Məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin və tərbiyəçi müəllimlərinin yerdəyişməsində-YENİLİK
Məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin və tərbiyəçi müəllimlərinin yerdəyişməsinə start verilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
AzTehsil.com xəbər verir ki, weyd olunub ki, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən tərbiyəçi-müəllimlərin yerdəyişməsi onların müraicətləri əsasında MÜTDA-nın yerli bölmələri tərəfindən həyata keçirilir. Bu məqsədlə komissiyalar yaradılıb. Müraciətlərə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim edildikdə baxılır. Mövcud vakant yerə birdən çox müraciət olduqda şəhid ailəsi üzvlərinə, daha yüksək təhsil pilləsini bitirənlərə, pedaqoji stajı daha çox olan tərbiyəçi-müəllimlərə üstünlük verilir. Bildiririk ki, tərbiyəçi-müəllimlərinin yerdəyişməsi üçün müraciət qəbulu ildə bir dəfə, hər il aprel ayında həyata keçirilməlidir. İş yerlərini digər regionlardan Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələrinə dəyişmək istəyən şəxslər işə qəbul üzrə müvafiq müsabiqədə iştirak edə bilərlər. Qeyd edirik ki, məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin yerdəyişməsi müraciətlərinə baxılarkən namizədin intizam tənbeh tədbirinin, rəhbərlik etdiyi müəssisədə nöqsanların olub-olmaması, idarəetmə stajı, təhsil səviyyəsi kimi tələblər nəzərə alınır.