Əslində, bəlkə də mən səhv edib belə bir başlıq qoyuram, çünki oruc tutmaq yalnız Allah rizası üçün olmalıdır və Allahın əmri olaraq tutulan orucun inşallah ki, heç bir ziyanı olmaz.
Siz Allahın əmri olaraq orucunuzu tutun.
Oruc bədənimizin və ruhumuzun təmizlənməyi deməkdir. Əgər 30-50 il bundan əvvəl bütün dünyada oruc tutmağa bir ikrah hissi ilə baxılırdısa indi bütün dünyada acqalma ilə müalicələr və aclıq mərkəzləri fəaliyyət gostərir.
İnsanın ən vacib orqanlarından biri qaraciyərdir. İnsan qaraciyərsiz 3 saniyədən artıq yaşaya bilməz, qaraciyəri bərpa edən ən etibarlı və effektiv müalicə üsullarından biri oruc tutmaqdır. Qaraciyər enerji deposudur. Oruc tutan zaman yəni acqalmadan 6-7 saatdan sonra orqanizm qaraciyərdəki ehtiyat enerjidən istifadə etməyə başlayır. Bu zaman yüngül ürəkbulanma, halsızlıq ola bilər ki, bu, təbii haldır. Qaraciyər həm yenilənir, həm istirahət edir, həm də daxilindəki enerjini təzələyir. Aclıq zamanı xolesterin və triqliseridlərin səviyyəsi (damarların daxili divarını tutmuş yağlar) normallaşır.
Oruc mədəaltı vəz iltihabından (pankreatit) əziyyət çəkənlər üçün faydalıdır, mədəmiz boş olduğundan imsakdan 6-7 saatdan sonra fermentativ aktivlik aşağı düşür və demək olar ferment ifrazı olmur, bu zaman mədəaltı vəz özü özünü bərpa edir. Məsələ burasındadır ki, pankreatit (mədəaltı vəz iltihabı) zamanı mədəaltı vəzin öz şirəsi özünü həzm edir.
İnfarkt və ateroskleroz kimi ürək xəstəliklərinin müalicəsi üçün oruc tutmaq əvəzolunmazdır. Oruc tutulan müddətdə damarlarda qan həcmi azalır, ürək istirahət edir, daha sonra hüceyrələrarası mayenin azalması nəticəsində toxumalarda təzyiq aşağı düşür və sonda toxumalarımız təmizlənir. İftara yaxın bədənimizdə olan bütün enerji mənbələri tükənir, sonda damarların içindəki yağ yığıntıları parçalanmağa başlayır. Bu zaman damarların daxilində yığılıb qalmış artıq maddələr, xüsusən də xolesterol təmizlənir və damarlar elastikləşir.
Mütəmadi oruc tutan adamlar skleroz xəstəliyinə tutulmur. Oruc zamanı bizim oynaqlarımız duzlardan təmizlənir. Böyrəklər təmizlənir. Gündə 3 dəfə yemək zamanı bağırsaqlarımızın xovları arasında daşlar və şlaklar toplanır, normal halda onların miqdarı 4-5 kq-a çatır. Oruc tutanda bunlar da bədənimizdən təmizlənir.
Oruc tutma mədənin də fermentativ aktivliyini azaldır, onun daxili divarı rahat bir şəkildə təzələnir. Həmçinin mədəmizin həcmi kiçilir, bu da çox yeməyin qarşısını alır. Oruc zamanı qanda şəkərin səviyyəsi aşağı düşür.
Bəzi şəkərli diabet xəstələri insulin vurdurduğuna görə oruc tutmurlar, bu səhvdir. 10-12 saat aclıqdan sonra qanda şəkərin səviyyəsi aşağı düşməyə başlayır. Sadəcə şəkər xəstələri 2-3 gün əziyyət çəkə bilərlər, sonra heç bir problem olmaz. Yay fəslinin orucu arıqlamaq istəyənlər üçün ən gözəl vaxtdır.
Oruc zamanı adrenalin və kortizon kimi fermentlərin qanda miqdarı aşağı düşdüyündən hüceyrələrimizin xərçəngə tutulma ehtimalı aradan qalxmış olur. Bu müddətdə insanın beyni qanla daha yaxşı təchiz olunur, nəticədə də yaddaşın və diqqətin artmasına səbəb olur. Əlləri və ayaqları tərləyənlər üçün oruc bir fürsətdir, çünki bu zaman simpatik və parasimpatik sinir sistemlərinin qarşılıqlı fəaliyyəti normallaşır.
Oruc zamanı bədənimiz su almadığından, həmçinin bədəndə toplanmış mayelər böyrəklər və tər vasitəsilə xaric olduğundan yüksək təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır. Həmçinin bağırsaqların təmizlənməsi onların filtr fəaliyyətini bərpa edir, bu zaman böyük yağ hissəciklərinin və antikorların qana keçməsi ləngiyir və immun sistemin işi tənzimlənir.
Oruc həm də nəfsin tərbiyəsidir. Ramazanda şeytanların zəncirlənməsinə baxmayaraq, yenə də bəzi insanlar arasında pis münasibətlər davam edir. Belə insanlar həmişə yırtıcı nəfsin təsiri altında olur. Oruclu insanın qəlbi və ruhu isə, əksinə, həmişə təmiz və yüksək olur, insanın sanki, həm dünya həyatı, həm də axirəti sığortalanmış olur. Oruc tutmağa başlayandan 15-20 gün sonra insanın dad resptorları çox oyanıq olur və dadbilmə hissiyyatı güclənir.
Oruc zamanı insan mənasız, lazımsız hərəkətlər etmir, qeybət və xırdaçılıqdan uzaq olur və əsl insan kimi mükəmməlləşir.
Oruc dünya və axirətdə qula, ruh və cismin verdiyi rahatsızlıqlara bir qalxan olunca Allah belə buyurmuşdur: "Ey iman edənlər, sizdən öncəkilərə oruc fərz qılındığı kimi sizə də oruc fərz qılınmışdır”.
Gəlin yaşamaq üçün yeyək, mədəmizin əsiri olmayaq, ac qalaq ki, acların qədrini bilək!
Fitoterapevt Fizuli Huseynovun