Xəbərlər / Səhiyyə / Saglam həyat
03 mart 2020
3 547


Şirələr və onların faydaları

 

Təbii şirələr insan orqanizmi üçün çox faydalıdır. Onlar hər insanın  gündəlik qida rasionunda olmalıdır.

Şirələri tam yetişmiş meyvə və tərəvəzlərdən hazırlayırlar. Xarab meyvə və tərəvəzlərdən şirələri hazırlamaq olmaz. Təbii şirələri hazırlanandan dərhal sonra içmək lazımdır. 2 saatdan çox qalan təbii şirədə (soyuducuda da saxlansa) vitaminlər, demək olar, tamam yox olur.
Uşaqlar və xəstələr üçün şirələri şirəçəkən maşınlarda hazırlamaq məsləhət deyil. Meyvə və ya tərəvəzi sürtgəcdən keçirin, sonra isə alınmış kütləni bir neçə qat tənzif parçadan süzün. Bu halda bütün vitamin və mikroelementlər şirədə qalacaq.

Kök şirəsi insanın gözləri və dərisi üçün çox faydalıdır.

Tomat şirəsində çoxlu C vitamini, karotin və kaliy mikroelementi var. Bu şirə həzm prosesini yaxşılaşdırır. Tomat şirəsində kalori azdır.

Kələm şirəsi orqanizmi möhkəmləndirir. Tərkibində çoxlu yod var. Qəbzliyi
aradan götürür, arıqlamağa kömək edir. Bu şirə qastrit, kolit, enterokolit, mədə xorası xəstəliklərinin simptomlarını aradan götürməyə kömək edir. Kələm şirəsinə duz qatmaq olmaz. Kələm şirəsinin kök şirəsi ilə qatışığı (1:2) da çox faydalıdır.

Xiyar şirəsi böyrəklər üçün çox faydalıdır, bu şirə təbii sidik-qovucudur. Qan təzyiqini yaxşılaşdırır. İnsan dərisini təmizləyir. Xiyar şirəsinin kök şirəsi ilə qarışığı revmatizmdən əziyyət çəkən xəstələrə yaxşı kömək edə bilər. Diş və diş ətində problem olan insanlara xiyar şirəsini içmək məsləhətdir.

Çuğundur şirəsi qan və damarları təmizləyir, hemoqlobini artırır. Orqanizmdən toksinləri çıxardır.

Kartof şirəsi qan təzyiqini aşağı salır, qastrit, mədə və 12 barmaq bağırsaq xorası olan xəstə insanlara çox faydalıdır. Baş ağrılarını aradan götürür. Kartof və kök şirələrinin qarışığı insan orqanizmini təmizləyir.

Balqabaq şirəsində çoxlu B və E vitaminləri var. Hemoqlobini artırır. Uşaqlar üçün çox faydalıdır. Böyrək və qara ciyəri xəstə olan insanlara kömək edir.

Alma şirəsi ağ ciyəri və böyrəkləri təmizləyir. Dəmirlə çox zəngindir və ona görə qan-damar sistemi üçün çox faydalıdır. Həzm prosesini yaxşılaşdırır, toksinləri çıxardır.

Portağal şirəsi qan-damar sistemi üçün çox faydalıdır. Qara ciyərin funksiyasını yaxşılaşdırır. Mədə-bağırsaq sistemi xəstə olan insanlara içmək məsləhət görülmür.

Ərik şirəsi ürək üçün çox faydalıdır. C vitamini və kaliylə zəngindir. Qanı toksinlərdən təmizləyir. Çox kalorilidir və ona görə kök insanlara və şəkər xəstələrinə bu şirəni içmək məsləhət görülmür.

Ananas şirəsi arıqlamaq istəyən insanlara kömək edə bilər. Ananasın tərkibində bromelayn adlı təbii bir maddə var ki, piyi əridir və insan orqanizmini cavanlaşdırır. Boğazı və böyrəyi xəstə olan insanlara yaxşı kömək edir. Mədə-bağırsaq sistemi, qan-damar sistemi və böyrəklər üçün çox faydalıdır. İmmuniteti artırır.
Qreypfrut şirəsi yuxu pozğunluğunu və yorğunluğu aradan götürür, qan damarlarının elastikliyini artırır, həzm prosesini və qara ciyərin funksiyasını yaxşılaşdırır. Vitamin C ilə zəngindir. İmmuniteti artırır.

Şaftalı şirəsi aritmiyadan əziyyət çəkən insanlara çox faydalıdır, həzm prosesini yaxşılaşdırır.

Gavalı şirəsi kaliy ilə çox zəngindir. Qastrit, ateroskleroz, revmatizm xəstələri üçün çox faydalıdır.

Albalı şirəsi ən faydalı şirələrdən biridir. Qanazlığı olan insanlara çox fay-dalıdır. Mədə və 12 barmaq bağırsaq xorası olan xəstələrə çox albalı şirəsi içmək məsləhət görülmür (habelə portağal, ananas, qreypfrut şirələri).

Qara qarağat şirəsi insan orqanizminə insulinə oxşar təsir edir və ona görə şəkər xəstələri üçün çox faydalıdır. İmmuniteti yaxşılaşdırır.

Qırmızı qarağat şirəsi qan-damar sistemi, revmatizm, mədə-bağırsaq sistemi xəstə olanlara çox faydalıdır.






Загрузка...