Cari tədris ilində neçə nəfər məktəb direktoru olub?
Cari tədris ilində 175 nəfər ümumtəhsil müəssisələrinə direktor vəzifəsinə təyin edilib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.
“Aprelin 15-də şagird sayı 150-500 arası olan ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üçün test imtahanı təşkil olunub. İmtahanda 1219 nəfər müraciətçidən 1 107-si iştirak edib. Onlardan 601 nəfəri müsahibə mərhələsində iştirak etmə hüququ qazanıb. Müsahibədə uğur qazananlardan 77-si şagird sayı 150-dək, 98-i şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrində direktor vəzifəsinə təyin olunub”, - deyə nazirliyin cavabında qeyd edilib.
Bildirilib ki, hazırda 61 namizəd ehtiyat kadr siyahısına daxil edilib:
“Şagird sayı 500-dən çox olan ümumi təhsil müəssislərində direktor vəzifəsində işə qəbul olmaq məqsədilə aprel ayında 1 524 nəfər test imtahanında iştirak edib. Test imtahanında uğur qazanan 716 nəfər esse mərhələsində iştirak edib. Esse nəticəsinə əsasən 295 nəfər uğurla keçərək müsahibə mərhələsində iştirak etmə hüququ qazanıb. Növbəti ayda müsahibələrin təşkil olunması nəzərdə tutulur”.