AzTehsil.com


Xəbərlər / Ekspert
15 oktyabr 2019
1 605


Valideyinlərin narazı olduğu məsələlrdən biri - Şagird sıxlığı



Valideyinlərin narazı olduğu məsələlrdən biri - Şagird sıxlığı

 

Bakıda yerləşən orta məktəblərində sıxlığın mövcud olması valideynləri narazı salan məsələlərdən biridir.

Bu problem, xüsusən şəhər mərkəzində yerləşən məktəblər üçün xarakterikdir. Bəzi məktəblərdə uşaqların sayı, hətta 30 nəfərdən də çox olur ki, bu da sinif otaqlarında darısqallıq, havasızlıq yaratmaqla yanaşı, həm də tədrisin keyfiyyətinə mənfi təsir edir. Bu problem artıq təhsil naziri səviyyəsində gündəmə gətirilib.

"Hazırda bəzi məktəblərdə şagird sıxlığı problemi mövcuddur”- deyən təhsil naziri Ceyhun Bayramov bildirib ki, bu sahədə ölkə üzrə göstəricilərə baxdıqda, orta məktəblərdə şagird sayı qanunvericiliyə uyğundur: "Ancaq bir sıra məktəblərdə sıxlıq müşahidə olunur. Bu da daxili miqrasiya nəticəsində bəzi yaşayış məntəqələrində çoxlu sayda vətəndaşın yaşaması ilə bağlıdır. Bu məsələnin tənzimlənməsi üçün bəzi hallarda iki növbəli tədris təşkil olunur. Məsələnin həlli istiqamətində müvafiq addımlar atılacaq”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil ekspert Nadir İsrafilov da "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bu məsələ respublika üzrə ciddi problem deyil: "Ucqar məktəblərimiz var ki, orda uşaqların sayı, hətta 20 nəfərdən də azdır. Həmin məktəblərdə hətta sinif komplektlərinin yaranması üçün müəyyən rassionallaşdırma tədbirləri həyata keçirilir. Sıxlıq, əsasən, Bakının mərkəzi məktəbləri üçün xarakterikdir. Bakıda məktəb, əlavə məktəb korpusları tikilir, amma bununla belə, sıxlıq problemi aradan qalxmır. Təhsil qanunvericiliyinə görə, siniflər 20 nəfərdən komplektləşdirilməlidir. Amma bəzi məktəblərdə 30, 40, hətta 50 nəfərədək uşaq olur. Bu da əsasən bəzi ərazilərdə mövcud olan əhali sıxlığı ilə bağlıdır. Əgər bəzi məktəblərdə siniflərin müəllimlə birlikdə digər məktəblərə köçürülməsi məsələsi qoyularsa, bu da valideynlərin narazılığına səbəb olacaq. Bəzi məktəblərinsə ərazisində əlavə korpuslar tikmək üçün imkan yoxdur. Siniflərin bölünməsi ilə problem həll edilə bilər, bu zaman isə sinif otaqlarının çatışmazlığı yaranır”.

Təhsil eksperti sovet dönəmində ikinövbəli sistemin mövcud olduğunu xatırladıb:

"Bəzi valideynlər isə öz rahatlıqları üçün ikinövbəli sistemə razı olmurlar. Amma 30-40 nəfərin bir sinifdə oxumasını məqbul hesab etməyən valideynlər məktəb rəhbərliyi qarşısında məsələ qaldıra bilərlər ki, ikinövbəli sistemə keçilsin”.

Yeni məktəblər inşa edilməklə problem aradan qaldırıla bilərmi?

Təhsil eksperti ölkədə kifayət qədər məktəbin, hətta modul tipli məktəblərin tikildiyini qeyd edərək, bir daha sıxlığın bir sıra məktəblər, eləcə də rus bölmələri üçün xarakterik olduğunu dedi:

"Bizdə uşaqlarını rus bölmələrinə qoymağa çalışan valideynlər çoxdur. Bu da rus bölmələrində sıxlığa gətirib çıxarır. Təhsil Nazirliyi sıxlığı aradan qaldırmaq üçün rus bölmələrinə müsahibə ilə qəbul olunması ilə bağlı qayda tətbiq etdi. Digər tərəfdən yan-yana məktəblər var ki, birində sıxlıq olduğu halda, digərində uşaq çatışmazlığı var. Sıxlıq təhsil qanunvericiliyinə zidd olmaqla yanaşı, həm də işimizə əngəl törədir. Təmayül siniflərinin, hətta 15 nəfərdən komplektləşdirilməsi nəzərdə tutulur. Xüsusən ibtidai siniflərdə 30-40 uşağın olması şübhəsiz ki, təhsilin keyfiyyətinə təsir edir”.

Sıxlıq müşahidə olunan mərkəz məktəblərində qeydiyyat məsələsinin tətbiq olunması ilə problemin həlli mümkündürmü?

Nadir İsrafilov xatırlatdı ki, sovet dönəmində məktəbə qəbulda mütləq formada qeydiyyat əsas götürülürdü:

"Sonradan təhsildə demokratikləşmə, humanistləşmə prinsipləri irəli sürüldü, hesab olundu ki, valideyn və uşaqlar təhsil prosesinin bərabərhüquqlu subyektləridir. Onlar məktəb seçimində müstəqildir. Bizdə də "prestij” dalınca qaçanlar çoxdur. Bu baxımdan da qanunvericilikdə dəyişiklik aparıldı ki, məktəbə qəbul ərazi prinsipi ilə aparılsın. Amma bu da valideyn və şagirdlərin hüquqlarının pozulması ilə bağlı müəyyən problemlər yaratdı. Ona görə də indi məsələ belə qoyulub ki, ilk növbədə ərazi prinsipi əsasdır. Ərazi üzrə müraciətlər tam təmin olunduqdan sonra kənardan götürülür. Sıxlığın aradan qaldırılması istiqamətində bütün optimal variantlar gözdən keçirilir, yəqin ki, bunun bir optimal yolu tapılacaq”.
 

 





Загрузка...
Həmçinin oxuyun:
Bakı məktəblərinin 15 faizində şagird sıxlığı müşahidə edilir

Bakı məktəblərinin 15 faizində şagird sıxlığı müşahidə edilir

Bakıdakı məktəblərin 10 faizində şagird sıxlığı var - NAZİR

Bakıdakı məktəblərin 10 faizində şagird sıxlığı var - NAZİR

“İkinövbəli təhsil sistemindən imtina etmək lazımdır” - Deputata dəstək

“İkinövbəli təhsil sistemindən imtina etmək lazımdır” - Deputata dəstək

"Orta məktəblərdə 10 faiz  sıxlıq var" – CEYHUN BAYRAMOV

"Orta məktəblərdə 10 faiz sıxlıq var" – CEYHUN BAYRAMOV

I sinfə qəbul zamanı işıq pulu qəbzi tələb edilir

I sinfə qəbul zamanı işıq pulu qəbzi tələb edilir

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Məhəbbət Vəliyeva: “Bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq”

Məhəbbət Vəliyeva: “Bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq”

Uşaqların məktəbə şəxsi maşınla gətirilməsi PROBLEMDİR - Yol polisindən ÇAĞIRIŞ

Uşaqların məktəbə şəxsi maşınla gətirilməsi PROBLEMDİR - Yol polisindən ÇAĞIRIŞ

Məktəb rəhbərliyi hansı halda valideynin seçimi ilə razılaşmaya bilər? -Uşaqların rus bölməsinə...

Məktəb rəhbərliyi hansı halda valideynin seçimi ilə razılaşmaya bilər? -Uşaqların rus bölməsinə...

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Bəzi məktəblərdə müəllim çatışmazlığı problemi qalır -SƏBƏBSƏ...

Bəzi məktəblərdə müəllim çatışmazlığı problemi qalır -SƏBƏBSƏ...

Təhsil naziri məktəblərdə ictimaiyyəti narahat edən əsas problemləri gündəmə gətirdi

Təhsil naziri məktəblərdə ictimaiyyəti narahat edən əsas problemləri gündəmə gətirdi

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

Orta məktəblərdə dərslər saat 9-da başlayacaq? - VİDEO

Orta məktəblərdə dərslər saat 9-da başlayacaq? - VİDEO

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

“Azərbaycanda rus bölmələri ləğv olunsun” - EKSPERT

“Azərbaycanda rus bölmələri ləğv olunsun” - EKSPERT

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Rayonların hazırlıq qruplarına qəbulda ərazi prinsipi nəzərə alınacaq?

Rayonların hazırlıq qruplarına qəbulda ərazi prinsipi nəzərə alınacaq?

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..