AzTehsil.com


Xəbərlər / Müəllim
21 iyun 2021
797


“INKOEL” şirkətinin Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə birlikdə ərsəyə gətirdiyi layihə beynəlxalq müsabiqədə finala çıxıb



 “INKOEL” şirkətinin Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə birlikdə ərsəyə gətirdiyi layihə beynəlxalq müsabiqədə finala çıxıb

 

 Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə "Yaşıl Bacarıqlar Mükafatı” beynəlxalq yarışmasında iştirak edən "INKOEL” şirkəti 39 ölkədən 134 namizəd arasında 11 qalibdən biri olaraq finala çıxıb.
 
Müsabiqə "Rəqəmsal erada yaşıl bacarıqlar və inklüziv cəmiyyət üçün bacarıqlar: ömürboyu öyrənmənin təşkili” beynəxalq konfransı çərçivəsində ETF - European Training Foundation tərəfindən həyata keçirilir. Azərbaycan "Alternativ enerji sahəsində yaşıl bacarıqların inkişafı üzrə dövlət-özəl əməkdaşlığı” layihəsi ilə "INKOEL” şirkəti tərəfindən təmsil olunur. 

2007-ci ildə təsis olunmuş "INKOEL” sistem inteqratoru və mühəndislik şirkətidir. 2000-ci illərdə Mərkəzi Asiya ölkələrində, 2010-cu ildən etibarən isə Azərbaycanda fərdi yaşayış və bağ evlərində bərpaolunan enerji - günəş panelləri, külək turbinləri və batareya sistemləri əsasında çalışan Off-Grid, On-Grid və Hybrid Güc Sistemlərinin quraşdırılmasını həyata keçirib. 

"INKOEL” şirkətinin əsas fəaliyyət istiqamətləri sənaye-texnoloji proseslərin avtomatlaşdırılması və idarəetmə sistemləri, alternativ və bərpaolunan enerji layihələrinin açar təslimi və elektromobillər üçün qida qurğuları stansiyaları infrastrukturunun yaradılmasıdır.

Layihə Təhsil İnstitutunun tövsiyələri və qarşılıqlı müzakirələr əsasında hazırlanıb. Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda və regionlarda Ağıllı İnnovasiyalar Mərkəzləri qurmaqdır. Bu mərkəzlərdə müasir və gələcəyin əmək bazarının tələblərinə uyğun müəllimlərin bilik və bacarıqlarının artırılması, şagird və tələbələrin avtomatlaşdırma, bulud sistemləri əsasında rəqəmsal həllər, idarəetmə sistemləri, yaşıl enerji istiqamətində günəş və külək enerjisi və onları əhatə edən müxtəlif sistemlər, nəqliyyatın yaşıllaşdırılması ilə bağlı ağıllı texnoloji yeniliklər və həllər, elektrik qida qurğuları infrastrukturu, süni intellekt, artırılmış reallıq və s. kimi istiqamətlərdə məlumatlandırılması, peşəkarların həm nəzəri, həm də layihələr üzərindən praktik olaraq hazırlanmasıdır. 

Təhsilin məzmununda yaşıl bacarıq və səriştələrin artırılması, gənclərin ətraf mühitə təhlükə yaratmayan peşələrə yiyələnməsi, həmçinin yaşadıqları icmalarda yaşıl sahibkarlıq fəaliyyətlərinin önə çəkilməsi, bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsi ölkəmizin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Yaşıl bacarıqların təşviq olunması həm ekologiyanın qorunması, həm də insan kapitalının yetişdirilməsində 21-ci əsrin əmək bazarının əsas tələblərindən biridir. Bu istiqamətdə özəl sektorun dəstəyi və təşəbbüsü müsbət addımdır və xüsusilə dövlət-özəl tərəfdaşlığı əsasında uğurludur.

Layihənin yarışmada qalib olması üçün aşağıda qeyd olunan keçiddə səs verməyinizi və paylaşmağınızı xahiş edirik. Səsvermə 24 iyuna qədər davam edəcək.



Загрузка...
Həmçinin oxuyun:
"Rəqəmsal bacarıqlar" layihəsi Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində

"Rəqəmsal bacarıqlar" layihəsi Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində

“Yaşıl məktəb”

“Yaşıl məktəb”

BDU-nun professoru “Yaşıl iqtisadiyyat və Xəzərin ekologiyası” beynəlxalq konfransında

BDU-nun professoru “Yaşıl iqtisadiyyat və Xəzərin ekologiyası” beynəlxalq konfransında

“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub

“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində işlər davam etdirilir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində işlər davam etdirilir

"Rəqəmsal bacarıqlar” layihəsi Beynəlxalq Təhsil Salonunda

"Rəqəmsal bacarıqlar” layihəsi Beynəlxalq Təhsil Salonunda

Məktəblilər üçün yeni dərs vəsaiti  - " Yaşıl paket"in təqdimatı keçirilib

Məktəblilər üçün yeni dərs vəsaiti - " Yaşıl paket"in təqdimatı keçirilib

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatəsi genişləndirilir

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatəsi genişləndirilir

“Rəqəmsal təhsil” mövzusunda dəyirmi masa keçirilib

“Rəqəmsal təhsil” mövzusunda dəyirmi masa keçirilib

Tələbələrin startap müsabiqəsi elan olundu

Tələbələrin startap müsabiqəsi elan olundu

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə VI Ekoloji Forum keçirilib.

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə VI Ekoloji Forum keçirilib.

"Rəqəmsal bacarıqlar" layihəsi üzrə tədris ilinin yekununa dair tədbir

"Rəqəmsal bacarıqlar" layihəsi üzrə tədris ilinin yekununa dair tədbir

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə qoşulan məktəblərin sayı 40-a çatdırılacaq

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə qoşulan məktəblərin sayı 40-a çatdırılacaq

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

Bakının 8 məktəbində YENİLİK

Bakının 8 məktəbində YENİLİK

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi üzrə təlim

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi üzrə təlim

"Yaşıl Marafon” çərçivəsində Xocasəndə ağac əkilib

"Yaşıl Marafon” çərçivəsində Xocasəndə ağac əkilib

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Alimlər üçün salınacaq yaşayış kompleksində mənzillərin satışına başlanılıb

Alimlər üçün salınacaq yaşayış kompleksində mənzillərin satışına başlanılıb

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində "Kod saatı" keçiriləcək

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində "Kod saatı" keçiriləcək

BANM-ın tələbələri Azərbaycanı beynəlxalq müsabiqədə  təmsil edəcək

BANM-ın tələbələri Azərbaycanı beynəlxalq müsabiqədə təmsil edəcək