AzTehsil.com
EN


Xəbərlər / Müəllim
20 may 2020
1 420


Nazir müşaviri ali və orta ixtisas təhsili pilləsinə aid olan qərarları izah edib



 

"Məlum olduğu kimi, ötən gün Nazirlər Kabineti "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərar qəbul edib. Qərar 01 oktyabr 2020-ci il tarixinədək qüvvədədir.

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Nazirliyin və Dövlət İmtahan Mərkəzinin rəsmiləri Təhsil Nazirliyinin rəsmi Feysbuk səhifəsi üzərindən canlı efirə qoşularaq bu qərarı ətraflı şəkildə şərh edib, vətəndaşlar tərəfindən verilən suallara onlayn rejimdə cavab veriblər”.

Bu fikirləri Təhsil Nazirinin müşaviri Elnur Məmmədov öz feysbuk hesabında bildirib. Həmçinin yeni qərarların sadə dildə izahını edib:

Ali və orta ixtisas təhsili pilləsinə aid olan əsas qərarların sadə (qeyri-normativ) dildə izahını təqdim etmək məqsədəuyğun olardı:

Bakalavriat:
İmtahan sessiyalarının təşkili qaydaları ali təhsil müəssisələri tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir və tələbələrə elan edilir. İmtahanlar ənənəvi və ya onlayn şəkildə təşkil edilə bilər.

Bakalavriat (buraxılış ili):
Bir qayda olaraq tələbələrin yekun attestasiyası dövlət imtahanı və ya buraxılış işinin müdafiəsi şəklində təşkil olunur.

Dövlət imtahanın keçirilməsi nəzərdə tutulan ixtisaslarda hər hansı bir imtahan keçirilməyəcək. Əgər tələbə tədris planının bütün şərtlərini yerinə yetiribsə (o cümlədən, əvvəlki imtahanlardan müvəffəqiyyətlə keçibsə), o zaman təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə – ÜOMG) uyğun olaraq dövlət imtahanından keçmiş hesab olunacaq. Bu nəticə ilə razılaşmayan tələbələr üçün onların fərdi müraciətləri əsasında dövlət imtahanı təşkil edilə bilər.

Buraxılış işinin müdafiəsi nəzərdə tutulan ixtisaslarda tələbələr buraxılış işini kağız daşıyıcı və ya elektron formada ali təhsil müəssisəsinə təqdim etməlidir. Buraxılış işinin məzmununa, yazılmasına və müdafiəsinə (onlayn və ya ənənəvi) qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir və tələbələrə elan edilir.

Magistratura:
İmtahan sessiyalarının təşkili qaydaları ali təhsil müəssisələri tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir və tələbələrə elan edilir. İmtahanlar ənənəvi və ya onlayn şəkildə təşkil edilə bilər.

Magistratura (buraxılış ili):
Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə (kağız daşıyıcıda şəxsən və ya poçt vasitəsi ilə) və müdafiəsinə (onlayn və ya ənənəvi) qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir və tələbələrə elan edilir.

Magistrlik dissertasiyasının müdafiəsi ilə yekunlaşmayan ixtisaslar (MBA) üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr ÜOMG-yə uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunur. Bu nəticə ilə razılaşmayan tələbələr üçün onların müraciəti əsasında dövlət imtahanı təşkil ediləcək.

İmtahanda iştirak etməyə hazır olmayan tələbələr
İmtahanda bu və ya digər səbəbdən iştirak etməyə hazır olmayan tələbələrin müraciətləri əsasında (müraciətlər iyul ayının 5-nə qədər qəbul olunur) ali təhsil müəssisəsi tərəfindən həmin tələbələr üçün cari ilin avqust ayı ərzində 3-4 həftə müddətində, əyani şəkildə və ödənişsiz əsaslarla icmal mühazirələr təşkil olunacaq. Bu mühazirələrin nəticəsi əsasında bu tələbələr üçün növbəti semestr başlayana qədər imtahan sessiyası təşkil olunacaq. Əlavə olaraq tələbə əvvəlki semestrlərdə yaranmış akademik borcu (kəsiri) ödəmək üçün iki fənn üzrə də imtahanda iştirak edə bilər. Tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınacaq və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olacaq.

