Şagirdlərin elektron yerdəyişməsi prosesi başa çatıb
AzTehsil.com xəbər verir ki, Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi 5 mart 2025-ci il saat 18:00-dan dayandırılıb və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilib.
Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi