Latviyada təqaüdlə təhsil imkanı
Latviyada təqaüdlə təhsil imkanı
AzTehsil.com xəbər verir ki, Latviya Respublikası 2025-2026-cı tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə təqaüd proqramı elan edib.
Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar üçün son müraciət tarixi 1 aprel 2025-ci ildir. Namizədlərin müraciətlərinə baxıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsilin İnkişafı Agentliyi (DTİA) tərəfindən veriləcək.
Qeyd edək ki, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.
Elan: https://htp.edu.az/uploads/fileuploads/2025/03/2ca23afc41b74332a41d3609c3c825bc.pdf