AzTehsil.com

Cəmiyyət / Abituriyent / Bakalavr / Xəbərlər / Direktor
14 mart 2025
282

Direktor: Bu ixtisası seçənlərin sayı azalır



Bugün Azərbaycan dilində sözlərin yazılışı, tələffüzü ilə bağlı insanlar diskussiya aparır, nəyin düzgün, nəyin yanlış olduğunu müəyyən etməyə çalışırlar. Bu, yaxşı haldır, insanların ana dilinə marağını, sevgisini göstərir. Lakin Azərbaycan dili və türkologiya sahələrində alimlərin sayı azalır. Türkologiya sahəsində Qazaxıstan hazırda öndə gedən ölkələrdən biridir. Türkiyədə də bu sahə inkişaf edir, həmçinin Özbəkistanda və Qırğızıstanda da. Lakin Azərbaycanda olan vəziyyət gələcəkdə türkologiya üzrə mütəxəssis probleminin yaşanacağından xəbər verir.


AzTehsil.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli söyləyib. O bildirib ki, Dilçilik İnstitutunda doktorantura və dissertanturada türk dilləri, Azərbaycan dili ixtisaslarını seçənlərin sayı çox azdır: “Ona görə ki, türk dilləri, Azərbaycan dili ixtisaslarını seçənlər Dövlət İmtahan Mərkəzində ingilis dilindən imtahan verməlidirlər. Gələcəkdə dil tarixi ilə məşğul olana və yaxud gələcəyin türkoloquna ilkin mərhələdə doğrudanmı ingilis, yaxud alman dilindən imtahan vermək lazımdır? Bəlkə bu ixtisasları seçənlər üçün imtahan kimi Şərq dilləri müəyyən edilə. Minillik tariximizi ingilis dili vasitəsilə öyrənməyəcəyik axı. Həmin mənbələrin çoxu Şərq dillərindədir. Avropa dillərindən imtahan verə bilməyən şəxs artıq bizim institutun doktoranturasına qəbul ola bilmir, yaxud dissertanturaya gələ bilmir. Beləliklə də gələcəyin mütəxəssislərinin sayı azalır. Bu problemin nəticəsidir ki, müdafiələr əsasən dil nəzəriyyəsi üzrə keçirilir. Azərbaycan dili və ingilis dili tipoloji cəhətdən fərqli dillərdir. Dünya dillərinin öyrənilməsi yaxşı haldır. Dil nəzəriyyəçiləri Avropa dillərindən imtahan verə bilərlər. Lakin gələcəyin türkoloqlarına, dil tarixçilərinə bu tələbin qoyulması çətinlik yaradır. Nəticədə Azərbaycan dili, türkologiya sahələrinə bir nəfər gəlir, ya gəlmir”.Direktor Nadir Məmmədli, eyni zamanda, qardaş Türkiyədən alimlərin Dilçilik İnstitutunda türkologiya ilə bağlı seminarlar keçirməyə hazır olduqlarını söyləyib.


“Ulu Öndər deyirdi ki, əvvəlcə öz dilini, sonra başqalarının dilini öyrən. Bu, böyük bir hikmətdir. Ümummilli Liderin dilimiz haqqında bu fikrini də xatırlamaq istərdim: “Xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.


Deməyim odur ki, bu gün gənclərin doktoranturada, dissertanturada türkologiya, Azərbaycan dili ixtisaslarını, dil tarixini seçməməsi gələcəkdə öz təsirini göstərəcək”, - deyə professor Nadir Məmmədli fikrini yekunlaşdırıb.



Həmçinin oxuyun:
Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır

ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır

Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

“Türkologiya” jurnalı alimlərin intellektual məkanına çevrilib”

“Türkologiya” jurnalı alimlərin intellektual məkanına çevrilib”

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

AMEA – da yeni İnstitut yaradılır

AMEA – da yeni İnstitut yaradılır

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Qədim Türklərdə – Hunlarda  və Göytürklərdə tərbiyə

Qədim Türklərdə – Hunlarda və Göytürklərdə tərbiyə

Dilçilik institutunun direktoru orfoqrafiya lüğətinə ediləcək dəyişikliklərdən DANIŞDI -MÜSAHİBƏ

Dilçilik institutunun direktoru orfoqrafiya lüğətinə ediləcək dəyişikliklərdən DANIŞDI -MÜSAHİBƏ

ADU-da “Türkologiya” jurnalının fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib

ADU-da “Türkologiya” jurnalının fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Baş nazir diplom və attestatlarla bağlı  qərar verdi - Diqqət

Baş nazir diplom və attestatlarla bağlı qərar verdi - Diqqət

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri