AzTehsil.com


Xəbərlər
07 aprel 2020
1 435


Elnur Məmmədov: “Mədəniyyət” kanalı BBC kanalı ilə teledərslərin qısa müddətdə təşkil edilməsi sahəsində öz təcrübəsini bölüşə bilər



 

Böyük Britaniya 20 aprel tarixindən BBC kanalında bütün ölkəyə yayımlanacaq teledərslərə start verir.

Bu təşəbbüsə ölkədə hər bir şagirdin məktəb proqramından geri qalmaması məqsədilə başlanılır. "BBC Bitesize Daily” adlanacaq dərslər 14 həftəni, əsas fənləri və bütün sinifləri (5-14 yaş) əhatə edəcək. Dərslər hər gün yayımlanacaq və sonradan təkrar baxılmaq üçün onlayn resurslara yerləşdiriləcək. Bu BBC kanalının tarixində ən böyük təhsil layihəsi olacaq.

Qeyd edim ki, Böyük Britaniyada məktəblər mart ayının 20-dən bağlanılıb. Teledərslərə məktəblərin bağlanmasından düz 1 ay sonra başlanılır.

Azərbaycanda 11 mart tarixində (məktəblərin bağlanmasından 7 gün sonra) bütün ölkə ərazisində yayımına başlanmış teledərslərə "60-cı illərin texnologiyası” deyənlər də oldu. Azərbaycandan başqa bütün ölkələrin "bir düyməni sıxmaqla” distant təhsilə keçdiyi də iddia edildi. Bu fikir, yumşaq desək, kiminsə təxəyyülündən başqa bir şey deyildi. G-7 nəhəng iqtisadiyyatlar klubunun üzvü olan, fiber optik şəbəkəyə milyardlarla funt sterlinq sərmayə yatırmış, 5G mobil texnologiyasını tətbiq edən Böyük Britaniyada bu günədək təxminən 7-10% ailələrin (households) internetə çıxışı yoxdur. Böyük Britaniya "bir düyməni sıxmaqla” məktəbləri distant təhsilə keçirə bilmədi. Çünki deyilən o "bir düymə” nə Böyük Britaniyada, nə ABŞ-da, nə Almaniyada, nə Yaponiyada, nə də ki Çində var. İnternetin əhatəliyi və keyfiyyəti, ailələrin (xüsusilə də, aztəminatlı ailələrin) həcmli trafiki çəkə biləcək son model planşetlərə və smartfonlara çıxış imkanları hələ də problem olaraq bir çox inkişaf etmiş ölkələrdə qalır. Təhsil isə yalnız zənginlər üçün deyil. Onlayn dərslər interaktivlik təmin etdiyi halda, hələ də əhatəlik təmin edə bilmir. Google Hangouts, Zoom, Teams və bunun üçün geniş istifadə edilən bütün digər proqram təminatları bu günlər inanılmaz yük altında çalışır, əksər hallarda texniki çətinliklərlə üzləşir və keyfiyyət standartlarını aşağı salır. Çünki bu proqramlar bu gün dünyanın 188 ölkəsində eyni vaxtda evdə oturmuş 1.5 milyard şagird və tələbələrə tələb olunan əhatəliyi və keyfiyyəti təmin edə bilmir. Nə bu gün, nə sabah.

Koronavirus pandemiyası gətirdiyi bəlalarla yanaşı ölkələrin kommunikasiya infrastrukturlarına daha çox sərmayənin yönəldilməsinin nə qədər əhəmiyyətli olduğunu əyani şəkildə nümayiş etdirdi. Distant təhsili təşkil etməkdən başlayaraq evdən çıxmaq üçün SMS-icazəsi almaq yüksək keyfiyyətli və stress vəziyyətə dözümlü şəbəkə tələb edir. Ümid edək ki, bəşəriyyətin üzləşdiyi bu fövqəladə vəziyyətdən ölkələr düzgün nəticələr çıxaracaq və investisiya istiqamətlərinin prioritetliyi növbəti dəfə müəyyən edilən zaman bu günlər yada salınacaq.

Bu günə isə…..bu günə isə "Mədəniyyət” kanalı Böyük Britaniyanın BBC kanalı ilə teledərslərin qısa müddətdə təşkil edilməsi və yayımı sahəsində öz zəngin təcrübəsini bölüşə bilər.



Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi teledərslərlə bağlı daha bir yenilik edəcək-RƏSMİ

Təhsil Nazirliyi teledərslərlə bağlı daha bir yenilik edəcək-RƏSMİ

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

Peşə təhsili üzrə teledərslərə start verilir - CƏDVƏL

Peşə təhsili üzrə teledərslərə start verilir - CƏDVƏL

Koronavirus təhsilə təsir göstərir

Koronavirus təhsilə təsir göstərir

OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər

OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər

Türkiyə distant təhsil üzrə ikinci yeri tutur

Türkiyə distant təhsil üzrə ikinci yeri tutur

AzMİU-da onlayn dərslər davam edir

AzMİU-da onlayn dərslər davam edir

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Teledərslərin sabahkı CƏDVƏLİ

Teledərslərin sabahkı CƏDVƏLİ

Distant  təhsil  bizdən niyə  distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?

Teledərslərin yayımı davam edəcək

Teledərslərin yayımı davam edəcək

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

Teledərslərə start verilir

Teledərslərə start verilir

Təhsil Nazirliyi teledərslərə başlayır - Video

Təhsil Nazirliyi teledərslərə başlayır - Video

Teledərslərin yayımı müvəqqəti dayandırılacaq

Teledərslərin yayımı müvəqqəti dayandırılacaq

Distant  təhsilə  doğru ilk  kövrək  addımlar.

Distant təhsilə doğru ilk kövrək addımlar.

"Distant təhsili  olmayan universitetin  beynəlxalq nüfuzu ola  bilməz"-İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov

“Çətin günlər keçəcək, bu söhbətimizi təbəssümlə xatırlayacağıq” - CƏSARƏT VALEHOVLA #evdəqal SÖHBƏTİ

“Çətin günlər keçəcək, bu söhbətimizi təbəssümlə xatırlayacağıq” - CƏSARƏT VALEHOVLA #evdəqal SÖHBƏTİ

Özəl məktəblər ödənilən təhsil haqqını geri qaytarmağa borcludurlar.

Özəl məktəblər ödənilən təhsil haqqını geri qaytarmağa borcludurlar.

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

"Dərs vaxtı"nın 24 mart cədvəli

"Dərs vaxtı"nın 24 mart cədvəli

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

Xaricdə təhsil üzrə dövlət proqramı bərpa oluna bilər

Xaricdə təhsil üzrə dövlət proqramı bərpa oluna bilər