AzTehsil.com
RU


Xəbərlər
23 may 2020
1 477


Bakı Dövlət Universitetindən tələbələrə böyük güzəştlər



Bakı Dövlət Universitetindən tələbələrə böyük güzəştlər

 

Bakı Dövlət Universitetinin Elmi Şurasında tələbələri sevindirəcək bir sıra qərarlar qəbul edilib. Bu qərarlar belə sıralanır:

1.Bakalavriat   səviyyəsində   tədris   planının   bütün   şərtlərini   yerinə   yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə   keçmiş   və   yekun dövlət attestasiyası buraxılış yekun dövlət imtahanı formasında nəzərdə tutulmuş tələbələr (bu şərtləri ödəyən kontingentdə saxlanılmış və bərpa olunmuş tələbələr də daxil olmaqla) təhsil müddətində əldə etdikləri nəticələrə (ÜÖMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab ediləcəklər.

ÜÖMG-yə uyğun olaraq yekun dövlət attestasiyasının nəticələri ilə razılaşmayan tələbələr üçün cari ilin iyun ayının 30-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunmaqla ənənəvi formada buraxılış yekun dövlət imtahanı təşkil ediləcək.

2. Yekun dövlət attestasiyası buraxılış işinin müdafiəsi formasında nəzərdə tutulmuş tələbələr üçün yekun attestasiya buraxılış işinin onlayn müdafiəsi formasında həyata keçiriləcək. Tələbə müraciət etdiyi təqdirdə buraxılış işini müdafiə etmədən təhsil müddətində əldə etdiyi nəticələrə (ÜÖMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab ediləcək.

3. Magistratura səviyyəsində magistrlik dissertasiyalarının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında onlayn qaydada həyata keçiriləcək. Bu və ya digər səbəbdən onlayn müdafiədə iştirak  edə  bilməyən magistrantlar üçün magistrlik dissertasiyasının müdafiəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunmaqla ixtisaslaşdırılmış şuralarda ənənəvi formada təşkil ediləcək.

4. Müvafiq ixtisas üzrə tədris planlarında buraxılış kurs tələbələri və magistrantları üçün nəzərdə tutulmuş bütün təcrübələr 100 balla qiymətləndiriləcək.

5. Bakalavriat səviyyəsinin I, II və III kurs tələbələri, I kurs magistrantlar, alt qruplarda, həmçinin ləğv olunmuş fənlər üzrə yaradılmış əlavə qruplarda təhsil alan tələbələr və magistrantlar üçün yaz imtahan sessiyasının imtahanları onlayn qaydada şifahi formada təşkil ediləcək. Attestasiyalarda iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət almış, o cümlədən fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak etmək istəyən bakalavriat və magistratura səviyyələrində təhsil alanlar üçün növbəti semestr başlayana qədər ödənişsiz imtahan sessiyası təşkil ediləcək.

6. Hər bir fənn üzrə bütün tələbələrin cari qiymətləndirilməsi 50 bal olaraq  müəyyən ediləcək.

7. Hər bir fənn üzrə tərtib olunmuş imtahan sualları məzmun və əhatəlilik əsas götürülərək müvafiq qaydada azaldılacaq və sadələşdiriləcək.

8. İmtahanların nəticələri imtahanın gedişində tələbələrə elan ediləcək.

9.Tələbələrin istəyi və müraciətləri olduğu halda  cari ilin avqust ayı ərzində (3-4 həftə müddətində) icmal mühazirələr də (ödənişsiz əsaslarla) təşkil olunacaq.

10. Təşkil olunmuş attestasiyalarda (yekun attestasiya və ya aralıq qiymətləndirmə) iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət almış, o cümlədən fənni  dinləmədən akademik borcu əvvəlki semestrlərdə yaranmış iki fənn üzrə imtahanda iştirak etmək istəyənlər üçün növbəti semestr başlayana qədər ödənişsiz imtahan sessiyası təşkil ediləcək.

11. Tələbə müraciətlərinin operativ araşdırılması üçün Apellyasiya Komissiyası fəaliyyət göstərəcək.

12. Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən ediləcək. Yaz semestrinin nəticələrinə görə akademik borcu yaranmış və akademik borcu 2020/2021-ci tədris ili başlayanadək ləğv etmiş tələbə də növbəti təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil ediləcək.

 



Загрузка...
Həmçinin oxuyun:
Nazir müşaviri ali və orta ixtisas təhsili pilləsinə aid olan qərarları izah edib

Nazir müşaviri ali və orta ixtisas təhsili pilləsinə aid olan qərarları izah edib

MDU-nun Elmi Şurası imtahanlara hazırlığı müzakirə edib

MDU-nun Elmi Şurası imtahanlara hazırlığı müzakirə edib

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Tələbələrin 80 faizi yekun dövlət imtahanından azad ediləcək

Tələbələrin 80 faizi yekun dövlət imtahanından azad ediləcək

Nazirlər Kabineti tələbələrə təqaüd verilməsi qaydasında dəyişiklik edib

Nazirlər Kabineti tələbələrə təqaüd verilməsi qaydasında dəyişiklik edib

Elçin Əfəndi: Onlayn dərslərdə iştirak edə bilməyən tələbələr yenidən imtahan verəcəklər

Elçin Əfəndi: Onlayn dərslərdə iştirak edə bilməyən tələbələr yenidən imtahan verəcəklər

Kollec diplomu alanlar üçün bu iki imtahan keçirilməyəcək - YENİLİK

Kollec diplomu alanlar üçün bu iki imtahan keçirilməyəcək - YENİLİK

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

Bu tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq

Bu tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

Nazirlər Kabinetindən təhsillə bağlı - QƏRAR

Nazirlər Kabinetindən təhsillə bağlı - QƏRAR

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

Müzakirə olunan məsələlərlə bağlı suallar və onların cavabları

Müzakirə olunan məsələlərlə bağlı suallar və onların cavabları

Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

Təhsil Nazirliyindən ÖNƏMLİ qərar: “Sonuncu kurs oğlan tələbələrinin kəsr problemi həll ediləcək”

Təhsil Nazirliyindən ÖNƏMLİ qərar: “Sonuncu kurs oğlan tələbələrinin kəsr problemi həll ediləcək”

Ceyhun Bayramov: Təqaüd alan bütün tələbələr bu vəsaiti əldə edə biləcəklər

Ceyhun Bayramov: Təqaüd alan bütün tələbələr bu vəsaiti əldə edə biləcəklər

Təhsil naziri tələbələri narahat edən məsələlərə aydınlıq gətirdi

Təhsil naziri tələbələri narahat edən məsələlərə aydınlıq gətirdi

IX sinif şagirdlərinin nəticələri 100 ballıq şkalaya keçirildi

IX sinif şagirdlərinin nəticələri 100 ballıq şkalaya keçirildi

Ali təhsil müəssisələrində imtahanlar onlayn və ənənəvi qaydada baş tuta bilər

Ali təhsil müəssisələrində imtahanlar onlayn və ənənəvi qaydada baş tuta bilər

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

Buraxılış imtahanları ilə bağlı yenilik - DİM-dən AÇIQLAMA

Buraxılış imtahanları ilə bağlı yenilik - DİM-dən AÇIQLAMA

Buraxılış imtahanlarında iştirak etməyənlərin aqibəti necə olacaq?

Buraxılış imtahanlarında iştirak etməyənlərin aqibəti necə olacaq?

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər