Xəbərlər, H/N sənədlər
27 may 2018
2947

Şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Şagirdlərin sinifdən-sinfə keçirilməsi  haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi  haqqında müvəqqəti Qaydalar

Azərbaycan Respublikası təhsil nazirinin 01 may 2014-cü il tarixli, 522 nömrəli əmri ilə təsdiq edilmişdir

1."Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar” (bundan sonra – Qaydalar) "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.32-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sinifdən-sinfə keçirilməsini, müvəffəqiyyətsizliyə və digər səbəblərə görə təkrar sinifdə saxlanılmasını  tənzimləyir.

2.Bu  Qaydalar  tabeliyindən,  təşkilati-hüquqi  və  mülkiyyət  formasından  asılı olmayaraq bütün ümumi təhsil müəssisələrinə şamil edilir.

3.Ümumi təhsil müəssisələrinin X sinfinə qəbul Azərbaycan Respublikası təhsil nazirinin 27.09.2013-cü il tarixli 827 nömrəli əmri ilə təsdiq edilmiş "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları” ilə tənzimlənir.

4.Ümumi təhsil müəssisələrinin I-VIII və X (XI)* sinif şagirdləri təhsil aldıqları sinifdən yuxarı sinfə tədris olunan bütün fənlərdən illik qiymətləri müsbət ("kafi” və daha yüksək) olduğu halda keçirilirlər.

5.Tədris fənləri üzrə illik qiymətlər dərs məşğələlərinin başa çatmasına 3 (üç) gün qalmış müvafiq fənn müəllimləri tərəfindən şagirdin yarımillik qiymətləri əsasında müəyyən olunur.

6.İllik qiymət yarımillik qiymətlərin ədədi ortasına bərabər tutulur. Şagirdin yarımillik qiymətləri müxtəlif olduqda alınan rəqəmin vergüldən sonrakı hissəsi 5-dən kiçikdirsə, həmin hissə atılır, 5 və 5-dən böyükdürsə, tam hissəyə bir rəqəm  artırılır.
*  Ümumi təhsil müəssisələrinin nəzdindəki axşam və qiyabi   qruplar
 
7.Şagird ikinci yarımildə bu və ya digər fəndən "qeyri-kafi” qiymət almışsa,  ona həmin fəndən (fənlərdən) müsbət illik qiymət çıxarıla bilməz.* Bu bənd 16 iyun 2016-ci il tarixli təlimatdan sonra qüvvədən düşüb 

8.Özlərindən asılı olmayan səbəblərdən xarici dil, təsviri incəsənət, musiqi və nəğmə, informatika fənlərindən, sağlamlıq vəziyyətinə görə əmək hazırlığı, fiziki tərbiyə, rəsmxət, gənclərin çağırışaqədərki hazırlığı fənlərindən şagirdlərin biliyinin qiymətləndirilməməsi onların yuxarı sinfə keçirilməsinə təsir  etmir.

9.İbtidai təhsil səviyyəsində tədris proqramlarının yerinə yetirilməməsinə görə, şagirdlərin təkrar sinifdə saxlanmasına yol verilmir. Həmin şagirdlər psixoloji-tibbi- pedaqoji komissiyanın qərarı ilə digər təhsil proqramları ilə təhsilə cəlb  olunurlar.İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanması üçün yeganə  əsas uzunmüddətli xəstəlik, yaxud məktəbdən yayınma hesab edilir.

10.4 (dörd) və daha artıq fəndən illik "qeyri-kafi” qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V-VIII və X (XI) sinif şagirdləri təkrar sinifdə saxlanılırlar.

11.1  -  3  fəndən  (fənlərdən) illik  "qeyri-kafi” qiymət  almış  V-VIII  və X (XI) sinif şagirdlərinə həmin fəndən (fənlərdən) yay-tədris tapşırıqları  verilir.

12.Yay-tədris tapşırıqları fənn müəllimi tərəfindən fənn üzrə müəyyən bəhs və bölmələri əhatə etməklə hazırlanır və təhsil müəssisəsinin direktoru tərəfindən təsdiq olunduqdan sonra şagirdə onun valideyninin (digər qanuni nümayəndəsinin) iştirakı ilə yazılı təqdim edilir. Yay-tədris tapşırığının bir surəti ümumi təhsil müəssisəsində saxlanılır.

13.Yay-tədris tapşırığı hər il avqustun 25-dən sentyabrın 10-dək ümumi təhsil müəssisəsinin direktorunun təsdiq etdiyi cədvəl əsasında təlim-tərbiyə işləri üzrə direktor müavininin iştirakı ilə fənn müəllimi tərəfindən ümumi təhsil müəssisəsində qəbul olunur. Şagirdin yay-tədris tapşırığını yerinə yetirməsi müəllimin suallarına verilən cavablarla müəyyən edilir və qiymətləndirilir.

14.Yay-tədris tapşırığı verilən fənlərin hər hansı birindən "qeyri-kafi” qiymət alan şagird təkrar sinifdə saxlanılır.
 
15.Yay-tədris tapşırıqlarının qəbulu prosesi protokollaşdırılır və şagirdə verilən qiymətə görə, onun yuxarı sinfə keçirilməsi və ya təkrar sinifdə saxlanması barədə ümumi təhsil müəssisəsinin pedaqoji şurasına təqdimat hazırlanır.

16.I-VIII və X (XI) sinif şagirdlərinin yuxarı sinfə keçirilməsi, yay-tədris tapşırıqlarının yerinə yetirilməsi vəziyyəti və şagirdlərin təkrar sinifdə saxlanması ilə bağlı məsələlər onların valideynlərinin (digər qanuni nümayəndələrinin) iştirakı ilə pedaqoji şurada müzakirə olunduqdan sonra müvafiq qərar qəbul edilir və təhsil müəssisəsi üzrə əmrlə rəsmiləşdirilir.

Şagirdlərin sinifdən-sinfə keçirilməsi  haqqında müvəqqəti Qaydalar

Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Bu tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq

Bu tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq

Birinci sinifə şagird qəbulu üçün elektron qeydiyyat davam edir

Birinci sinifə şagird qəbulu üçün elektron qeydiyyat davam edir

VALİDEYNLƏRİN NƏZƏRİNƏ: SABAHDAN 1-Cİ SİNFƏ QƏBUL BAŞLAYIR - BU ŞƏHƏRDƏ

VALİDEYNLƏRİN NƏZƏRİNƏ: SABAHDAN 1-Cİ SİNFƏ QƏBUL BAŞLAYIR - BU ŞƏHƏRDƏ

Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları

Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Bakı məktəblərinin I sinifində təhsil alan şagirdlərin sayı açıqlanıb

Bakı məktəblərinin I sinifində təhsil alan şagirdlərin sayı açıqlanıb

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında   fərqlənmə attestatlarının verilməsi   Qaydası

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası

Hansı məzunlar fərqlənmə attestatı alacaq?

Hansı məzunlar fərqlənmə attestatı alacaq?

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-III hissə ( ƏMR KİTABI )

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-III hissə ( ƏMR KİTABI )

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ  SƏNƏDLƏR-I hissə

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-I hissə

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat