AzTehsil.com

Cəmiyyət / Abituriyent / Şagird / Direktor / Müəllim
09 mart 2025
237

Bugün 59 minə yaxın şagird üçün buraxılış imtahanı keçirilib



Bugün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.


AzTehsil.com DİM-ə istinadən xəbər verir ki, imtahanda 58732 şagirdin iştirakı nəzərdə tutulurdu.


İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 255 imtahan binası, 4430 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 255 ümumi imtahan rəhbəri, 721 imtahan rəhbəri, 5523 nəzarətçi, 773 buraxılışı rejimi əməkdaşı (mühafizə), 255 bina nümayəndəsi ayrılıb.


İmtahanda 70 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.


Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Abituriyentlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.


Martın 10-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. 


İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 1 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.


İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur.


İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.



Həmçinin oxuyun:
Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Məktəb direktoru necə olmalıdır? - Ramiz Məmmədzadə

Məktəb direktoru necə olmalıdır? - Ramiz Məmmədzadə

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Bu gün 48 mindən çox abituriyent II və III qruplara imtahan verib

Bu gün 48 mindən çox abituriyent II və III qruplara imtahan verib

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verib - VİDEO

Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verib - VİDEO

Bu gün 46 mindən çox şagird üçün buraxılış imtahanı keçirilib - VİDEO

Bu gün 46 mindən çox şagird üçün buraxılış imtahanı keçirilib - VİDEO

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirildi: Cavablar nə zaman elan ediləcək?

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirildi: Cavablar nə zaman elan ediləcək?

Şagirdlərin - DİQQƏTİNƏ

Şagirdlərin - DİQQƏTİNƏ

İmişlidə iki azyaşlının ölümünə səbəb olan avtoqəza ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

İmişlidə iki azyaşlının ölümünə səbəb olan avtoqəza ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Bu gün buraxılış imtahanı keçiriləcək

Bu gün buraxılış imtahanı keçiriləcək

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Həftəsonu 49 minə yaxın abituriyent qəbul imtahanı verəcək

Həftəsonu 49 minə yaxın abituriyent qəbul imtahanı verəcək

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Azərbaycanda 40 min uşaq təhsil ala bilmir - Əlilliyi olan şəxslər harada oxumalıdır?

Azərbaycanda 40 min uşaq təhsil ala bilmir - Əlilliyi olan şəxslər harada oxumalıdır?

Ağdərədə ilk dəfə buraxılış imtahanı keçiriləcək

Ağdərədə ilk dəfə buraxılış imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi məlumat yaydı - Ətraflı

Dövlət İmtahan Mərkəzi məlumat yaydı - Ətraflı

Bu gün şagirdlər də imtahan verəcəklər.

Bu gün şagirdlər də imtahan verəcəklər.

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI