Monitorinq və buraxılış imtahanlarının nəticələri müzakirə edilib
AzTehsil.com xəbər verir ki, bu gün monitorinq və buraxılış imtahanlarının nəticələri müzakirə edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) IV və VI siniflərində son üç ildə keçirilmiş monitorinqlərin və IX siniflərin ötənilki buraxılış imtahanlarının nəticələrinin təhlilinə həsr olunmuş görüş keçirilib.Həmçinin görüşdə BilBacar müsabiqəsi və “Cerebry” rəqəmsal platforması ilə bağlı direktorlara geniş məlumat verilib.
Sonda məktəbdaxili monitorinqlərin vaxtaşırı keçirilməsi və monitorinqlər zamanı nəticələri zəif olan şagirdlərlə qrup şəklində müəllimlər tərəfindən işlərin aparılması, ümumilikdə tədrisin keyfiyyətinin artırılması ilə bağlı məktəb rəhbərlərinə tapşırıqlar verilib və onları maraqlandıran suallar cavablandırılıb.
Bu haqda BŞTİ - məlumat paylaşıb.
