Xəbərlər
02 fevral 2018
268

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

    Ötən il Bakı Dövlət Universitetinin (BDU) 69 nəfər əməkdaşı və doktorantı elmi dərəcə almaq üçün dissertasiya müdafiə edib.

Bunu Modern.az saytına açıqlamasında BDU-nun Elm və innovasiyalar üzrə prorektoru,  AMEA-nın müxbir üzvü Aydın Kazımzadə deyib.
 
O bildirib ki, son illər BDU-da ali təhsilin bakalavriat və magistratura səviyyələri ilə yanaşı doktorantura səviyyəsində də yüksək ixtisaslı kadr hazırlığına xüsusi diqqət verilir:

"Həmçinin elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün hazırlanan dissertasiyaların keyfiyyətinin artırılması məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir. Dissertasiyaların mövzuları, bir qayda olaraq, universitetin əsas elmi tədqiqat işlərinin istiqamətlərinə, habelə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının müəyyən etdiyi istiqamətlərə uyğun olaraq verilir. Dissertasiya mövzusunun aktuallığı kafedralarda, fakültə elmi şuralarında, universitet nəzdində fəaliyyət göstərən Fizika problemləri və Tətbiqi riyaziyyat elmi-tədqiqat institutlarında ciddi müzakirə olunduqdan sonra təsdiq olunur.

Bu halda hər bir dissertasiyanın mövzusunun aktual olmasına, onun ədəbiyyatda necə əks olunmasına diqqət edilir.
 
Həmçinin tədqiqatçılar tərəfindən işlənmə səviyyəsi nəzərə alınaraq mövzunun konkret və əhəmiyyətli olmasına və elmi-texniki tərəqqinin tələblərinə cavab verməsinə xüsusi fikir verilir”.

A.Kazımzadə qeyd edib ki, hazırda BDU-da 27 ixtisas üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyaların müdafiəsini keçirən 8 daimi dissertasiya şurası fəaliyyət göstərir:

"Hər il onlarla BDU əməkdaşı və doktorantı daha çox prioritet hesab edilən müxtəlif ixtisaslarda elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edirlər.  Təkcə onu demək kifayətdir ki, 2017-ci ildə elmlər doktoru elmi dərəcəsi almaq üçün 13 nəfər, fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün isə 56 nəfər BDU əməkdaşı və ya doktorantı BDU-da və respublikanın digər elm təhsil müəssisələrində fəaliyyət göstərən dissertasiya şuralarında müvəffəqiyyətlə dissertasiya müdafiə ediblər”.

Qeyd edək ki, Modern.az bundan öncə digər ali təhsil müəssisələrində elmi iş müdafiə edənlərlə bağlı araşdırma etmişdi. Nəticə olaraq müəyyən oldu ki, 2017-ci ildə Azərbaycan Texniki Universitetində 19, Azərbaycan Dövlət Pedaqoji Universitetində 26,  Memarlıq və İnşaat Universitetində 9, Azərbaycan Tibb Universitetində 28,  Azərbaycan Dillər Universitetində 21, Bakı Avrasiya Universitetində 7  elmi iş müdafiə edilib.





Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

DSK: Azərbaycanda elmi-tədqiqatla 22 min mütəxəssis məşğul olur

DSK: Azərbaycanda elmi-tədqiqatla 22 min mütəxəssis məşğul olur

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

Təhsil İnstitutundan xaricdə təhsil almaq imkanı

Təhsil İnstitutundan xaricdə təhsil almaq imkanı

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Bayram səhəri ŞAD XƏBƏR - Bu vəzifədə işləyənlərin maaşları artırıldı

Bayram səhəri ŞAD XƏBƏR - Bu vəzifədə işləyənlərin maaşları artırıldı

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Təhsil Nazirliyinə ən real namizəd

Təhsil Nazirliyinə ən real namizəd

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

SƏMƏD SEYİDOV: “...Savadlı müəllim, professor, elmlər namizədi adını almaq istəmir ”

SƏMƏD SEYİDOV: “...Savadlı müəllim, professor, elmlər namizədi adını almaq istəmir ”

Nazir:

Nazir: "Dissertasiyaları vaxtında müdafiə edənlərin azlığı narahatlıq doğuran məsələdir"

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Azərbaycanda müəllimlərin əmək haqları artırıldı

Azərbaycanda müəllimlərin əmək haqları artırıldı

Tədris məşğələlərinə görə ödənişlərin miqdarı artırıldı - RƏSMİ

Tədris məşğələlərinə görə ödənişlərin miqdarı artırıldı - RƏSMİ

Yaradıcılıq məzuniyyətləri və onların müddətləri ƏMƏK MƏCƏLLƏSİ maddə 122 ŞƏRH

Yaradıcılıq məzuniyyətləri və onların müddətləri ƏMƏK MƏCƏLLƏSİ maddə 122 ŞƏRH

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb