Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
 

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

 

Gördüklərim, eşitdiklərim məni bu yazını yazmağa vadar etdi.Uşaqların düzgün tərbiyə edilməsi valideynlər üçün daim aktual bir problemdir. Uşaq böyüdən ailələr üçün tərbiyə məsələsi həmişə dəyişməz olaraq qalır. Özüm də pedaqoqam Bir gənc müəllim olaraq həmişə uşaqlara düzgün yol göstərməyə çalışıram. Tərbiyədə təkcə valideynlərin deyil, müəllimlərin də rolu böyükdür. 
Ümum Rusiya peşəkar psixoterapevt liqasının həqiqi üzvü, psixoloq Elnarə Emin deyir ki, danılmaz faktdır ki, uşaqların tərbiyəsi ilk öncə ailədən başlayır. Ailədə baş verən cüzi bir nüans da uşağın formalaşmasına təkandır. Uşağı ana-ata tərbiyə etməsi daha məqsədəuyğundur.Artıq uşaqlar 3 yaşdan özlərini dərk edirlər,cinslərini qəbul edirlər və bu yaşdan uşağa şəxsiyyət kimi yanaşılmalıdır. Evdə hər məsələdə onların fikrini öyrənmək mütləqdir. Bu onların inkişafı üçün çox önəmlidir. Adi otağına nəsə mebel almaq istəyəndə belə uşağın hansı rəngi istəyib - istəməməsi soruşulmalıdır. Çünki o yaşda uşağın zövqünün, istəyinin ortaya çıxması valideynin münasibətindən də asılıdır. Belə olmayan təqdirdə uşaq natamam fərd kimi böyüyəcək. Daim narazı və özünəinamsız olacaq. Uşaqlara məcburi heçnə elətdirmək olmaz. Əks təqdirdə daxili ilə konflikt yaşayacaq. Bu da zaman- zaman davranışına təsir edəcək. Təhsil həyatına başlayanda məktəbdə qeyri-etik  davranışlar nümayiş etdirəcək və bu da müəllim ilə valideyn arasında  ziddiyyət yaşanmasına gətirib çıxaracaq. Valideynlər hər zaman bizə müraciət edəndə deyirlər ki, uşağım məni saymır, mənə cavab qaytarır. Bunun səbəbi belə o valideynin özüdür. Deməli uşağın istəyini nəzərə almadan uşaqda aqresiya yaradacaq göstərişlər vermisiniz. Uşaqlar artıq yeniyetmə vaxtı nə istədiklərini bilməlidirlər, hansı sahəni seçəcəklərini təyin etməlidirlər və valideyn qəti şəkildə onlara diktə etməməlidir sadəcə izahlı şəkildə istiqamət verməlidir. Bunu psixoloqlarla bərabər etsələr daha yaxşı nəticə olar. Çünki ailələr övladın deyil, öz arzularını ortaya qoyur. Əgər uşaq cəmiyyətdə sağlam xarakter nümayiş etdirə bilmirsə, ətrafındakı insanlarla insident yaranırsa, bunun kökündə elə valideyn dayanır. Övladlarına  mütamadi zaman ayırsınlar, kiminlə dostluq edir buna fikir versinlər. Valideynlər yeniyetmə vaxtı övladlarında  özünü qiymətləndirməni artırmalıdırlar, onların potensiallarına güvənməlidirlər və ən əsası heç kimlə müqayisə etməməlidirlər. 
Uşaqlar bizim gələcəyimizdir. Hər bir uşaq öz evinin, valideyninin güzgüsüdür. Uşaq neçə yaşda olursa olsun valideyn üçün həmişə uşaqdır. Tərbiyə təkcə cəza tədbiri ilə deyil. Onlara nəyin düz, nəyin səhv olduğunu izah edin. Cəmiyyətdə özlərinə yer tapmaları üçün daima yanlarında olun. Ana- ata əvvəlcədən müzakirə etsin. Çünki fikirlər üst-üstə düşməlidir. Əks halda tərbiyədən söhbət gedə bilməz. Müəllimlər və valideynlər daim əlaqədə olmalıdır, uşaqlarınızdan hər zaman xəbər tutun. Onlara daima dəstək olun. Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..
Elşən Ramizoğlu







Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

HƏYACAN SİQNALI ! Tanınmış psixoloq Limunət Əmrahlı valideyinlərə müraciət etdi...

HƏYACAN SİQNALI ! Tanınmış psixoloq Limunət Əmrahlı valideyinlərə müraciət etdi...

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Məktəbdə və sinifdə  şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird davranış qaydaları

Uşaq psixologiyası ...Bildiklərimiz və Bilmədiklərimiz

Uşaq psixologiyası ...Bildiklərimiz və Bilmədiklərimiz

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Ailə tərbiyəsində əsas vəzifələr  -

Ailə tərbiyəsində əsas vəzifələr -

Valideyn-övlad münasibətlərinin  pedaqoji əsasları - Piralı Əliyev

Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları - Piralı Əliyev

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Qadağaları uşaqlara  hansı üsullarla izah etmək daha məqsədəuyğun olar?

Qadağaları uşaqlara hansı üsullarla izah etmək daha məqsədəuyğun olar?

Övladınıza cəza tətbiq etdiyiniz zaman nələrə diqqət etməlisiniz:

Övladınıza cəza tətbiq etdiyiniz zaman nələrə diqqət etməlisiniz:

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri