Xəbərlər
13 noyabr 2019
1 596


“Təhsildə müasir texnologiyalar”

“Təhsildə müasir texnologiyalar”

 

11-12 noyabr tarixlərində Təhsil Nazirliyinin dəstəyi və Rusiya Eksport Mərkəzinin təşkilatçılığı ilə "Təhsildə müasir texnologiyalar” mövzusunda Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası təşkil olunub.

Səfər çərçivəsində noyabrın 11-də təhsil işçiləri üçün "Rusiyanın təhsil mühiti üçün yeni texnologiyaları” mövzusunda konfrans keçirilib.

Konfransda Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, "Rusiya Eksport Mərkəzi” Səhmdar Cəmiyyətinin rəhbəri Nuri Quliyev, Rusiya şirkətlərinin nümayəndələri və təhsil işçiləri iştirak ediblər. 

Konfransda çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. O, təhsildə müasir texnologiyalar sahəsində işgüzar missiyanın təşkilini yüksək qiymətləndirib və ölkələr arasında bu sahədə əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov çıxışında ölkəmizdə təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə aparılan işlər barədə məlumat verib və bu texnologiyalardan istifadənin dünya standartları səviyyəsinə çatdırılmasının əhəmiyyətindən danışıb.

Daha sonra Rusiya şirkətlərinin təhsil avadanlığı və tədris vəsaitləri ilə bağlı təqdimatları dinlənilib və qonaqlar şirkətlərin stendləri ilə tanış olublar.

İşgüzar missiya çərçivəsində noyabrın 12-də Rusiya nümayəndə heyətinin ümumi təhsil, peşə təhsili və ali təhsil müəssisələrinə səfərləri baş tutub. Səfərlər çərçivəsində Rusiyanın təhsil sahəsində avadanlıq, proqram təminatı, məktəb mebeli, təhsilalanların yaradıcılıq istedadını püxtələşdirmək üçün alətlər təqdim olunub və əməkdaşlıq əlaqələri müzakirə olunub.
edu.gov.az 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

“İT sənayesinin tendensiyaları və təhsilə təsiri”

“İT sənayesinin tendensiyaları və təhsilə təsiri”

Təhsil naziri Rusiya səfiri ilə görüşüb

Təhsil naziri Rusiya səfiri ilə görüşüb

Azərbaycan Təhsil Şəbəkəsinin təhsil sahəsində əhəmiyyəti müzakirə olunub

Azərbaycan Təhsil Şəbəkəsinin təhsil sahəsində əhəmiyyəti müzakirə olunub

Rusiya səfiri Azərbaycan Dillər Universitetində oldu

Rusiya səfiri Azərbaycan Dillər Universitetində oldu

Təhsil Nazirliyinə idarə rəisi təyin ediblər

Təhsil Nazirliyinə idarə rəisi təyin ediblər

Təhsil Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

Təhsil Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

Rusiya Azərbaycana rus dilli müəllimlərlə kömək edə bilər

Rusiya Azərbaycana rus dilli müəllimlərlə kömək edə bilər

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Şabranda rus dili və ədəbiyyatı üzrə olimpiada təşkil olunub

Şabranda rus dili və ədəbiyyatı üzrə olimpiada təşkil olunub

Ilk peşə və orta ixtisas təhsili ilə bağlı görüş keçirilib

Ilk peşə və orta ixtisas təhsili ilə bağlı görüş keçirilib

Texniki yardım qrant layihəsi ilə bağlı iclas

Texniki yardım qrant layihəsi ilə bağlı iclas

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərin səfəri

Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərin səfəri

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Beynəlxalq şirkətlərin nümayəndələri yeni Peşə Təhsil Mərkəzində

Beynəlxalq şirkətlərin nümayəndələri yeni Peşə Təhsil Mərkəzində

Kuban Dövlət Aqrar Universitetinin əməkdaşları ADAU-da olub

Kuban Dövlət Aqrar Universitetinin əməkdaşları ADAU-da olub

Azərbaycanlı məktəblilər Moskvada Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar

Azərbaycanlı məktəblilər Moskvada Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar

Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri ilə görüş

Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri ilə görüş

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”