahmet Şerif İzgören təhsilə yeni baxışını, təkliflərini bölüşüb. Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən "Yeni çağırışlar” proqramının 16 iyun 2021-ci il tarixində yayımlanan bölümündə davamlı inkişaf və öyrənmə barədə danışılıb. Görüş Təhsil Nazirliyinin "Facebook” səhifəsindən canlı yayımlanıb.

Dürüstlük, sevgi, keyfiyyətli iş carçısı

Gorüşü məşhur alman filosofu Nitsşenin "Dənizləri sevirsənsə dalğaları da sevməlisən, sevilmək istəyirsənsə öncə sevməyi biləcəksən, uçmağı sevirsənsə düşməyi də biləcəksən, qorxaraq yaşayırsansa yalnızca həyatı seyr edərsən” deyimi ilə başlayan aparıcı, "T-network”un koordinatoru Cəfər Mənsimi yazıçı Ahmet Şerifi salamlayıb və proqramda iştirak etdiyi üçün təşəkkürünü bildirib. Qonağı izləyicilərə yaxından təqdim edən aparıcı diqqətə çatdırıb ki, Ahmet Şerif İzgören ABŞ, İngiltərə, Danimarka, Avstraliya, Almaniya, Fransa, Azərbaycan və digər ölkələrdə 4000-dən çox təlim və seminar təşkil edib, 30-dan çox kitabın müəllifidir. Hazırda İzgören Akademiyası, "Elma” nəşriyyatı kimi bir sıra brendləri idarə edir. Aparıcı bildirib ki, Ahmet Şerif öz fəaliyyəti ilə sevgini, mübarizə aparmağı təbliğ, insanları sevgi yoluna, keyfiyyətli iş görməyə, doğruya, dürüstlüyə, vətənpərvərliyə, təşəbbüskarlığa dəvət edir.

 "Sizin soyadınızda bir iz sözü var. Bu günə qədərki iziniz haqqında nə deyə bilərsiniz? İz sizin üçün nə anlama gəlir və bu təcrübə sizdə keyfiyyətli təhsil ilə bağlı hansı müşahidələr yaradıb?” sualına cavabını İbn Haldunun "Uşaqlarınızı tərbiyə etməyin, onlar sizə bənzəyəcəkdir. Özünüzü tərbiyə edin - yetər” deyimi ilə başlayan yazıçı bildirib ki, onun etdiyi hər şeydə ata-anasının, qohumlarının,  ətrafındakı hər kəsin çox böyük rolu var. O da, ola biləcəyi qədərilə başqalarına örnək olmağa çalışır.

 Dünyanın ən gözəl peşəsi - müəllimlik

Ahmet Şerifin kitablarının birində söylədiyi "İnsanlığımızın bəzi özəlliklərini istifadə edərək insanlığımızın xəritəsini çıxara bilərik” deyiminə istinad edərək C.Mənsimi yazıçının hazırda insanlıq xəritəsinin hansı nöqtəsində olduğu və insanlıq xəritəsi çıxarmaq istəyənlərə nələri demək istərdi sualını ünvanlayıb. A.Şerif müəllimlik peşəsini önə çəkərək bildirib ki, bir müəllimin edə biləcəyi ən önəmli vəzifə şagirdin dəyərli olduğunu ona hiss etdirməkdir. Müəllim düşünməlidir ki, gələcəyin dövlət başçısı həmin sinifdə oturur. Müəllim uşaqların bacarıqlarını başa sala bilsə, gələcəkdə möcüzələr yaradacaqdır. İki cür müəllimlərin fəaliyyət göstərdiyindən bəhs edən yazıçı bəzi müəllimlərin işini sevərək gördüyündən, bəzilərinin isə tənəffüs zamanı zəng vurulduğu an sinifdən şagirddən qabaqda qaçdığını deyib. Yazıçı insanlara bacara biləcəyi işin dalınca getməyi məsləhət görüb: "İz buraxmaq deyincə müəllimlər dünyada edilməsi mümkün olan ən gözəl işlərdən birini həyata keçirirlər. Pula, maaşa görə müəllim olmaq olmaz. Müəllimsənsə hədəfin pul, para olmamalıdır”. A.Şerifin digər tövsiyə xarakterli fikri "Əməklə qazanmaq, ümid etmək - dünyanın ən gözəl hissləridir” olub.

Məktəbdə necə bir şagird olmasından bəhs edən İzgören atasının hər valideyn iclasından döndüyündə 3 gün onunla küsülü qaldığını yada salıb, Hərbi Məktəbin məzunu olduğunu, 12 il orduda xidmət etdiyini, bu sahədə də yetərincə bacarıqlı olmadığını və sonradan  öz istəyi ilə oradan getdiyini söyləyib.
 
 
Qonaq Avstraliya məktəblərində uşaqlara 5 fənnin tədris edildiyini, onlardan 3-nün məcburi, 2-nin isə şagirdin öz seçimi olduğunu qeyd edib və bildirib ki,  belə sistemdə şagirdin bacarıqlı olmama ehtimalı çox azdır. A.Şerif istedadı deyil, əzbərçiliyi təbliğ edən bir sistemdə şagirdin bacarıqlı olmasını mümkünsüz hesab etdiyini deyib. Şagirdləri kalkulyator kimi işləməyə məcbur etməyə deyil, onların xəyal güclərinə önəm verməyə çağırıb.
 
Təhsilin özünü yeniləşdirməsi və yeniliyin necə olmasından danışan İzgören bu barədə kitablarında da yazdığını deyib: "Təhsilin iki tərəfi var- sol və sağ. Sol tərəfdə əzbərçiliyə dayanıq təhsil, sağ tərəfdə isə insanlıq, xarakter, şəffaflıq, problemləri həlletmə bacarığı dayanır. Deyərdim ki, təhsil sistemini tamamən bu sağ tərəfə yönəldək. Biz dürüstlük, hörmət, işini yaxşı və əxlaqlı yerinə yetirməklə bağlı problemlər yaşayırıq. Bütün təhsil sistemini bir-birinə hörmət göstərən, işıqforda gözləməyi bacaran, maska taxmaq lazımdırsa maska taxan, yaşlı qadına yer verən şagirdlər yetişdirməyə yönəltsək uşaqlar riyaziyyatı da mükəmməl bilər, raketlər düzəldər və başqa kəşflər də edər. Sistemi əzbərçiliyə, imtahanlara, yalnız müxtəlif formul və dərsləri öyrənib yadda saxlamağa yönəltsək tamamilə sağ tərəfi unutmağa başlayacayıq. Burada model sistemlər qurmaq lazımdır. Yaxşı model qursanız yaxşı, pis model qursanız pis model dalınca gedir insanlar. Önümüzdə yaxşı və ya pis modellərin mövcudluğunu nəzərdən keçirmək lazımdır”.

Aparıcının "Xarici motivasiyadan daxili motivasiyaya fokuslanmaq üçün təhsil dünyasında hansı addımların atılması lazımdır? Bizdə bir çox insan xarici motivasiyaya köklənir və özünü təsdiq etmiş hesab edir” sualına cavabında A.Şərif insanların həddindən artıq coşdurmanın bir önəmi olmadığını qeyd edib:"Motivasiya çox tez keçən bir hissdir. Qalıcı olan mücadilə ruhu və ilhamdır. Aşırı motivasiya işə yaramır. Həvəsli, ilhamlı, tutqulu, nə edəcəyini bilən insan önəmlidir”. Memar Sinandan və Manisa Demirçidə öz xoşu ilə yabanı ağaclara meyvə ağaclarını calaq edən yaşlı cütlüyü misal gətirən İzgören kənardan motivasiyaya deyil, insanın şəxsi ilhamına önəm verdiyini bildirib.

Ahmet Şerifin qurduğu məktəblər

Yazıçının fikrincə, ideal təhsil sisteminin qurulması üçün uğurlu layihə rəhbərinin olması çox önəmlidir. "Mən bir məktəb qursam şagirdləri toplardım və dərslərlə onları yükləməzdim. Şagirdlərə sıfırdan bir velosiped düzəltməyi tapşırardım, komandalar yaradardım, sistemin necə qurulacağı, necə düzəlməsi ilə bağlı onlara məlumat verərdim. Yəni usağları nə isə yaratmağa, kəşflərə həvəsləndirərdim”. Qonaq bir zamanlar Manisa Demirçidə bir neçə badam ağacının badamlarının yerə töküldüyündən və buna heç kimin məhəl qoymadığından, sonra bu ərazini alması və ağacları kəsmədən tarlanın tam ortasında məktəb açması, orada kənd uşaqlarına təhsil verməsi barədə bəhs edib. Bu mövzuya aid "Kara  Oklar Çetesi” adlı uşaq kitabını yazdığı barədə məlumat verən yazıçı deyib: "Uşaqlar məktəbə gəlirlər, meyvələri toplayırlar, İzgören Akademiyasının müəllimləri tərəfindən təhsil alırlar, çərəzi məhsula çevirirlər, markalaşdırıb internetə qoyaraq satışı ilə məşğul olurlar. Hazırda bu uşaqlar 8-ci sinif şagirdləridir, ilk gələndə gələcək hədəfləri barədə soruşurduq və onların 100/90 nəfərinin heç bir hədəfi yox idi, hazırda hamısı hədəf sahibidir. Bu uşaqların həvəslə etdikləri işə dəstək versək onlar ölkəni göylərə qaldırar, lakin imtahan edib tənbeh ediriksə əlini qaldıra bilməyən uşaqların ruhunu bitiririk. Biz Kara Oklar Çetesi bilim mərkəzi qurduq, uşaqlara təhsil verdik. Hazırda həmin ərazidə badam ağaclarının sayı 4 qat artıb, Türkiyənin ən orqanik kənd təsərrüfatı fermasına çevrilib, mükafata layiq görülüb. İndi orada Bilik Mərkəzi yaradırıq və ilin 12 ayı ölkənin hər yerindən olan uşaqlara təhsil verəcəyik”.

Təhsillə bağlı digər bir uğurlu işi - "Uğur böcəyi” layihəsi barədə danışan Ahmet Şerif 12-13 il öncə bu layihəni həyata keçirməyə qərar verməsi, öncə layihənin "Uğur böcəkləri” adlandırıldığı və 100-lərlə uşağa təhsil verilməsi barədə məlumatlandırılıb. Burada əsas 5 hədəfin: dürüstlük, keyfiyyətli iş, sahibkarlıq, Vətən sevgisi, mənimsəmə bacarığının öyrədildiyini diqqətə çatdırıb. Eyni zamanda "Uğur böcəyi” bir sıra layihələrə dəstək olur, ölkənin müxtəlif ərazilərindəki yoxsul şagirdlərə yardımlar göstərir. Ahmet Şerif bildirib ki, bu günə qədər layihə tərəfindən 480 mindən çox şagirdə könüllü təhsil verilib və bütün bu işlər dövlət və ya digər qurumlardan heç bir yardım alınmadan həyata keçirilib. O, hazırda nə dərnək başqanı, nə də idarəetmə qurucusu, sadəcə uğur böcəyi olduğunu deyib və bildirib ki, onunla bir hadisə baş verdikdə layihə fəaliyyətinə davam edəcəkdir.
 

C.Mənsiminin "Siz mücadilə ruhuna çox önəm verirsiniz. Mücadilə etmək həm də tutarlı, cavabdeh olmaq, çalışmaq, bir işi yekunlaşdırmaqdır deyə tamamlayırsınız. Sizcə bu özəlliklərin axtarılması üçün maneələrimiz nələrdir?” sualına cavabda İzgören deyib ki, bu məsələyə müəllim gözü ilə baxsaq şagirdlərə fürsət vermək lazımdır. Bildirib ki, təhsil sisteminə baxdıqda 5 təməl faktoru görürük. Bunlar şagird, veli-gözətçi, müəllim, sistem və qurum mədəniyyətidir, yəni bütün ölkədəki mədəniyyət. A.Şerif əsas mövzunun müəllim olduğunu qeyd edib, müəllim dərsini sevdirə bilirsə şagirdləri arasında gələcəyin dahilərini yetişdirir deməkdir. Şagirdlərin qabiliyyətlərini yüksək qiymətləndirərək onlara hörmət və sevgi ilə yanaşıb daha nələrə həvəsləndirmək mümkündür.
 
 
İmtahanların şagirdlərə stress, qorxu, təlaş yaşatmasından bəhs edən qonaq valideynlərə də müraciət edərək uşaqların üstünə çox getməməyi, onların həyatlarına qarışmamağı, müdaxilə etməməyi tövsiyə edib: "Şəxsi xəyallarını yaşaya bilməyən ana-atalar öz uşaqlarının həyatlarını yaşamağa çalışırlar”.  ABŞ-da imtahan zamanı müəllimlərin sinfi tərk etdiyini və şagirdlərin sərbəst imtahan verməsini onlara olan güvənlə əlaqələndirən İzgören bu nüansın şagirdin vicdanlı davranmasına çox təsir etdiyini bildirib.

8 guşəli yeni çağırışlar

Proqramın ənənəvi "Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualını cavablandıran yazıçı qeyd edib: "Bizim ölkələri ən zənginləşdirən şey aramızdakı fərqli inanclı, etnik köklü insanlara hörmət göstərməyimizdir. Bunu görəndə mən hər birimizin çox yaxşı yerlərə gələcəyini düşünürəm. Gəncliyə, ləyaqətə dəyər versək, haqq edənlərin haqq etdikləri yerə gəlməsinə imkan yaratsaq, təmiz atmosferdə yaşamasını təmin etsək edə bilməyəcəkləri nə isə olmaz. Həyat çox qısadır, həyatı sevdiyiniz işlə keçirmənin nə qədər dəyərli olduğunu mən bilirəm. "Nağıllarda qarşınıza bir pəri çıxar, gerçək həyatda müəllim” adlı kitab yazmışam, imkanınız olsa oxuyun. Müəllimlərin bir vəzifəsi var - şagirdlərinizin əlinə kitab uzadın, yanağını sıxın və deyin ki, səndən bir vəkil, müəllim olar”. Qonaq illər öncə Azərbaycanda seminarda olduğunu, burada gördüyü sevgini, dostluğu, qardaşlığı unutmadığını bildirib. Ahmet Şerif yaxın gələcəkdə Azərbaycanda İzgören Akademiyası olaraq bölgə müdirliyi açacağını söyləyib və proqramda yaradılan fürsətə görə minnətdarlığını bildirib.

"Yeni çağırışçı” C.Mənsimi 8 guşəli ulduzun guşələri olaraq qonağın söylədiyi 5 dəyəri (dürüstlük, keyfiyyətli iş, sahibkarlıq, Vətən sevgisi, mənimsəmə bacarığını) sadalayaraq yazıçının kitablarındakı "Gələcəyin qeyri-müəyyən olduğu durumda önümüzdə iki seçim var: ya gözləyib görərsiniz, ya da gələcəyi şəkilləndirmək üçün hərəkətə keçərsiniz”, "Önəmli olan divarlara nə dəyərləri yazdığınız deyil, idarəetmədə insanların və çalışanların o dəyərlərə nə dərəcədə sahib çıxmasıdır. İnsanlar divarlardakı dəyərlərin arxasınca getməzlər, dəyərlərinin arxasınca gedərlər”  fikirlərini önə çəkib.

Görüşün sonunda "Yeni çağırışlar” proqramının koordinatoru Cəfər Mənsimi çox maraqlı müsahibə üçün qonağa sonsuz təşəkkürünü bildirib və "Sadəcə özünü düşünmək yox, həm də qarşınızdakını fikirləşmək, faydalı olmaq”çağırışı ilə proqramın növbəti buraxılışını bitirib.

 Azərbaycan müəllimi




Загрузка...
Həmçinin oxuyun:
Liderlik üzrə tanınmış amerikalı mütəxəssis “Yeni Çağırışlar”da

Liderlik üzrə tanınmış amerikalı mütəxəssis “Yeni Çağırışlar”da

"Dedi-qodunun olduğu yerdə səmimiyyət də ola bilməz"..Yeni işə başlayacaq müəllimlərə təlimçidən iradlar

"Dedi-qodunun olduğu yerdə səmimiyyət də ola bilməz"..Yeni işə başlayacaq müəllimlərə təlimçidən iradlar

Uşaqlarda dürüstlüyü öyrətmək üçün 10 tövsiyə

Uşaqlarda dürüstlüyü öyrətmək üçün 10 tövsiyə

İmtahanda iştirak edə bilməyən müəllimlər üçün diaqnostik qiymətləndirilmə keçiriləcək

İmtahanda iştirak edə bilməyən müəllimlər üçün diaqnostik qiymətləndirilmə keçiriləcək

“Təcrübəçi tələbələrə müəyyən miqdarda əməkhaqqı da verilsə, yaxşı olar”-Nazirin qərarı alqışlandı

“Təcrübəçi tələbələrə müəyyən miqdarda əməkhaqqı da verilsə, yaxşı olar”-Nazirin qərarı alqışlandı

Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDA

Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDA

Şagirdi məhvə aparan müəllim ifadələri və yanlış davranışlar – Psixoloqdan müraciət

Şagirdi məhvə aparan müəllim ifadələri və yanlış davranışlar – Psixoloqdan müraciət

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Uşaqların dərs oxumaq həvəsinə daha çox nə təsir edir: təbii maraq, yoxsa mükafatlandırılma arzusu?

Uşaqların dərs oxumaq həvəsinə daha çox nə təsir edir: təbii maraq, yoxsa mükafatlandırılma arzusu?

Dolandırıcı Uşağı Necə Tərbiyə Etmək Olar

Dolandırıcı Uşağı Necə Tərbiyə Etmək Olar

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Xarici ölkələrdə şagirdlərin zəif qiymət alması uşağın savadsız olması anlamına gəlmir.

Xarici ölkələrdə şagirdlərin zəif qiymət alması uşağın savadsız olması anlamına gəlmir.

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

MİQ-in  müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bakıda “Öyrənməyi öyrənək” layihəsi çərçivəsində İkinci Beynəlxalq Təlim Konfransı keçirilir

Bakıda “Öyrənməyi öyrənək” layihəsi çərçivəsində İkinci Beynəlxalq Təlim Konfransı keçirilir

Təhsil Nazirliyinin “Yeni çağırışlar” layihəsində İlon Maskın anası Mey Mask öz təcrübələrini bölüşdü - VİDEO

Təhsil Nazirliyinin “Yeni çağırışlar” layihəsində İlon Maskın anası Mey Mask öz təcrübələrini bölüşdü - VİDEO

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

“Şagirdlər karantindən sonra mütləq xüsusi imtahana cəlb edilməlidir” – Təklif

“Şagirdlər karantindən sonra mütləq xüsusi imtahana cəlb edilməlidir” – Təklif

Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

“Olimpiada ruhu uşaqlara erkən yaşlardan aşılanmalıdır”

“Olimpiada ruhu uşaqlara erkən yaşlardan aşılanmalıdır”

“Virtual məktəb” layihəsinin ən əsas faydaları nələrdir?

“Virtual məktəb” layihəsinin ən əsas faydaları nələrdir?