Təqaüd
Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən edilməlidir. Yaz semestrinin nəticələrinə görə akademik borcu (kəsiri) yaranmış və akademik borcu 2020/2021-ci tədris ili başlayanadək ləğv etmiş tələbə də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil ediləcək.

İmtahanların təşkili qaydası
İstənilən ənənəvi imtahan yalnız "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”in tələblərinə uyğun şəkildə təşkil edilə bilər.



Загрузка...
Həmçinin oxuyun:
Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Bu tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq

Bu tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq

Tələbələrin 80 faizi yekun dövlət imtahanından azad ediləcək

Tələbələrin 80 faizi yekun dövlət imtahanından azad ediləcək

Kollec diplomu alanlar üçün bu iki imtahan keçirilməyəcək - YENİLİK

Kollec diplomu alanlar üçün bu iki imtahan keçirilməyəcək - YENİLİK

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Nazirlər Kabineti tələbələrə təqaüd verilməsi qaydasında dəyişiklik edib

Nazirlər Kabineti tələbələrə təqaüd verilməsi qaydasında dəyişiklik edib

Elçin Əfəndi: Onlayn dərslərdə iştirak edə bilməyən tələbələr yenidən imtahan verəcəklər

Elçin Əfəndi: Onlayn dərslərdə iştirak edə bilməyən tələbələr yenidən imtahan verəcəklər

Ali təhsil müəssisələrində imtahanlar onlayn və ənənəvi qaydada baş tuta bilər

Ali təhsil müəssisələrində imtahanlar onlayn və ənənəvi qaydada baş tuta bilər

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

Müzakirə olunan məsələlərlə bağlı suallar və onların cavabları

Müzakirə olunan məsələlərlə bağlı suallar və onların cavabları

Nazirlər Kabinetindən təhsillə bağlı - QƏRAR

Nazirlər Kabinetindən təhsillə bağlı - QƏRAR

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

“Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası” təsdiq edilib

“Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası” təsdiq edilib

ÜOMG-dən narazı tələbələr dövlət imtahanında iştirak edə bilərlər -RƏSMİ

ÜOMG-dən narazı tələbələr dövlət imtahanında iştirak edə bilərlər -RƏSMİ

“Bir Cousera sertifikatı qazanan tələbə yalnız bir imtahandan azad oluna bilər”

“Bir Cousera sertifikatı qazanan tələbə yalnız bir imtahandan azad oluna bilər”

Təqaüdlə bağlı tələbələri çaş-baş salan bütün suallara cavablar –  Hesablanma qaydaları və istisnalar

Təqaüdlə bağlı tələbələri çaş-baş salan bütün suallara cavablar – Hesablanma qaydaları və istisnalar

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Ali məktəblərin hazırlıq qrupları ilə bağlı plan dəyişdi: Bu il açılmayacaq - Rəsmi CAVAB

Ali məktəblərin hazırlıq qrupları ilə bağlı plan dəyişdi: Bu il açılmayacaq - Rəsmi CAVAB

Nazirlər Kabinetinin təhsil sahəsinə aid qərarını Təhsil Nazirinin müşaviri Elnur Məmmədov şərh edib

Nazirlər Kabinetinin təhsil sahəsinə aid qərarını Təhsil Nazirinin müşaviri Elnur Məmmədov şərh edib

İmtahanlarla bağlı  inqilabi qərarların verildiyi rekord nəticələr ili  - Təkrarlanması çətin  göstəricilər,  rəqəmlər

İmtahanlarla bağlı inqilabi qərarların verildiyi rekord nəticələr ili - Təkrarlanması çətin göstəricilər, rəqəmlər

Kredit sistemi ilə tədrisin təşkili Qaydalarında dəyişiklik təsdiqləndi – DİQQƏT!

Kredit sistemi ilə tədrisin təşkili Qaydalarında dəyişiklik təsdiqləndi – DİQQƏT!

Tələbələrə akademik məzuniyyət verilməsi qaydaları açıqlanıb

Tələbələrə akademik məzuniyyət verilməsi qaydaları açıqlanıb

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”