AzTehsil.com


Xəbərlər
31 mart 2017
2 685


UNEC-də 31 mart soyqırımı qurbanları anıldı



UNEC-də 31 mart soyqırımı qurbanları anıldı

 

 

UNEC-də 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
 
UNEC-in professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən tədbirdə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova ermənilərin Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımı və işğalçılıq siyasəti barədə məlumat verib. Bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına ilk siyasi-hüquqi qiymət Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında” fərmanla verilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə isə Quba şəhərində "Soyqırım Memorial Kompleksi”nin yaradılması qərara alınıb.
 
"Humanitar fənlər” kafedrasının professorları Hidayət Cəfərov, Abbas Seyidov və "Əməyin iqtisadiyyatı” kafedrasının müdiri, professor Tofiq Quliyev soyqırım hadisələri barədə tarixi faktlarla çıxış ediblər. 1918-ci ilin mart-aprel aylarında təkcə Şamaxıda 8 minə qədər dinc sakinin qətlə yetirildiyini, milli memarlıq abidələri, məktəb, xəstəxana, məscid və digər tikililərin yerlə-yeksan edildiyini bildiriblər. Çıxış edənlər erməni daşnaklarının törətdiyi bu cinayətləri kəskin tənqid edərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu faciələrin anılmasının əhəmiyyətini vurğulayıblar.
 
Tədbirin sonunda Mehriban Ələkbərzadənin "Tarixin bir günü və ya bir günün tarixi” adlı sənədli filmi nümayiş olunub.
 
moderator.az



Загрузка...