AzTehsil.com

Mədəniyyət / Cəmiyyət / Kitabxanaçı / Yazarlar / Xəbərlər / Ziyalılar
06 mart 2025
190

6 mart Məhəmməd Əmin Rəsulzadənin ölüm günüdür



AzTehsil.com xəbər verir ki, 6 mart tarixi Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi gündür. Şərqdə İlk demokratik respublikanın qurucusu, Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankara Universitetinin Tibb fakültəsinin klinikasında  vəfat edib.

   M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. İkinci «Rus-müsəlman» məktəbini bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirib. 1918-20-ci illərdə Xalq Cümhuriyyətinin qurulmasında əvəzsiz xidmət göstərib. Azərbaycan Xalq Cumhuriyyəti süqut edəndən sonra uzun müddət xaricdə yaşamağa məcbur olub.1903-cü ildə Rəsulzadə “Müsəlman Gənclik Təşkilatı” adlı azərbaycanlı inqilabçılar dərnəyini yaradıb. Bundan əlavə o, “Hümmət” təşkilatının yaradıcılarından biri olub. Məhəmməd Əmin Rəsulzadə 1913-cü ildə “Müsavat” partiyasının rəhbərliyinə keçərək, milli azadlıq uğrunda mübarizə aparıb.1918-ci ilin martında Bakı şəhərində və digər bölgələrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırımlar törədilən zaman Məhəmməd Əmin Rəsulzadə Qafqazın Rusiyadan ayrılaraq, müstəqil dövlət yaratması uğrunda mübarizəyə başlayır. O, 27 may 1918-ci ildə Azərbaycan Milli Şurasının sədri seçilib. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradılıb. Rəsulzadə AXC-nin Parlamentində “Müsavat” fraksiyasının başçısı kimi fəaliyyət göstərib. 1920-ci ilin aprel ayında AXC süquta uğrayıb. AXC-nin süqutundan sonra Rəsulzadənin göstərişi ilə Bakıda “Müsavat”ın gizli mərkəzi yaradılır. Bu səbəbdən o, 1920-ci ilin avqustunda həbs edilir. Lakin Sovet dövlətinin lideri Stalinin göstərişi ilə Rəsulzadə həbsdən azad edilərək, Moskvaya aparılır. Daha sonra o, gizli şəkildə Finlandiyaya gedərək, oradan Türkiyəyə mühacirət edir. Rəsulzadə Türkiyədə olan zaman “Müsavat” Partiyasının Xarici Bürosunu yaradır. İkinci Dünya müharibəsi zamanı Rəsulzadə “Azərbaycan Demokrat Birliyi” və “Türkiyə-Azərbaycan” cəmiyyətlərini yaradaraq, azərbaycan­lılara kömək olur. O, bütün ömrü boyu Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb.


Məhəmməd Əmin Rəsulzadə 6 mart 1955-ci ildə Ankarada vəfat edib və şəhərin Cəbəci Əsri qəbiristanlığında dəfn olunub.

 



Həmçinin oxuyun:
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

"Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik ?

"Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik ?

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

Azərbaycan Xalq Cümhuriyyəti və təhsil

Azərbaycan Xalq Cümhuriyyəti və təhsil

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 138 il ötür

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 138 il ötür

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

28 May Respublika Günü

28 May Respublika Günü

Sinifdən səngərə – Düşmənə dərs keçən müəllimlərimiz-FOTOLAR

Sinifdən səngərə – Düşmənə dərs keçən müəllimlərimiz-FOTOLAR

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

ELM, TƏHSIL, İSTİQLAL CARÇISI – Hacıbaba Əzimov

ELM, TƏHSIL, İSTİQLAL CARÇISI – Hacıbaba Əzimov

Azərbaycanlıların 1918-ci il soyqırımından 100 il ötür

Azərbaycanlıların 1918-ci il soyqırımından 100 il ötür

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Qızlar məktəbi açmasın deyə öldürmək istədilər, NKVD zirzəmisində döyülməkdən ürəyi partladı - Dəhşətli faktlar!

Qızlar məktəbi açmasın deyə öldürmək istədilər, NKVD zirzəmisində döyülməkdən ürəyi partladı - Dəhşətli faktlar!

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

ATU ilə Ankara Universiteti arasındakı əməkdaşlığın geniş tərkibdə müzakirəsi

ATU ilə Ankara Universiteti arasındakı əməkdaşlığın geniş tərkibdə müzakirəsi

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

ATU-nun Tədris Terapevtik Klinikasında “Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı”na həsr olunmuş tədbir keçirilib

ATU-nun Tədris Terapevtik Klinikasında “Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı”na həsr olunmuş tədbir keçirilib

Azərbaycanda Respublika Günü qeyd edilir

Azərbaycanda Respublika Günü qeyd edilir