AzTehsil.com
RU


Xəbərlər / Psixoloq
14 yanvar 2021
1 359


STRESS, onun orqanizmdə törədə biləcəyi psixo-somatik fəsadlar və ondan qorunmaq yolları.



STRESS, onun orqanizmdə törədə biləcəyi psixo-somatik fəsadlar və ondan qorunmaq yolları.

 

Müharibənin gətirdiyi ağır itkilər, insanlarön taleyində törətdiyi fəlakətlərin dərin izləri və pandemyanın davamlı şəkildə insanların psixikasında yaratdığı ciddi psixoloji gərginliklər nəticə etibarı ilə onlarda posttravmatik stress pozuntusu yaradır. Onun cimptomları əgər azalmırsa, bütün hallarda stressin təhlükəli nəticələrini  qarşılamaq üçün bu insanlara mütləq psixoloji dəstək lazımdır.

Gəlin əvvəlcə baxaq görək stress nədir? 
 
STRESS – ing. dilindən təcümədə "gərginlik” deməkdir, psixikanın  həddən artıq yüklənməsidir ki, bu halda  orqanizmdə əsəb sistemləri normal vəziyyətdən kənara çıxir və çox zaman zədə alır.  Yəni, yuxarıda sadaladığımız ekstremal stüasiyalarda(müharibə, pandemiya) orqanizmin neqativ stress-faktorlara(fiziki və psixoloji) qarşı reaksiyası onun normal vəziyyətdən çıxarır, əvvəl emosional gərginliyə, ardınca isə stres və destess vəziyyətinə salır. 

Aşağıda stressi qarşılamaq və onun orqanizmə vura biləcəyi mümkün ziyanları azaltmaq üçün kompleks psixoloji məsləhətlər paketi təqdim edirik:
 
1.Gücünüz çatandan artıq özünüzü yükləməyin. Bəzən "yox” deməyi bacarın.

2. Stolunuzun üstündə daim təmiz su saxlayın və tez- tez için.

3.Yetərincə yatın, beyninizin yükünü boşaldın.  Çalışın günəşlə yatıb günəşlə oyanın.

4. Stress altında olan zaman dik oturun, bu zaman nəfəs almanız asanlaşar və beyinə qan yaşxı gedər.

5. Başqalarıına kömək edin. Onların dərdlərini görüncə, sizinkinin önəmsiz olduğunu anlaya bilərsiniz.

6. Stolunuzun üstündə bir rezin alət, ya tenis topu saxlayın, gərgin olduqda onu sıxın.

7. Yeknəsək bir həyat tərzində yaşamayın, çalışın ona kiçik də olsa, yeni bir rəng qatasınız.

8. Sizi sosial əhatənizə bağlayanlari, sevdiklərinizi axtarın, arayın. Ailə dəyərlərinizə sahib çıxın.

9. Gərgin vaxtlarınızda, relaksasiya üçün qəhqəhə ilə gülün, səbəb olmasa da gülümsəməyə çalışın.

10.Dərin bir nəfəs alın və içərinizdə saxlayın, əllərinizin barma quclarını birləşdirərək gözlərinizi yumun,  5 saniyə gözləyin, əllərinizi aralayarkən nəfəsinizi astaca buraxın.  Bu relaksı 5-6 dəfə təkrar edin.

11. Gündə bir neçə dəqiqə gözlərinizi yumun, bütün ciyərləriniz dolusu dərin nəfəs alın.  Özünüzü dəniz kənarında təsəvvür edin.

12. Stolunuzun üstünə daim bir alma və bir limon qoyun. Onları tez-tez iyləyin.

13. Əgər çox səsli-küylü yerdə yaşayır, ya çalışırsınızsa, qulaqcıqlarla sakitləşdirici musiqilər dinləyin.

14. Hər zaman şükran olun, taleyin qismətini qəbul edin, inanclı olmağa çalışın. 

15.Özünüzə işlərinizi bitirməyə bir vaxt verin. Edəcəklərinizin siyahısını tutarkən 5 bəndi keçməyin.

16.Sizi stressə salan insanları anlamaq üçün empati hisslərinizi işə salın. Durumu qarşılıqlı anlaşma  şəraitində çözməyə cəhd edin.

17.Tez əsəbləşməyin, hiddətdən və şiddətdən çəkinin, müvazinətli olmağa şalışın.

18. Tez-tez və az-az yeyin, güclü səhər yeməyi yeyin, çalışın sağlam və təbii mənşəli qidalarla qidalanın.

Famil Səfərov



Загрузка...