"Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilə dair onlayn məlumat sessiyası həyata keçiriləcək.
AzTehsil.com xəbər verir ki, 28 fevral 2025-ci il tarixində “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilə dair onlayn məlumat sessiyası həyata keçiriləcək.
Qeyd edək ki, sessiya zamanı “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil ilə bağlı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.
Vebinar Microsoft Teams platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçən şəxslərə görüş linki göndəriləcək.
Məlumat sessiyasına dair detallar:
Mövzu: "2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil
Saat: 16:00
QEYDİYYAT LİNKİ https://forms.gle/HNMcYvnTLrfkFztT6
Diqqət! Qeydiyyat üçün son tarix 27.02.2025, saat 17:00. (vebinarın keçiriləcəyi gündən bir gün öncə başa çatır)