AzTehsil.com


Xəbərlər
10 oktyabr 2019
1 717


Vurğun Əyyubun Qırxı çıxmamış “Testi mən gətirmişəm” deməyi Firudin Cəlilova yaraşdırdınızmı?..



Vurğun Əyyubun Qırxı çıxmamış “Testi mən gətirmişəm” deməyi Firudin Cəlilova yaraşdırdınızmı?..

 

 
 
Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilov ölkədə test üsulunun tətbiqinin tarixçəsi ilə bağlı  açıqlama verib.

"Mən Rəhim Hüseynovun vaxtında Baş nazirin müavini işləyirdim. İnstitutlar, məktəblər mənim kurasiyamda idi. Mən də test imtahanlarını gətirmək istəyirdim, amma bu çox ağır bir məsələ idi. Sərəncam verdim, qəbul imtahanlarını dayandırdılar ki, testə keçək. Sərəncamımdan bir ay sonra Elçibəy hakimiyyətə gəldi. Ona dedim ki, bu, artıq mənim səlahiyyətimdə olan bir iş deyil. Prezident sənsən, ya "hə” de, ya "yox”. Razılıq vermədi. Orada bizim Elçibəylə möhkəm davamız oldu. Bu söhbətdə Pənah Hüseyn, İsa Qəmbər, Arif Hacılı, İxtiyar Şirin də iştirak edib. Amma 30 ildə birinin qeyrəti çatıb bu barədə danışmadı. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”.

Maraqlı odur ki, Firudin Cəlilov bu fikirlərini  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 1-ci sədri olmuş Vurğun Əyyub bu il sentyabrın 24-də dünyasını dəyişəndən sonra ilk dəfə səsləndirir.

Doğrudur, Firudin Cəlilov Azərbaycanın ən əxlaqlı, ədəbli, sözünü tutan fikir adamı, ziyalısı kimi tanınır.

Bütün bunlara rəğmən, hətta test üsulunu Azərbaycana o gətiribsə belə, onun cəbhədaşı Vurğun Əyyubun Qırx mərasimi çıxmamış belə belə fikir səsləndirməsi ən yumşaq şəkildə ifadə etsək, heç bir əndazəyə çıxmır.

Məlumdur və təkzibedilməzdir ki, test üsulu Azərbaycanda onların hakimiyyəti zamanında tətbiq olunub.

Bir məsələyə aidiyyatı olan Vurğun Əyyub sağ ikən deyil, onun ölümündən sonra bu şəkildə fikrin ortaya atılması Firudin Cəlilova yaraşmadı. Hətta gerçəkdən bu ideyanın müəllifi, tətbiqçisi o olsa belə, vallah yaraşmadı.

Siz yaraşdırdınızmı?..
Bakupost.az 



Загрузка...
Həmçinin oxuyun:
Vurğun Əyyub vəfat etdi

Vurğun Əyyub vəfat etdi

Vurğun Əyyub: “Ali məktəbə qəbulda mafiya təşkil edənlərin müqavimətilə üzləşdik”

Vurğun Əyyub: “Ali məktəbə qəbulda mafiya təşkil edənlərin müqavimətilə üzləşdik”

“Testi müvəqqəti bir dövrü üçün nəzərdə tutmuşduq” – Keçmiş nazirdən AÇIQLAMA

“Testi müvəqqəti bir dövrü üçün nəzərdə tutmuşduq” – Keçmiş nazirdən AÇIQLAMA

Tələbə qəbulunda test üsulu - 25 il öncə ali məktəblərdəki “qəbul mafiyası” necə zərərsizləşdirildi

Tələbə qəbulunda test üsulu - 25 il öncə ali məktəblərdəki “qəbul mafiyası” necə zərərsizləşdirildi

Yeni təhsil naziri kim olacaq? - Vurğun Əyyub cavab verdi

Yeni təhsil naziri kim olacaq? - Vurğun Əyyub cavab verdi

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Nazir müavini Şamaxıda vətəndaşları qəbul edib

Nazir müavini Şamaxıda vətəndaşları qəbul edib

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Nazir müavini Qaxda vətəndaşları qəbul edib

Nazir müavini Qaxda vətəndaşları qəbul edib

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri ilə görüş

Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri ilə görüş

“Qarabağ universitetinin yaranmasına Elçibəyin müşaviri mane oldu”

“Qarabağ universitetinin yaranmasına Elçibəyin müşaviri mane oldu”

Nazir müavini Masallı, Yardımlı və Cəlilabad sakinlərini qəbul edib

Nazir müavini Masallı, Yardımlı və Cəlilabad sakinlərini qəbul edib

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi

Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Prezident alimin vəfatı ilə əlaqədar başsağlığı verdi

Prezident alimin vəfatı ilə əlaqədar başsağlığı verdi

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU

Test üsulu ləğv edilir?

Test üsulu ləğv edilir?

Təhsil Nazirliyində təltifetmə mərasimi

Təhsil Nazirliyində təltifetmə mərasimi

Çinin ölkəmizdəki səfiri ilə görüş

Çinin ölkəmizdəki səfiri ilə görüş