AzTehsil.com


Cəmiyyət
26 sentyabr 2024
515


Təhsilin İnkişafı Forumunun spikerlərinin adları açıqlandı




"Tərəfdaşlıqdan Tərəqqiyə" şüarı ilə 8 oktyabr 2024-cü il tarixində Gülüstan Sarayıda 300 nəfər dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə baş tutacaq Təhsilin İnkişafı Formunun spikerləri məlum olub.


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı, "Kapital Bank", STP Şirkətlər Qrupu, "Bestcomp Group" və "Veysəloğlu" Şirkətlər Qrupunun baş sponsorluğu, SOCAR, bp və "Lenovo"nun sponsorluğu ilə baş tutacaq Forumun əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı birgə dialoq üçün uyğun platformanın təmin edilməsi və prosesin hərtərəfli dəstəklənməsidir.


3 moderator və 21 spiker "Tərəfdaşlıqdan Tərəqqiyə" şüarı ilə "Biliyi dəyərə çevirən sinerji", "Tədqiqatdan inkişafa gedən yol", "Gələcəyi gənclərə necə hazırlamalı" panellər üzrə müxtəlif mövzular haqqında müzakirələr aparacaqlar.


Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderator olduğu "Biliyi dəyərə çevirən sinerji" panelində Elm və təhsil naziri Emin Əmrullayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, SOCAR-ın prezidenti Rövşən Nəcəf spiker qismində, TÜBİTAK-ın prezidenti Orhan Aydın isə məzurəçi qismində öz təcrübələrini bölüşəcəklər.


Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərovun moderator olduğu "Tədqiqatdan inkişafa gedən yol" panelində Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə spiker qismində və TÜBİTAK TEMEG İdarə Heyətinin üzvü, "CATALYSADE" şirkətinin təsisçisi məruzəçi kimi vacib mövzulara toxunacaq.


STP Şirkətlər Qrupunun Baş İnsan Resursları İnzibatçısı Şölə Əliyevanın moderator olduğu "Gələcəyi gənclərə necə hazırlamalı" paneli Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Milli Məclisin deputatı, ADA universitetinin prorektoru Fariz İsmayılzadə, Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov, NEQSOL Holding Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadənin çıxışları ilə baş tutacaq.


Təhsilin İnkişafı Forumu haqqında məlumat əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (www.tif.az) keçid edə və sosial media hesablarını izləyə bilərsiniz.


Facebook: https://www.facebook.com/tifbaku


İnstaqram: https://www.instagram.com/tifbaku


Linkedln: https://www.linkedin.com/company/tehsilininkisafiforumu/




Загрузка...
Həmçinin oxuyun:
SOCAR-STP-dən ADNSU məzunları üçün iş yeri təklifi

SOCAR-STP-dən ADNSU məzunları üçün iş yeri təklifi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

AzTU ilə Bestcomp Group şirkəti arasında əməkdaşlıq memorandumu

AzTU ilə Bestcomp Group şirkəti arasında əməkdaşlıq memorandumu

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Sumqayıt Texnologiyalar Parkı yeni təcrübə proqramına başlayıb

Sumqayıt Texnologiyalar Parkı yeni təcrübə proqramına başlayıb

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ağstafa məktəbliləri Azərbaycan uşaqlarının IV formunun seçim turunda iştirak edib

Ağstafa məktəbliləri Azərbaycan uşaqlarının IV formunun seçim turunda iştirak edib

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi