AzTehsil.com
RU

Abituriyent / Şagird / test
27 fevral 2025
176

Dövlət İmtahan Mərkəzi məlumat yaydı - Ətraflı



Aztehsil.com xəbər verir ki,  Dövlət İmtahan Mərkəzi məlumat yayıb.


2 mart 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Lənkəran, Cəlilabad, Yardımlı, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabran, Ağdərə (Talış kənd tam orta məktəbi), Xocalı, Xankəndi, Şuşa və Laçında (Şəhər 2 №-li tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri) Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Martın 2-də tədrisi ingilis və fransız dilində olan məktəblərin  şagirdləri də imtahan verirlər.

İmtahan saat 11:00-da başlanır. 


İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 


İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.


Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 


- İmtahana buraxılış vərəqəsi;


- Şəxsiyyəti təsdiq edən sənədin əsli:


a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;


b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;


- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.


İmtahan iştirakçıları “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından fevralın 20-dən etibarən çap edib götürə bilirlər.Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 242 imtahan binası, 4292 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 242 ümumi imtahan rəhbəri, 675 imtahan rəhbəri, 4292 nəzarətçi, 747 buraxılışı rejimi əməkdaşı (mühafizə), 242 bina nümayəndəsi ayrılıb.


Martın 2-də keçiriləcək imtahanda 57437 şagirdin iştirakı nəzərdə tutulur.


İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.


Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.


Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.



Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Buraxılış imtahanlarının keçirilmə qrafiki - CƏDVƏL

Buraxılış imtahanlarının keçirilmə qrafiki - CƏDVƏL

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub

11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə QRAFİKİ

11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə QRAFİKİ

Vətəndaşların nəzərinə: Nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI

Vətəndaşların nəzərinə: Nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

Vətəndaşların nəzərinə: Nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI

Vətəndaşların nəzərinə: Nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI

Vətəndaşların nəzərinə: Apreldə nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI

Vətəndaşların nəzərinə: Apreldə nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI

IX sinif üçün buraxılış imtahanlarının cədvəli

IX sinif üçün buraxılış imtahanlarının cədvəli

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

İyunun 24-25-də növbəti buraxılış imtahanı keçiriləcək

İyunun 24-25-də növbəti buraxılış imtahanı keçiriləcək

DİM qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan etdi

DİM qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan etdi

20 və 21 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub

20 və 21 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub

Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verib - VİDEO

Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verib - VİDEO

70 min şagird buraxılış imtahanı verəcək

70 min şagird buraxılış imtahanı verəcək

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirildi: Cavablar nə zaman elan ediləcək?

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirildi: Cavablar nə zaman elan ediləcək?

Buraxılış imtahanlarının qrafiki açıqlandı

Buraxılış imtahanlarının qrafiki açıqlandı

Ağdərədə ilk dəfə buraxılış imtahanı keçiriləcək

Ağdərədə ilk dəfə buraxılış imtahanı keçiriləcək

Məktəbləri viran qoyan Goranboy icra başçısının daha bir maliyyə maxinasiyası ifşa olundu– FOTO+ VİDEOFAKT

Məktəbləri viran qoyan Goranboy icra başçısının daha bir maliyyə maxinasiyası ifşa olundu– FOTO+ VİDEOFAKT

Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafiki müəyyən olunub

Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafiki müəyyən olunub

DİM 29-30 iyulda keçiriləcək qəbul imtahanlarının qrafikini elan etdi

DİM 29-30 iyulda keçiriləcək qəbul imtahanlarının qrafikini elan etdi

Daha 40 minə yaxın şagird buraxılış imtahanı verəcək

Daha 40 minə yaxın şagird buraxılış imtahanı verəcək