AzTehsil.com

Cəmiyyət / Ekspert / Xəbərlər / İnnovasiyalar / İKT / Digər Elan
02 aprel 2025
457

"Azyaşlıların erkən nikahına göz yuman direktorlar mütləq cəzalandırılmalıdır"



"Azyaşlıların erkən nikahına göz yuman direktorlar mütləq cəzalandırılmalıdır"

Ara-sıra azyaşlıların təhsildən uzaqlaşdırılması, erkən nikaha cəlb edilməsi və cinsi istismara məruz qalması kimi dəhşətli hadisələrə şahid oluruq. Daha acınacaqlısı isə odur ki, bu hallar adətən çox gec, hətta iş-işdən keçəndən sonra ictimaiyyətə məlum olur. Son günlərdə bir məktəblinin hamilə qalması ilə bağlı yayılan xəbər də bu qəbildəndir. Lakin bu hadisəyə münasibətlər fərqlidir. Xüsusilə, yalnız məktəb direktorunun cəzalandırılması və vəzifədən azad edilməsi bir çoxları tərəfindən yetərli hesab edilmir. AzTehsil.com xəbər verir ki, İxtisas seçimi və karyera üzrə mütəxəssis Ramin Nurəliyev AzEdu.az-a açıqlamasında bildirib ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edən direktorun işdən azad edilməsi düzgün qərardır:“13 yaşlı bir qızın 24 yaşlı şəxs tərəfindən hamilə qalması ağılasığmaz və qəbuledilməz bir haldır. Bu yaşda bir uşağın dərs oxumaq, oyun oynamaq əvəzinə analıq hissini yaşaması son dərəcə faciəvidir. Hadisə ictimaiyyətə məlum olduqdan sonra məktəb direktorunun işdən azad edilməsi barədə qərar verildi. Çoxları düşünür ki, direktorun bunda nə günahı var? Amma nəzərə almaq lazımdır ki, o, məsələnin üstünü ört-basdır etməyə çalışıb. Əgər hadisədən xəbərdar idisə, bu barədə dərhal Elm və Təhsil Nazirliyinə və ya hüquq-mühafizə orqanlarına məlumat verməli idi. Bunu etməyibsə, deməli, vəzifə borcuna səhlənkar yanaşıb. Açıq danışsaq, eyni kənddə yaşayan bir direktorun bu hadisədən xəbərsiz olması inandırıcı deyil. Kənd yerlərində belə hadisələr baş verdikdə, adətən valideynlər məsələni gizlətməyə, öz aralarında həll etməyə çalışırlar ki, biabırçılıq olmasın. Bu cür yanaşma isə məktəb rəhbərliyinə də təsir edir. Nəticədə bəzi hallarda direktorlar valideynlərlə anlaşaraq, məsələni görməzdən gəlirlər. Əgər bu hadisədə də belə bir anlaşma olubsa, direktorun işdən çıxarılması tamamilə haqlıdır".Ekspert bildirir ki, direktor hadisədən tamamilə xəbərsiz olubsa da, bu, onun məsuliyyətdən yayına biləcəyi anlamına gəlmir:“Əgər direktor bu barədə heç nə bilmirdisə, deməli, vəzifə borcunu yerinə yetirməyib. Azyaşlı hamilə olduğu müddətdə məktəbə getməyibsə, onun davamiyyətinə nəzarət olunmalı, səbəblər araşdırılmalı idi. Əgər məktəbə gedibsə, onun hamiləliyi müəyyən edilə bilərdi. Hər iki halda direktor məsuliyyət daşıyır. Direktorun əsas vəzifəsi təkcə təhsil vermək deyil, həm də şagirdlərin sosial rifahına, onların təhlükəsizliyinə nəzarət etməkdir. O, nə bu məsuliyyəti yerinə yetirib, nə də baş verən qanunsuzluğa reaksiya verib. Bu səbəbdən onun işdən azad edilməsi tamamilə yerində olan bir qərardır".Bəzi şəxslər düşünür ki, direktor əvvəlcə xəbərdarlıq və ya töhmət almalı, daha sonra cəzalandırılmalı idi. Lakin ekspertin fikrincə, elə hadisələr var ki, onlar istisna təşkil edir:“Cəmiyyət üçün ciddi narahatlıq doğuran, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə etdiyi və qanunsuzluğa göz yumulduğu hallarda xəbərdarlıq və ya töhmət verməyə ehtiyac qalmır. Belə məqamlarda dərhal sərt tədbirlər görülməlidir. Töhmət yüngül qayda pozuntuları üçün nəzərdə tutulur. Bu hadisədə isə vəziyyət tam fərqlidir.Qanun azyaşlılara qarşı cinsi istismarı qəti şəkildə qadağan edir. Bu hadisəyə göz yuman, onu gizlətməyə çalışan bütün şəxslər - istər məktəb direktoru, istərsə də başqaları - məsuliyyətə cəlb olunmalıdır. Hüquq-mühafizə orqanları bu cür cinayətlərdə yalnız bir nəfəri deyil, bütün əlaqədar şəxsləri araşdırmalı və cəzalandırmalıdır".




Həmçinin oxuyun:
Təhsilsiz qız: savadsız cəmiyyət....

Təhsilsiz qız: savadsız cəmiyyət....

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Bakı kəndlərində məktəbi 3-cü sinifdən tərk edən qızlar var

Bakı kəndlərində məktəbi 3-cü sinifdən tərk edən qızlar var

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Uşaqlara cinsi məsələləri aşılamaq - Valideynlərin etdiyi SƏHVLƏR

Uşaqlara cinsi məsələləri aşılamaq - Valideynlərin etdiyi SƏHVLƏR

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məktəblinin dostu layihəsini bəyənib həyata keçirənlər bu xalqın etnopsixologiyasına yaxşı bələd deyillər

Məktəblinin dostu layihəsini bəyənib həyata keçirənlər bu xalqın etnopsixologiyasına yaxşı bələd deyillər

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

Nadir İsrafilov: Təhsil nazirliyinin məsələyə rəsmi münasibəti isə ondan ibarət oldu ki...

Nadir İsrafilov: Təhsil nazirliyinin məsələyə rəsmi münasibəti isə ondan ibarət oldu ki...

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov