Gəncədə məktəbli bıçaqlanıb
Gəncə şəhərində məktəbli bıçaqlanıb.
AzTehsil.com Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən çayxanalardan birində baş verib.
On birinci sinif şagirdi Ə.İ. mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya aparılıb.
O, tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
İlkin məlumata görə, ona məktəbli yoldaşı bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.