Xəbərlər, Karyera, Bakalavr, Magistr
18 iyun 2017
967

Sevimli işinizi necə tapmalı?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Sevimli işinizi necə tapmalı?

 

Məktəb illərindən, daha dəqiq desək, ta birinci sinifdə oxuyandan özümüzü olmaq istədiyimiz sənətlərdə təsəvvür edirik. Kimimizdə bu, vaxtı gələndə real olur, kimimizdə isə dəyişmiş fikirlər olur. Bu mərhələyə gələnə qədər gah müəllimə, gah həkim, gah kosmonavt, gah stilist, gah da bank işçisi oluruq.

Bəzən isə sevimli işimizi tapa bilmirik. Buna görə də, öz sevimli işinizi tapmaq üçün sizin üçün araşdırma apardıq. Bu yazını oxumaqla siz sevimli işinizi tapmaqda bəzi hiylələri öyrənəcəksiniz.

Nədən başlamalı?

Xatırlayın
Ola bilsin ki, indi elə bir işlə məşğul olmaq istəyirsiniz ki, onunla artıq əvvəllər məşğul olmusunuz. Bəs hardan bilə bilərdiniz ki, bu iş sizin sevdiyiniz iş olacaq? Cavabı özünüzdə axtarın: yəqin ki, siz bir neçə il öncə rəfiqənizlə oturub ssenari yazırdınız ya da ki, kimya dərsində təcrübə etməyi çox sevirdiniz. Bu nüanslar sevdiyiniz işi tapmaqda ilk pillə ola bilər.

Formullaşdır
Öz arzularınızı dilə gətirin. Birinci ümumidən başlayın. Məsələn: " Mən idmanla məşğul olmaq istəyirəm” ya da "İstəyirəm mənim elə bir işim olsun ki, dənizlə bağlı olsun” və daha sonra detallı suallara keçin. Məhz hansı idmanı sevirsiniz, tək yoxsa qrupla məşğul olmaq istəyirsiniz, çəki atmaq üçün idmanla məşğul olmaq istəyirsiniz və ya sadəcə idmanı sevdiyiniz üçün – bütün bu suallara cavab tapmaqla siz məqsədinizi formullaşdıra biləcəksiniz.

Vəziyyəti qiymətləndirin
Qiymətləndirin. Baxın, sizin seçdiyiniz peşəyə bazarda nə qədər ehtiyac var. Sizə nə qədər təlim lazımdır bu peşəni dərindən bilmək və nə qədər zaman, pul xərcləməlisiniz bunun üçün – bütün bunları nəzərdən keçirdib, dəyərləndirin. Yox əgər bu iş sevdiyiniz, davamlı olaraq məşğul olacağınız iş deyil, sadəcə xobbi olaraq məşğul olmaq istəyirsinizsə, bu zaman da yuxarıda qeyd olunan nüanslara diqqət etmək və dəyər vermək lazımdır.

Nələri unutmaq lazımdır?

Stereotiplər
Əgər istədiyiniz iş üçün yenidən oxumaq lazımdırsa və sizin 25-dən çox yaşınız varsa o zaman ətrafınızdakı yaxın və digər insanların sizi yolunuzdan döndərmək kimi fikirlərinə hazır olun. Ki, "sənin yaşında oxumurlar, başqalarını öyrədilər”, "işlə oxumağı yanaşı apara bilməzsən”, "gecə tələbəsi olmamalısan” – bu kimi fikirlər eşidəcəksiniz və əslində də, həqiqət bunlardan ibarətdir. Siz həmin insanlara başa salın ki, hər yaşda oxumaq olur, yetər ki, o təhsili dəyərləndirəsiniz və məcbur deyil gündüz təhsil almaq. Yaxınlarınız sizin yaxşılığınızı istəsələr də, indiki halda siz onları dinləməli deyilsiniz. Sadəcə ona görə ki, bu həyat sizindir və onunla nə etməli olduğunuz barədə siz qərar verə bilərsiniz.

Digərlərinin uğurları
Biz digərlərinə diqqət edirik və adətən, onların etdiklərini təkrar etməyə çalışırıq. Məsələn, bir rəfiqəniz fransız dili öyrənmək istəyirsə siz də onu öyrənməyə meyl salırsınız. Bu zaman siz digərlərinin arzusuna meyl saldığınız üçün öz arzularınızı xərcləmiş olursunuz. Buna görə də, siz öz məqsədinizə çatmaq üçün digərlərinin uğurları haqqında düşünməməlisiniz.

Dəbdə olan trendlər
Öz real arzularınızı trend olmaq istəyindən ayırd etməyə çalışın. Yəni, dəbdə olan trend peşələr sizi daha çox cəlb edir yoxsa məhz sizin real arzunuz vacibdir? Məsələn, əgər siz dünən marafonda qaçmaq istəyirdinizsə bugün yoqa ilə məşğul olmağı düşünə yaxud da gözəllik bloqeri olub sosial şəbəkələrdə "like”lar, yaxşı şərhlər yazılmasını istəyərsiniz. Belə olduğu halda sizi yalnız məşhurluq maraqlandıra bilər və bu da, sizin həyatınıza mənfi təsir edə bilər.





Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
HƏYATI QAYDAYA SALAN 12 FAYDALI VƏRDİŞ

HƏYATI QAYDAYA SALAN 12 FAYDALI VƏRDİŞ

Uğurlu insanlar getdikləri istiqamətdə aydın təsəvvürə malikdirlər

Uğurlu insanlar getdikləri istiqamətdə aydın təsəvvürə malikdirlər

“Dəlilik kağızı” olan müəllim - Bu “kağız” kimlərə verilir, onlar harda işləyə bilərlər...

“Dəlilik kağızı” olan müəllim - Bu “kağız” kimlərə verilir, onlar harda işləyə bilərlər...

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

36 illik təcrübəsi olan müəllimlə müsahibə

36 illik təcrübəsi olan müəllimlə müsahibə

BANM-in müəllimi: “Ali Məktəbin məzunları hazır kadrlardır”

BANM-in müəllimi: “Ali Məktəbin məzunları hazır kadrlardır”

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Heç vaxt özünüz haqqında pis danışmayın 15 PSİXOLOJİ MƏSLƏHƏT

Heç vaxt özünüz haqqında pis danışmayın 15 PSİXOLOJİ MƏSLƏHƏT

Müəllim olmaq istəyim, arzum lap ibtidai sinifdə oxuyandan başlayıb

Müəllim olmaq istəyim, arzum lap ibtidai sinifdə oxuyandan başlayıb

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

Sizi pis müdir edən 8 QAYDA

Sizi pis müdir edən 8 QAYDA

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

Bəs siz məktəbdə necə şagird olmusunuz?

Bəs siz məktəbdə necə şagird olmusunuz?

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

Məktəbi bitirib iş həyatına başlayan gənclərə 7 TÖVSİYYƏ

Məktəbi bitirib iş həyatına başlayan gənclərə 7 TÖVSİYYƏ

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!

Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!

“Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.

“Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Psixoloq kimdir? Vəzifəsi nədir?

Psixoloq kimdir? Vəzifəsi nədir?

Övladınıza cəza tətbiq etdiyiniz zaman nələrə diqqət etməlisiniz:

Övladınıza cəza tətbiq etdiyiniz zaman nələrə diqqət etməlisiniz:

Direktor olmaq istəyənlər .......Liderlik nədir  ?

Direktor olmaq istəyənlər .......Liderlik nədir ?

Ağababa İbrahimov -   Detektivsayağı hekayə

Ağababa İbrahimov - Detektivsayağı hekayə