Qəbul və buraxılış imtahanlarında bu mövzulardan suallar salınmayacaq
"İctimaiyyətin nəzərinə!
Dövlət İmtahan Mərkəzindən açıqlama:
"Təhsil Nazirliyindən alacağımız məlumata əsasən, hansı mövzular tədris olunmayacaqsa, həmin mövzulardan imtahan sualları tərtib olunmayacaq. Əvvəlki illərin məzunlarına gəldikdə isə, nəzərinizə çatdırırıq ki, imtahanda həm əvvəlki, həm də cari ilin məzunlarının bilikləri vahid alətlə və eyni meyarlara əsasən, qiymətləndirilir”.
Buradan da belə nəticəyə gəlmək olar ki, istər cari, istərsə də əvvəlki illərin məzunlarına suallar eyni olacaq. Yəni arada fərqlilik olmayacaq.”
Bu fikirləri təhsil eksperti Elçin Əfəndi öz facebook hesabında paylaşıb.