Xəbərlər
10 noyabr 2017
490

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Noyabrın 10-da UNEC-də Sülh və İnkişaf Naminə Ümumdünya Elm Gününə həsr olunan "Elm aylığı”nın yekun tədbiri keçrilib.

 

Rektor, professor Ədalət Muradov tədqiqatyönümlü univetrsitetə çevrilməyi hədəfləyən UNEC-in təhsil, tədqiqat və sahibkarlıq elementlərini özündə ehtiva etdiyini bildirib.

 

"Elm aylığı” çərçivəsində qarşıya qoyulan vəzifələrə nail olunduğunu, tədqiqatların keyfiyyətinin artırıldığını diqqətə çatdıran rektor, bu istiqamətdə xüsusi olaraq Rus İqtisad Məktəbinin fəaliyyətini yüksək qiymətləndirib. Ə.Muradov UNEC-də aparılan elmi tədqiqatların nəticələrinin elmi ictimaiyyətə təqdim edilməsinin və elm aləmini maraqlandıran mövzuların mütəmadi müzakirəsinin vacibliyini vurğulayıb.

 

UNEC-də həyata keçirilən üç elmi tədqiqatın universitetin büdcəsindən maliyyələşdiriləcəyini bildirən rektor, təhsilin keyfiyyətinin artım dinamikasına da diqqət çəkib. UNEC-in elmi potensialını yüksək qiymətləndirən rektor, Bilik İqtisadiyyatı Konsepsiyasının məhz burada hazırlanması təşəbbüsünü də irəli sürüb.


UNEC-in nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənli "Müasir təhsilin keyfiyyət indikatorları və onun iqtisadi artımda rolu” mövzusunda elmi məruzə ilə çıxış edib. Elmin populyarlaşmasının dünya əhalisinin inkişaf indeksinin yüksəldilməsində əvəzsiz rol oynadığını bildirən professor, təhsilin keyfiyyətinə təsir edən amillər, təhsilə yönəldilən ümumi dövlət xərclərin iqtisadi artıma təsirini təhlil edib, statistik göstəriciləri açıqlayıb. Y.Həsənli təhsil xərclərinin ÜDM-ə təsirinin elmi əsaslarla ekonometrik qiymətləndirilməsinin mümkünlüyünü bildirərək, Azərbaycan da daxil olmaqla 18 dövlət üçün hazırlanan modeli təqdim edib, müqayisəli təhlil aparıb.

 

Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor Sakit Yaqubov UNEC-də "Elm aylığı” çərçivəsində həyata keçirilən silsilə tədbirlər barədə hesabatla çıxış edib. O, UNEC-in professor-müəllim heyətinin, doktorant, gənc tədqiqatçı, magistr və tələbələri arasında "Müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafi strateji yol xəritələrinin əsas istiqamətləri konteksində” mövzusunda elmi məqalə müsabiqəsinin keçirildiyini bildirib. Müsabiqəyə 165 məqalə təqdim edildiyini diqqətə çatdıran professor, nəticələri ötən illə müqayisə edərək, UNEC-də elmi tədqiqata marağın daha da artdığını vurğulayıb.


Sonda elmi müsabiqənin qaliblərinə diplom və sertifikatlar təqdim edilib.










Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
UNEC Gənc Müəllimlər Şurası yaradıldı

UNEC Gənc Müəllimlər Şurası yaradıldı

UNEC tələbələrindən xeyriyyə aksiyası

UNEC tələbələrindən xeyriyyə aksiyası

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

Magistratura pilləsinə qəbul imtahanlarında ən yüksək balı toplayanlar UNEC-i seçib

Magistratura pilləsinə qəbul imtahanlarında ən yüksək balı toplayanlar UNEC-i seçib

UNEC-in magistrləri Litva Universitetinin diplomunu əldə edəcəklər

UNEC-in magistrləri Litva Universitetinin diplomunu əldə edəcəklər

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

700 bal toplayan abituriyentlər UNEC-də

700 bal toplayan abituriyentlər UNEC-də

UNEC-də 31 mart soyqırımı qurbanları anıldı

UNEC-də 31 mart soyqırımı qurbanları anıldı

UNEC professoru BMT-nin mükafatına layiq görüldü

UNEC professoru BMT-nin mükafatına layiq görüldü

UNEC-in gənc müəllimlərinin uğuru

UNEC-in gənc müəllimlərinin uğuru

Hacettepe Universiteti UNEC-i seçir

Hacettepe Universiteti UNEC-i seçir

UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində

UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

UNEC magistrantları dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər

UNEC magistrantları dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər

UNEC pilot universitet seçilib

UNEC pilot universitet seçilib

UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinin üzvü seçilib

UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinin üzvü seçilib

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq

UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq

UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib

UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir