AzTehsil.com

Cəmiyyət / Saglam həyat / Psixoloq / Xəbərlər / Valideyn
21 mart 2025
534

Beynəlxalq Daun Sindromlu İnsanlar Günüdür



Martın 21-i Beynəlxalq Daun Sindromlu İnsanlar Günüdür.

AzTehsil.com xəbər verir ki, Daun sindromu ilə əlaqədar təqvim günü ilk dəfə 2006-cı ildə Cenevrə universitetində yunan genetiki Stilianos Antonarakisin təklifi ilə qeyd edilib. Palmada de Mayorkada keçirilən Daun sindromu üzrə VI Beynəlxalq simpoziumda Avropa və ümumdünya assosiasiyalarının təşəbbüsü ilə martın 21-i Beynəlxalq Daun Sindromlu İnsanların Günü elan olunub.

Xromosom saylarında olan patoloji dəyişikliklər nəticəsində əmələ gələn xəstəliklərdən ən çox təsadüf edilənlərdən biri də daun sindromudur. Belə xəstələrdə xromosom dəstinin sayı 46 deyil, 47 olur. Artıq olan 1 xromosom qeyri-cinsi xromosomdur. Bu xromosom dəsti ilə doğulanların psixi inkişafı kəskin zəif olur.

Martın 21-nin seçilməsi heç də təsadüfi deyil, bu, xromosomlardan birinin üçləşməsi nəticəsində yaranan Daun sindromunun rəmzi əlamətidir. Sindromdan əziyyət çəkənlərdə 21-ci xromosomun üç surəti mövcuddur. Həmin gün təqvimdə öz əksini üçüncü ayın 21-ci günü kimi tapıb.

Həkimlərin qənaətinə görə, ananın yaşının çox olması Daun sindromlu uşaqların doğulması ehtimalını artırır. Belə ki, yaşı 35-dən yuxarı olan qadınlarda körpələrin həmin sindromla doğulma ehtimalı 10 dəfə, yaşı 40-dan yuxarı olanlarda isə 25 dəfə artıqdır.

Günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini həmin problemə yönəltmək, maarifləndirmə tədbirlərinin aparılmasına şərait yaratmaqdır. Həmin gün aidiyyəti orqanlar, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatları həmin problemə diqqət ayrılması üçün bir sıra tədbirlər görürlər.

Daun sindromlu uşaqların zehni inkişafına erkən dövrdən başlamaq və 4-5 yaşına qədər çox ciddi yanaşmaq lazımdır. Onların sevgi, diqqət və fəal ünsiyyətə böyük ehtiyacı var, çünki digər uşaqlarla müqayisədə onlar valideynlərinə daha çox bağlı olurlar. Bunun başlıca səbəbi həmin uşaqların dostluq münasibətlərinə üstünlük verməsidir. Həmin uşaqların xüsusi dərnək, bölmə və məşğələlərdə iştirak etməsi çox faydalıdır. Burada onlar ümumbəşəri dəyərlər, azad və sərbəst inkişaf, vətəndaş tərbiyəsi, tolerantlıq, azadlıq və insan hüquqlarına hörmət öyrənirlər.



Həmçinin oxuyun:
Şərq İnkişaf İnstitutunda daun sindromlu uşaqların valideyinləri üçün seminar keçirilmişdir

Şərq İnkişaf İnstitutunda daun sindromlu uşaqların valideyinləri üçün seminar keçirilmişdir

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Tətil sonrası sindromdan qurtulmağın yolları

Tətil sonrası sindromdan qurtulmağın yolları

Müavinətin hesablanması və ödənilməsi qaydası

Müavinətin hesablanması və ödənilməsi qaydası

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Artıq tükənmişəm, işləyə bilmirəm, - deyənlər MÜTLƏQ OXUSUN

Artıq tükənmişəm, işləyə bilmirəm, - deyənlər MÜTLƏQ OXUSUN

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Vətəndaşların istirahət hüququ

Vətəndaşların istirahət hüququ

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Xroniki yorğunluq sindromunun səbəbi nədir?

Xroniki yorğunluq sindromunun səbəbi nədir?

İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Əmək məzuniyyəti nədir ?  Kimlərə verilir ?

Əmək məzuniyyəti nədir ? Kimlərə verilir ?

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi