BSU-da III Beynəlxalq Elmi Konfrans keçiriləcək
AzTehsil.com xəbər verir ki, aprelin 10-da Bakı Slavyan Universitetində (BSU) “İNKLÜZİV TƏHSİLDƏN İNKLÜZİV CƏMİYYƏTƏ: BƏRABƏR İMKANLAR VƏ DAYANIQLI İNKİŞAF” (İTİC 2025) III Beynəlxalq Elmi Konfransı keçiriləcək.
Konfransın əsas məqsədi inklüziv təhsilin təşkilində məzmun və təlim texnologiyalarının tətbiqi, səriştə əsaslı kadr hazırlığı, eləcə də cəmiyyətin dayanıqlı inkişaf hədəflərinə (SDG) çatmaqda təhsil müəssisələrinin təcrübələrinin öyrənilməsi və müzakirəsidir. Tədbir çərçivəsində aşağıdakı mövzular ətrafında müzakirələr aparılacaqdır:
Təhsilin inklüziv modelləri: siyasət və təcrübəİnklüziv və dayanıqlı universitetlərİcma əsaslı inklüziv təhsilKonfrans dünyanın müxtəlif ölkələrindən olan mütəxəssisləri, akademik heyət üzvlərini və tədqiqatçıları bir araya gətirərək inklüziv təhsilin inkişafına dair bilik və təcrübə mübadiləsi üçün beynəlxalq platforma yaradacaq.
Konfransa elmi məqalələrin təqdim edilməsi üçün son tarix 31 mart 2025-ci il müəyyən edilib.